İtaliya sevgimin nə vaxt, necə və niyə yarandığını bilmirəm. Heç siz də soruşmayın. Bildiyim bir şey var ki, heç nə səbəbsiz olmur. Özüm belə bilməsəm də, mütləq ki səbəbi var.
“Benvenuto a Roma” yazısını görəndən sonra aylar
öncədən planlaşdırılan bu səyahətin nəhayət ki baş tutduğuna əmin oldum. Səyahətin
əvvəlindən ta axırına qədər sanki əsl İtaliyanı görməyim hələ qabaqdadır kimi
hiss edirdim. Axı mənim Roma xəyallarımda italyanlar var idi, deyib-gülən,
yaxşı yeməyi dünyanın mərkəzi hesab edən, heç nəyi veclərinə almayan
italyanlar.
Məni yağışla qarşılayan Roma günlərlə üzünün
qırışığını açmadı. Gah islandım, gah günəşin altında isindim. Gəzdim, gəzdim, gəzdim.
Gəzdiyim hər küçədən, toxunduğum hər daşdan bir xatirə götürdüm. Gəlin sizə
Romanı təsvir edim. Kiçik mərtəbəli, rəngli binalar, daş döşənmiş yollar, heykəllər,
heykəllər və heykəllər. Dədə-babalarının qoyub getdiyi tarixi dəyişməyə cəsarət
etməmiş romanlar tarixin içində müasirlik yaratmağa çalışıblar. Bir anlıq
Romanı mağazalarsız və nəqliyyatsız təsəvvür edin. Yerdə nə qalır? Quru tarix.
Bax Roma budur!
Romadan mənə möhtəşəm günəş batımı mənzərəsi,
dolub-daşan restoranlardan eşidilən xoşbəxt gülüş səsləri, bolluca heykəllər
xatirə qaldı.
Vatikan ziyarəti tamamilə fərqli təcrübə idi. “Öz
balaca dünyam var” deyir Vatikan. Nə İtaliya, nə Roma var onun üçün.
Mikelancelonun əsərləri ilə bəzənən hündür tavanlar, əzəmətli uzun dəhlizlər,
divar rəsmləri və təbii ki, sonsuz sayda heykəllər var. Vatikanı gəzmək əvvəl
ciddiyə almayıb güldüyün əhvalata dərinliyinə varandan sonra ağlamaq kimi bir
şeydir. İçəri girəndə “budu Vatikan?” dedirdən sadəlik yerini tələsmədən,
aram-aram möhtəşəmliyə verir. Axırda da qapıdan ağzı açıq çıxırsız.
Möhtəşəmlikdən söz düşmüşkən biraz da Venesiyadan
danışaq. Venesiya əsl sevgilinlə qol-boyun olub gəzməli, qayıqla gəzintiyə
çıxmalı şəhərdir. Dar küçələr, keçilməz dalanlar, bapbalaca körpülər, rəngli
evlər və su bərabərdir Venesiya. Yaşamalı yox, gəzməli şəhərdir. Gərək doyunca
gəzib, bir tərəfi suya dirənən dalanları əldən salıb qayıdasan. Çünki orada
yaşasan ora artıq Venesiya yox, adi şəhər olar.
Mənə görə hər ölkənin, hər şəhərin öz qoxusu var. Roma
tarix, Venesiya su qoxuyur. Suyun qoxusu yoxdur deyirlər, amma Venesiyada var.
Gözəl xatirələr üçün təşəkkürlər, İtaliya!
Arrivederci!
Bonus: İtaliya vloqu
Italy or on making dreams come true.
I don’t know when, how
and why my love for Italy started. Don’t even ask. What I know is that nothing
happens without a reason. Even if I don’t know it myself, there must be a
reason.
After seeing the
"Benvenuto a Roma" post, I was convinced that this trip which had
been planned for months was finally happening. From the beginning to the end of
the trip, I felt as if I was yet to see the real Italy. After all, in my dreams
of Rome, there were Italians, Italians who talk and laugh loudly, for them good
food is the center of the world, and who don’t care anything.
Rome, which greeted me
with rain, did not smile to me for days. Sometimes I got wet, sometimes I
warmed under the sun. I walked, walked, walked. I took a memory from every
street I walked, every stone I touched.
Let me describe Rome to
you. Low-rise, colorful buildings, cobbled paths, statues, statues and statues.
Romans that did not dare to change the history left by their ancestors tried to
create modernity in history. Imagine for a moment Rome without shops and
transport. What is left? Only history. This is Rome!
From Rome, I was left
with a magnificent view of the sunset, the sounds of happy laughter heard from
crowded restaurants, and a lot of statues.
Visiting the Vatican was
a completely different experience. "I have my own little world," says
the Vatican. There is neither Italy nor Rome for Vatican. There are high
ceilings decorated with works by Michelangelo, majestic long corridors, murals
and, of course, many sculptures. Walking around the Vatican is like crying
after getting into a story you didn't take seriously and laughed before. When
you walk in, it's like, "This is the Vatican?" The simplicity slowly
gives way to grandeur. In the end, you walk out the door with your mouth open.
Speaking of magnificence,
let's talk a little about Venice. Venice is a city where you should visit with
your love and go on a boat trip. Narrow streets, impassable side streets, small
bridges, colorful houses and water equal Venice. It is a city to visit, not to
live. You should walk around side streets of which one side uniting with the
water. If you live there, it will no longer be Venice, but an ordinary city.
According to me, every
country, every city has its own smell. Rome smells history, Venice smells water.
Scientists say water has no smell, but it does in Venice.
Thanks for the great
memories, Italy!
Arrivederci!
Bonus: Italy vlog
Humay,
ReplyDeleteWonderful writing as usual, describing a place I have only seen through the media. You have now experienced Italy with all of your senses. I hope you will be able to return (with your love) to fully appreciate the land of your dreams. Please keep traveling and writing!
Ron Smith
Dear Ron, your comment made me feel motivated. Thank you!
Delete