2023-cü ili bir sözlə ifadə etməli olsam bu
söz "ötə" (beyond) olar. Bu il sərhədlərdən, arzulardan, çərçivələrdən ötə nə
olduğunu öyrəndim. Zehnimi kilidləyənin əslində özüm olduğunu, istədiyim anda
bu kilidi söküb atmağın öz əlimdə olduğunu öyrəndim.
Bu il iki ən böyük arzum gerçəkləşdi. Xəyallarımın
ölkəsi İtaliyanı gördüm, “Bella ciao” oynayarkən
ilin ən xoşbəxt anlarını yaşadım. “Ye, dua et, sev” romanındakı kimi italyan mətbəxini
ruhumda hiss etdim. (P.S. Qaldı Hindistanda dua etmək və İndoneziyada (Bali)
sevmək)
Və 11
il sonra (nəhayət ki!) psixologiya oxumağa başladım. Hər kəs doktorantura təhsili
almağımı gözləyərkən mən yenidən başa
qayıtdım. “İşin-gücün qurtarıb, hələ 4 il oxuyacaqsan?”, “sən psixoloq olanda gör
neçə yaşın olacaq”, “gül kimi ixtisası qoyub adam yenidən oxuyar?” deyənlər
oldu, “səndən psixoloq olmaz deyənlər” oldu, amma vecimə oldumu? Əlbəttə ki,
xeyr! 11 ilin söndürə bilmədiyi psixologiya eşqini belə ucuz cümlələrlə öldürə
biləcəklərini düşündülər.
Bu il əldə etdiyim ən böyük təcrübə sərhədlərimi
zorlamaq oldu. 24 saat mənə yetmədi, sosial şəbəkələrdən uzaqlaşdım, yenə yetmədi,
ən sevdiyim məşğuliyyət olan kitab oxumağı azaltdım, yenə yetmədi, yuxumdan kəsdim,
yenə yetmədi, amma artıq kəsməyə bir şey qalmadı. Eyni anda 4 işi görməyin
(görməyə çalışmağın) verdiyi gərginlik və
stress altında əzildim, bu işlərin hərəsi məni bir tərəfə dartdı. Yazıq Freyd
kimi didik-didik edildim. Amma vaz keçmədim. İli sağ-salamat başa vurdum çox
şükür.
Bu il ilk dəfə “xoşbəxtlik qutusu”-nu tətbiq
etdim. İl ərzində “mən burada xoşbəxt idim” dediyim anları kiçik kağızlara qeyd
edərək bir qutuya yığdım. Və il sonunda əslində nə qədər xoşbəxt olduğumu
anladım, hər zaman etdiyim şükür və minnətdarlığın haqqını verdim.
Bu il ərzindəki inkişafımı belə
qruplaşdırdım:
1.
Akademik inkişaf
ü 50 kitab
ü 1 kitab tərcüməsi
ü 1 məqalə (konfrans üçün)
ü 1 seminar (emosional
intellekt)
ü 26 bloq yazısı
ü 3 Medium yazısı
ü 5 hekayə
2.
Şəxsi inkişaf
ü 1 təlim (Toğrul Ələkbər)
ü Sənət terapiyası fənni
(Sevimli Dr.El)
ü 1 Mentorluq proqramı
ü 1 Udemy kursu
3.
Mental sağlamlıq
ü Gündəlik tutmaq
ü Sosial şəbəkə detoksu
ü Xoşbəxtlik qutusu
2024 üçün not:
“Əziz özüm,
Hüzurunu heç nəyə dəyişmə. Öz hekayənə fokuslan...”
Comments
Post a Comment