Tamamlanmış hiss etdiyim yerlər arasında ilk
sıralarda təbiət gəlir. Axtardığı hüzuru anasının qucağında tapan uşaq kimi mən
də yalın ayağım torpağa dəyəndə xoşbəxt oluram. Yaşıl otların soyuğunu, ayağımı
yüngülcə dalamasını çox sevirəm. Yaxınlığımda vızıldayan arının səsi, xoşbəxtcəsinə
gövşəyən qoyunların rahatlığı, xışıldayan yarpaqlarının səsi, əlimin üstündə gəzən
qarışqanın dərimi qıdıqlaması o qədər gözəldir ki...
Məsələn, meditasiya öncəsi gözümü yummağa
hazırlaşarkən ağ kəpənəyin düz qarşımdakı zəncirotuna qonmasındakı gözəlliyi
görməmək olarmı? Səmanın sonsuzluğundan heyrətlənməmək, bu əzəmətə sevinməmək bəs
necə? Yaşıl rəngin bir nemət olduğunu görməyəcək qədər bəsirət gözü bağlı olanların
var olduğuna inanmaq istəmirəm.
Yalın ayaqla, arınmış beyinlə toplayaraq dəstə bağladığım
yabanı çiçəklərin hiss etdirdiyi xoşbəxtliyi mağazadan alınan heç bir gülə dəyişmərəm.
Təbiəti o qədər sevirəm ki, hər dağı-daşı, gülü-çiçəyi
bağrıma basmağa hazıram. Bəzən ağacları qucaqladığımı desəm dəli olduğumu
fikirləşməyin. Bu, əslində terapiyadır.
Dərindən düşünəndə ehtiyacımız olan hər şey təbiətdə
var. Sadəcə görənlər və görməyi seçənlər üçün.
Mark Avreli deyir ki, insan ölməkdən yox, yaşaya
bilməməkdən qorxmalıdır. Təbiəti tanımaq
elə yaşaya bilmək deyilmi?
45 saniyə meditasiya vloquna keçid et
Meditation. An Attempt to Find Tranquility
Among the places where I feel most complete, nature
ranks at the top. Just like a child who finds peace in his mother's arms, I
feel happy when my bare feet touch the soil. I love the coolness of the green
grass and the slight sensation as it gently tickles my feet. The buzzing sound
of a nearby bee, the contentment of sheep grazing peacefully, the rustling
sound of leaves, and the tickling of an ant crawling on my hand—all of this is
so beautiful.
For instance, as I prepare to close my eyes before
meditation, how can I not notice the beauty of a white butterfly landing right
on the dandelion in front of me? How can I not be amazed by the infinity of the
sky and not be happy in this magnificence? I don’t want to believe that there
are people whose inner sight is so blind that they cannot see the blessing of
the colour green.
The happiness I feel from gathering wildflowers with
my bare feet and a clear mind, and then tying them into a bouquet, cannot be
replaced by any store-bought flower. I love nature so much that I’m ready to
embrace every mountain, stone, flower, and plant. Don’t think I’m crazy if I
say that sometimes I hug trees. This is, in fact, therapy.
When you think deeply, you realize that everything we
need is found in nature - just for those who can see and choose to see it.
Marcus Aurelius says that it is not death that a man
should fear, but he should fear never beginning to live. Isn't knowing nature
the essence of truly living?
Comments
Post a Comment