Etiraf

Bu gün güzgüyə baxanda həmişəkindən fərqli sima gördü. Fikirli və yorğun gözlər, çatılmış qaşlar və kip bağlanmış dodaqlar. Ona yad olmayan bu səhnə etiraf zamanı gəldiyinin xəbərçisi idi. 

Keşişə etiraf etməyə gələn günahkar bəndələr kimi haradan başlayacağını bilmirdi. Bəlkə etiraf edəsi heç nə yox idi? Bəs onda etiraf üçün imdad diləyən bu gözlər nə idi? Niyə nələri isə etiraf etməli olduğunu hiss edirdi?

Güzgünün qarşısında uzun-uzun durub özünə baxdı. Ürəyi dolu, dili isə boş idi. Dəqiqələr keçir, qaşları daha çox çatılır, gözlərindəki kədər böyüyür. Amma etiraf gəlmir ki, gəlmir.

Birdən dodaqları yüngülcə titrəməyə başladı. Gərginləşdiyi aşkar hiss olunurdu. Bir əlinin barmaqları ilə o biri əlinin barmaqlarını sıxır, ayaqlarını yerə möhkəm basırdı. Gözlərini güzgüdəki özündən qaçırıb başını aşağı dikdi. Amma etiraf edərkən gözünün içinə baxmaq lazım olduğunu xatırlayıb yavaşca başını qaldırdı. Güzgüdə gördüyü səssiz göz yaşları idi.

Bu dəfəki etiraf belə idi. Ürək dolu olanda gözlər danışır. Bəlkə də göz yaşları. Silməyə cəhd belə etmədiyi göz yaşları yanaqları boyunca süzülür, sanki deyilməmiş o sözləri yuyub aparırdı. İsti gündə içilən bir stəkan sərin su kimi göz yaşları da onun qəlbinə sərinlik gətirir, yanğını söndürürdü.

Doyunca ağladı, yağışdan sonra təmizlənən təbiət kimi yüngül hiss etməyə başladı. Yalnız bundan sonra güzgüdən baxan gözlərə “bağışla” dedi və çevrilib getdi.Bu gün güzgüyə baxanda həmişəkindən fərqli sima gördü. Fikirli və yorğun gözlər, çatılmış qaşlar və kip bağlanmış dodaqlar. Ona yad olmayan bu səhnə etiraf zamanı gəldiyinin xəbərçisi idi.

Keşişə etiraf etməyə gələn günahkar bəndələr kimi haradan başlayacağını bilmirdi. Bəlkə etiraf edəsi heç nə yox idi? Bəs onda etiraf üçün imdad diləyən bu gözlər nə idi? