Kəndimizdə bahar.


Novruz bayramından sonra hər yerdə olduğu kimi bizim kəndimizdə də həyat canlanmağa başlayır, təbiət oyanır. Qarın içindən novruzgülü deyilən çiçəklərin başını qaldırması ilə artıq hər yerdə baharın gəlişi hiss olunur. Bundan sonra yavaş-yavaş insanlar çöl işlərinə başlayır, mal-qaranı otlağa aparır,bir sözlə qışdan sonra həyat qaldığı yerdən davam edir. Əvvəlcə göyərti, kartof əkilməsi ilə başlayan yaz fəsli lobya,xiyar, pomidor əkilməsi ilə davam edir. Yaz eyni zamanda bolluq fəslidir. Demək olar ki, hamı təbiətin verdiyi hazır məhsullardan istifadə edir. Məsələn qutab, göy qovurması, gicitkəndən hazırlanan müxtəlif yeməklər və s.
Fəsilləri ayırmaq istəməzdim, amma yaz kəndimizə ən çox yaraşan fəsildir. Çünki təkcə yazda kəndimizdə nə su, nə istilik problemi olmur.
Yazda təbiət dirildiyi üçün bəzən bu fəsli "qan qaynayan"fəsil də adlandırırlar. Neçə ay yatmış, bədənləri süstləşmiş insanlar enerji ilə işə başlayır, hər yer insan qaynayır. Hətta yaşlı, xəstə insanlar belə evdə oturmaqdan bezərək, doqqazın qabağında  oturub təbiətin seyrinə çıxırlar.
Amma ən gözəl olan elə təbiətin özüdür. Çiçəkləmiş ağaclar, güllər, otlar,ətrafdakı hər şey o qədər təmiz və təzə görünür ki, özünü yenidən doğulmuş kimi hiss edirsən.

As in everywhere after Novruz, life starts to flesh out, nature wakes up in our village.  You feel coming of spring with blossoming of flowers called "Novruzgulu". After that, people start field work, they drive cattle to pasture, with one word, life continues after winter. Firstly, people plant green vegetables, potato, after that  bean, tomato and cucumber, At the same time, spring is the season of abundance. Approximately, everybody uses ready products which nature gave us. For instance kutab,roasting from greens, meals form nettle.
I dont want to split out seasons, but spring is the most suitable season for our village. Because only in spring we dont have water and heat problems.
As nature revives in spring, they call it, the season of "blood boiling". People who slept for months, whose body numbed, start to work with great energy. Even old and ill people who fed up with sitting home, go out and sit in front of their gate and look at nature.
But the most beautiful is the spring itself. Flowering trees, flowers, grass and everything around is so clean and new, you fell yourself as reborn.

Comments