Dünyada ən gənc nəsil olmağına baxmayaraq alfa nəsli
artıq öz xüsusiyyətlərini formalaşdırmış, imzasını atmışdır. Alfa nəsli 21-ci əsrin ilk
nəsli sayılır, yunan əlifbasının birinci hərfi olan alfa ilə adlandırılır. Onların
dövrü 2010-cu ildən etibarən hesab edilir. Bu nəslin əsas xüsusiyyəti gözünü texnologiya
əsrinə açması, çox erkən yaşlarından texnologiyanı həyatına daxil etməsidir. Gününü
telefonla başlayıb telefonla bitirən bir insan görürsünüzsə, cəmi iki ehtimal
var: səbəbkar ya Z nəslidir, ya da Alfa. Onları bəzən interneti ələ keçirməyə
hazır olan nəsil də adlandırırlar.
Bir öncəki nəsil olan Z nəslindən əsas fərqi maddi,
texnoloji cəhətdən ən zəngin nəsil olmasıdır. Z nəsli özündə Y nəslindən bir
parça daşıyırsa, Alfa nəsli tamamilə özüdür, heç bir nəslin qarışığı deyil. Valideynləri
olan Y nəslindən çox fərqlənirlər. Onların öyrənmə şəkli, yumor anlayışı əvvəlki
nəsillərin heç birinə bənzəmir. Hətta texnologiya kralı sayılan Z nəsli belə
Alfaların qarşısında acizdir. İnstagram, facebook kimi sosial şəbəkələr Alfa nəsli
üçün heç maraqlı deyil. Z nəsli dövründə həyatının kuliminasiyasını yaşamış
TikTok belə onlar üçün ikinci yerdədir. Anadangəlmə fenomen, influenser olaraq
bilinən Alfaların göbəyi Youtube ilə kəsilir, demək olar ki, bütün həyatlarını
orada yaşayırlar. Orada öyrənir, orada əylənir, orada yatır və dururlar. Özlərini
dünyanın mərkəzi, ən ağıllı insan sayır və insanların onlar haqqında nə düşündüyünü
veclərinə almırlar. Psixologiya elmi onların bu özgüvəni qarşısında ağzıaçıq
qalır. X və Y nəslinin illərini sərf edib qazandığı özgüvən onlarda doğuşdan gəlir.
Statistika göstərir ki, bu nəslin mental sağlamlığı
daha yaxşı olsa da, artıq çəki, piylənmə, ürək xəstəlikləri kimi sağlamlıq problemləri olur.
Children of the Alpha generation
Despite being the
youngest generation in the world, the alpha generation has already formed its
own characteristics and left its signature. The Alpha generation is considered
the first generation of the 21st century, named after the first letter of the Greek
alphabet. Their period is considered from 2010. The main characteristic of this
generation is that members of this generation are born into the technology world
and incorporate technology into their life from a very early age. If you see
someone who starts and ends their day on their phone, there are only two
possibilities: they are either Generation Z or Alpha. They are sometimes called
the generation poised up to take over the Internet.
The main difference from
the previous Z generation is that it is the materially and technologically
richest generation. If Generation Z carries a part of Generation Y, Generation
Alpha is all its own, not a mixture of any generation. They are very different
from their parents, Generation Y. Their learning style, sense of humor is
unlike any previous generation. Even Generation Z, considered the king of
technology, is powerless in front of the Alphas. Social networks like Instagram
and Facebook are not interesting for the Alpha generation. Even TikTok, which
has experienced the culmination of its life during generation Z, is in second
place for them. Known as born phenoms, influencers, Alphas are obsessed with
YouTube, they almost spend their entire lives there. They study, have fun, sleep,
and stay there. They consider themselves to be the center of the world, the
smartest people and they don't care what people think about them. Psychology
remains speechless in front of their self-confidence. The self-confidence which
generations X and Y have spent years gaining is born in them.
Statistics show that
although this generation has better mental health, they have health problems
such as overweight, obesity, and heart disease.
Comments
Post a Comment