Mentalitet yoxsa ayaq bağı?



Biz kimik?
Azərbaycan mədəniyyəti və ağrılı yerimiz mentalitet haqqında.
Hər xalqın özünəməxsus mədəniyyəti, düşüncə tərzi və adətləri olduğu hamıya məlumdur.  Çox hallarda elə bu özəlliklər xalqın yaşayış tərzini müəyyən edir.  Amma hər cəmiyyətn yazılmamış qanunları da var ki, biz istəsək də istəməsək də bu qanunlar lap kiçik yaşlarımızdan həyatımızın bir hissəsinə çevrilir və zaman-zaman bu qanunlara boyun əyməli oluruq.  Bu mentalitetdir.  Yəni bir qrup insanın özlərindən əvvəl qoyulmuş qaydalara qeyd-şərtsiz əməl etməsi. Bəs əslində mentalitet budurmu? Məncə xeyr. Bizimki mentalitet yox, tabudur. Çünki tabu pozulsa, tabunu pozan “fövqəltəbii cəza”, fəlakət və ya ölümlə cəzalandırıla bilər. Cəzalanmaq, qəbilədən qovulmaq və daha pisi “ad çıxarmaq” istəməyən insanlar tabunun və ya mentalitetin əsirinə çevrilirlər.
Azərbaycan insanların böyük əksəriyyəti müsəlman olan ölkədir. Kökümüz Oğuz türküdür. Mədəniyyətimizdə rus təsiri danılmazdır. Amma nə müsəlman kimi müsəlman, nə türk kimi türk, nə də rus kimi rusuq.
Könlünüzü xoş etmək üçün gəlin əvvəlcə mentalitetin müsbət tərəflərinə baxaq.
1. Ailə dəyərlərinə sədaqət
2. Köməyə ehtiyacı olanlara kömək etmək
3. Qonaqpərvərlik
4. Qadınlara və yaşlılara hörmət
5. Tolerantlıq
Əslində həqiqətən insan olan hər kəs bu xüsusiyyətlərə malik olmalıdır. Deməli mentalitetin müsbət tərəfi bizdən insan olmağı tələb edir.
Ailə və ailə dəyərləri cəmiyyətin əsas sütunlarından biri olduğu üçün onları qorumaq çox vacibdir. Amma müqəddəsləşdirmək və ifrat sədaqət yalnış nəticələrə aparır. Məsələn, qızlar ailə quranda anası və ya atası deyir: O evə gəlinliklə girirsən, kəfənlə çıxacaqsan. Bu artıq nə mentalitet nə də ailə dəyəri deyil, qəddarlıqdır. Ailədə problem varsa, günahkar birbaşa olaraq qadındır. Boşanmış qadın isə...artıq özünüz təsəvvür edə bilərsiz. 
Əgər küçədə köməyə ehtiyacı olan biri varsa, ona kömək edən həmişə tapılacaq.
Qonaqpərvərlik isə qanımızda var. Ən kasıb ailənin belə “əgər birdən qonaq gəlsə” adlı ehtiyat anbarı var. Ən yaxşı mürəbbə, ən yaxşı konfet orda saxlanır. Qonağı Allah göndərdiyi üçün ona layiqli qulluq etmək və yola salmaq bir ənənədir.
Yaşlı insanlara və qadınlara xüsusi hörmət alqışa layiq hərəkətdir amma təəssüf ki bu bəzən yalnız göstəriş üçün edilir. Evdən həyat yoldaşını döyüb çıxan kişi metroda qadına yer verərək özünü qəhrəman hesab edir.
Kefinizi pozsam da indi mənfi cəhətləri sadalayacam:
1. Haqqında heç nə bilmədiyi adamı ittiham etmək
2. Qadın. Bəli qadın. Qadınların o qədər problemi var ki, hansını yazım bilmədim.
3. Özünü göstərmək
4. İnsanlara geyiminə görə qiymət vermək
5. Təhsil
6. İfratçı valideynlər
Başqalarının həyatına qarışmaq, ittiham etmək, günahlandırmaq bizim üçün ən adi işdir. Qeybətdən danışmıram. Qeybət bunun yanında toya getməlidi. Heç kim bizim insanlara izah edə bilməz ki, ən qatı cinayətkara belə özünümüdafiə haqqı verilir. Kiminsə səhvini görən kimi onun işi bitdi. Ağzını açmağa imkan vermədən yıxıb sürüyəcəklər.
Yaralı yerimiz- bu cəmiyyətdə qadın olmaq. Amma qadın olmaq mümkündürmü? Təəssüf ki yox. Çünki bizə görə qadın hər mənada natamam inkişaf etmiş bir orqanizmdir. Başqa sözlə kişinin öz həyatını normal yaşamasını təmin edən, müstəqil hərəkət etmək iqtidarında olmayan bir əlavədir. Təəccüblü deyil ki,  ideal gəlin namizədləri də belə olur: halal süd əmmiş (yəni anasının yolunu davam etdirən) başıaşağı (yəni başına vur, əlindən al). Bir sözlə həyat yoldaşı, sirdaş deyil, ağzı var dili yox robot.  Bu hələ kiçik problemdir. Belə ailədə böyümüş qız üçün həyat əsil faciədir. Məktəbi bitirər bitirməz qolu zorlu biri ilə evləndirilən, özü uşaq ola-ola uşaq böyüdən qız. Təhsilli qadın cəmiyyət üçün təhlükədir. Bu fikir hələ də bizim üçün keçərlidir. Əri icazə vermirsə işləməməli, şəxsi istəkləri olmamalı, həyatını qəlbdən məhrum olan birinə qurban verməli. Aman Allahım.
Daha bir problem güc bəla ilə oxuya bilən qızlarındır. Qız oxuyubsa deməli təhlükəlidir. “Tərbiyəsi korlanıb”. Karyera sözü ağzından çıxan kimi stəkan başında sınır. Şərqdə qadına seçim hüququ verən ilk ölkəyik deyə fəxr də edirik (utanmadan).
Bir də kişilərə baxaq. Hər zaman haqlıdırlar. Çünki güclüdürlər. Evə istədiyi vaxt gələr, istədiyi yerə pul xərcləyər, “kişilik” edər və deyər: Sən sus, çünki sən mənə möhtacsan.
Valideynlər fikirləşir ki, övladları üçün ən yaxşısını edirlər. Onlar təcrübəlidir, bizim hələ keçəcəyimiz yolları çoxdan keçiblər. Qismən razıyam. Amma əziz valideynlər unutduğunuz bir şey var: Zaman.
Hər şey dəyişir. Geyimdən tutmuş telefona kimi hər şeyi yeniləyirik. Bəs siz fikirlərinizi nə vaxt yeniləyəcəksiz? Övladın təcrübəsiz olması da valideynin günahıdır, onun verdiyi tərbiyənin nəticəsidir. Üstünə 9 yorğan atıb yatıranda, onu yemə bunu ye deyəndə, tərifləyib ala buluda çıxaranda fikirləşmək lazım idi bunları. Hərənin həyatı özünədir. Sözsüz ki valideyn olaraq ödənilməz əməyə sahibsiz. Amma əgər verdiyiniz tərbiyədən, böyütdüyünüz uşaqdan arxayınsızsa niyə seçimlərinə qarşı çıxırsız? Deməli yenə də günah sizdədir. həqiqət incidir, düzdür?

