Coco filmində belə bir səhnə var: Coconun atası
azyaşlı qızına “Xatırla məni” adlı mahnı bəstələyir və oxuyur. Bundan sonra evi
tərk edib musiqi ilə məşğul olmağa gedən atasını Coco bir daha görmür. İllərlə
sürən həsrət və atasının onları atıb getdiyi düşüncəsi Coconu həyatdan soyudur,
ürəyində nisgil kimi qalır. Onun həyata tutunmaq üçün tək təsəllisi “Xatırla məni”
mahnısıdır. Amma mənsub olduğu ailədə musiqi tabudur və onu dinləmək qadağan olunub. Coconun nə hiss etdiyini təsəvvür
edirsiniz?
Bəzən həyat belədir. Əlindəki son ümidi məhv edəcək
qədər qəddar. Yanıb qurtarmış, getdikcə öləziyən şam işığı kimi ümidin də yavaş-yavaş
söndüyünü hiss edirsən. Amma tutub saxlaya bilmirsən. Buna nə icazən, nə də
gücün yoxdur.
Dönüb keçmişə baxır, məni həyata bağlayan nəsnələr
haqqında fikirləşirəm. Cocodan fərqli olaraq gerçəkləşməsi ehtimalı az olan
ümidə arxalanmadığımı görürəm. Məni həyata bağlayan getdiyim yolun sonunda məni
nə gözlədiyi marağıdır. Yəni, ümiddən çox inam.
Heç nəyin səbəbsiz olmadığına, yaşadıqlarıma və
yaşamadıqlarıma bir gün cavab tapa biləcəyim inamı məni vadar edir ki, yolu
sona qədər gedim. Bu inamın haradan gəldiyinə istədiyiniz adı verə bilərsiniz.
Din, kainat, Allah, mistik qüvvələr, heç bir fərqi yoxdur. Son mənzil eynidirsə
ora aparan səbəbin nə olması ikinci dərəcəli faktordur.
Bəzən isə tamamilə fərqli olur. Həyat sənə hər şeyi
verir. Ümiddən tutmuş inama, fürsətdən tutmuş bəxtə qədər. Sənə sadəcə cızılmış
yol üzrə təyin olunmuş məntəqəyə gedib çatmaq qalır. Amma həyat heç nəyi boşuna
vermir. Əvvəldə verirsə, sonda mütləq ki geri alacaq. Axı oyun oynamağı sevir. Bir
də gördün yolun ortasında səni tərki-silah etdi. Günəş kimi parlayan ümidlərin
qara buludların arxasında qaldı. Kefi istəsə bir də leysan göndərəcək. Həyatında
heç vaxt islanmayan sən buna dözə biləcəksənmi?
Ona görə ən yaxşısı Coco kimi bəri başdan kiçik
ümidlə yaşamaqdır. Arxayınsan, bilirsən ki, həyatın səndən alacağı heç nə
yoxdur. Axı heç nə verməyib. Sənə verdiklərinə qarşı da ehtiyatlı davranır, az
qala suyu da üfürə-üfürə içirsən. Çünki həyata yalnız axmaqlar güvənər.
A tea
There is a scene in the movie Coco: Coco's father composes song called "Remember Me" and sings it to his young daughter. After that, Coco never saw her father again, who left home to pursue his music dream. Years of longing and the thought that her father left them made Coco lose interest, and she carried it for whole life like a scar in her heart. Her only consolation for finding a reason to live was the song "Remember me". But in her family, music was taboo, and she was forbidden to listen to it. Can you imagine how Coco felt?Sometimes life is so.
Cruel enough to destroy the last hope in your hand. You feel that hope is
slowly fading away, like a candle that has burned out and is slowly dying. But
you can't hold it. You have neither permission nor power to do this.
I look back and think
about the things that makes me hold on to life. Unlike Coco, I find that I
don't rely on hope that is unlikely to come true. What keeps me connected to
life is the curiosity of what awaits me at the end of the road I walk. That is,
faith rather than hope.
The belief that nothing
is without a reason, that I will one day find an answer to what I have lived
and what I have not lived, makes me go all the way to the end. You can give any
name to the place where this belief comes from. Religion, universe, God, mystic
power, it doesn't matter. If the last destination is the same, rest of it is a
secondary.
Sometimes it is
completely different. Life gives you everything. From hope to belief, from
opportunity to luck. You just need to go to the marked point along the designated
path. But life does not give anything for free. If it gives in the beginning, it
will get it back in the end. After all, life loves to play games. And even life
can leave you disarmament in the middle of the road. Your hope shining like the
sun, will remain behind the dark clouds. If life wants, will send pouring rain.
Will you, who have never gotten wet in your life, be able to handle it?
So, it's best to start
living with a little hope like Coco. You are confident, you know that life has
nothing to take from you. After all, it did not give anything. You are careful
with what it gives you, and you even drink water carefully. Because only fools
trust in life.
Comments
Post a Comment