Tbilisi bizi yağışla qarşılayıb yağışla yola saldı.
Mənə görə Tbilisi keçmişi və indisi ilə barışaraq özünükəşf yoluna çıxmış bir şəhərdir.
Qədimliyi, tarixi bərpa etmədən olduğu kimi köhnə Tbilisidə qoyub bu gününü yeni
Tbilisidə yaratmışdır. Beləcə, həm öz keçmişindən dərs alır, həm də inkişafına
baxıb özünü qiymətləndirir. Tbilisinin ruhu özünükəşf prosesində olan bir
insanın ruhu qədər qarışıqdır. Şəhərin mərkəzindən axan Kür çayı, Nariqala
qalası, qədim kilsələr, əyri, dar küçələr, kükürd hamamları, saysız-hesabsız
kazinolar, bit bazarları, küçə sənəti, şərab dükanları, xaçapuri və xəngəl
qoxan küçələr, küçə musiqisi - hamısı Tbilisinin ruhunun bir parçasıdır.
Amma dar küçələrin ensiz divarlarına çəkilmiş şəkillər,
yazılmış yazılar onun necə əziyyətlə daxili gücünü üzə çıxardığını, buxovlardan
azad olmağa çalışdığını daha yaxşı ifadə edir. Məncə, Tbilisinin ruhu küçə sənətidir.
Bir tərəfdə qədim kökü olan Qafqaza bağlı qalma cəhdləri,
digər tərəfdə avropalaşma cəhdləri şəhəri əməlli yorub. Hansı tərəfə gedəcəyini
bilməyən, şəxsiyyət böhranında olan yeniyetmə kimi qərarsızdır.
Bütün bunlara baxmayaraq zəngin tarixi ilə öyünür,
qədim mədəniyyətini nümayişkaranə şəkildə dünyaya göstərir.
Narın yağışın altında o dar küçələrdə gəzərkən şəhərin
daxili savaşını ruhumda hiss etdim, bu savaş mənə bir müddət öncə yolayrıcında
olan özümü xatırlatdı.
Axı hər insan həyatının bir mərhələsində o şəxsiyyət
savaşından keçir. Elə şəhərlər də...
Bonus: Tbilisi vloqu
Tbilisi trip or witnessing identity crisis
Tbilisi greeted us with rain and saw us off with rain.
In my opinion, Tbilisi is a city that, by reconciling its past and present, has
embarked on a journey of self-discovery. It has preserved its ancient heritage
without restoration yet has created its present in the new Tbilisi. Thus, it
learns from its own history while also evaluating itself by looking towards
development. The spirit of Tbilisi is as complex as the spirit of a person
undergoing self-discovery. The Kura River flowing through the city centre, the
Narikala Fortress, ancient churches, winding narrow streets, sulphur baths,
countless casinos, flea markets, street art, wine shops, streets filled with
the scent of khachapuri and khingali, street music – all are part of the spirit
of Tbilisi.
However, the pictures hung on the narrow walls of the
narrow streets, the writings express how it struggles to manifest its inner
strength with great difficulty, trying to break free from chains. In my
opinion, the soul of Tbilisi is street art.
On one hand, efforts to remain connected to its
ancient roots in the Caucasus, on the other hand, efforts to Europeanize
exhaust the city with conflicting aspirations. It's as indecisive as a teenager
in an identity crisis, not knowing which path to take.
Despite all this, it flaunts its rich history,
showcasing its ancient culture to the world in a spectacular manner. Walking
through those narrow streets in the drizzle, I felt the city's internal
struggle in my soul, reminding me of my own journey not long ago.
After all, every person goes through that personal
battle at some stage of their life. So do cities...
Bonus: Tbilisi vlog
Comments
Post a Comment