                                        ********************************

Who are we?
About Azerbaijan culture and our aching place- mentality.
It is known that, every nation has own culture, way of thinking and traditions. At most cases, these characteristics make the living way of people. There are some unwritten rules in every society that we follow them from the beginning willingly or unwillingly. This is called mentality. A group of people obey rules which defined before them. But in fact, is it really mentality? I think no. Ours is taboo. Because if it is broken, you will get punishment, which sometimes can be equal to death. People who don’t want to be punished, to be kicked out of group they become slave of mentality or taboo.
Azerbaijan is country which majority of people are Muslim. Our root comes from Oghuz. Effect of Russia in our culture is undeniable. But we are not Muslim as Muslim, nor Turkish as Turkish, nor Russian as Russians.
To make you happy lets start from the positive sides of mentality.
1.      Loyalty to family values.
2.      Help people who are in need.
3.      Hospitality.
4.      Respect to women and aged people.
5.      Tolerance.
Actually, real human should have these characteristics. Therefore, positive side of mentality requires us to be human.
Family and family values are the main part of society, so we should maintain them. But to make them sacred and over loyalty can lead to wrong results. For example, when girls get married, parents say you go to that home with bride dress and you will get out of there with shroud. This is not mentality nor family value, this is cruelty. If there is problem in the family, woman is directly guilty.
 Widowed woman… You can imagine rest…
If someone needs help in the street, there are always people to help him or her.
Hospitality is in our blood. Even the poorest family has store called “in case guest comes”. The best jam, the best sweets are there. Guests are accepted as blessing from Allah, so to serve them well is tradition.
To respect women and aged people is good behavior. But sometimes people do it for just showing. The man who beats his wife, and in metro he gives his place to women as a “hero”.
I will destroy your mood, but now negative sides are coming:
1.      To judge people whom, we don’t know anything about him.
2.      Woman. Yes woman. Women have so many problems that I didn’t decide which one I should write about.  
3.      Arrogance.
4.      Judge people according to their dress.
5.      Education.
6.      Extremist parents.      
To interfere others’ life, to judge, to blame is very normal for us. I don’t talk about gossiping. Gossip is better than this. No one can explain to our people that even the worst criminal has a right to defense himself. When someone sees your mistake, it is done. They will knock you down.
To be woman in this society -painful point.  But is it possible? Unfortunately, no. For us, woman is incomplete organism. In other words, she is just tool or addition to man’s life to provide his normal life, she is not able to manage her life freely.
It is not surprising that, ideal bride candidates are like that: girls who follow their mothers, who are humble. With one word, not wife, not life partner. But robot who can’t speak.  This is smaller problem. Girl who has grown in such family, her life is tragedy. The girl married to despot after school. She is growing up with her kid.
 Educated woman is danger for society. This sentence is still true for us. If her husband doesn’t allow, then she can’t work, she can’t have own desires, she has to sacrifice her life to her husband who is deprived from having heart. Oh my God…
Another problem is girls who have studied with difficulty. If she is educated, she is dangerous. Her upbringing is spoiled. When she says “career” glass is broken in her head. Then we are proud of being the first country in the East, who has given election right to woman. (Without shame)
Let’s look at men. They are always right. Because they have power. They come to home when they want, they spend money on what they want. They are “men”. They say keep quiet, because you in need of me.
Parents think that they do best for their children. They are experienced, they have gone through these stages many times ago and we are now going through. I partially agree. But dear parents, you forget one thing: time.
Everything changes. From dress style to mobile phones we update everything. And when will you update your brain? If child is unexperienced it is parent’s fault, it is result of his upbringing. When they take care of children too much, they would have thought about it. Everyone has own life. For sure as a parent, you have done so much for us. But if you are sure about upbringing you have given to your children, then why are you against of them? So, you are guilty again. Truth is bitter, isn’t it?



Comments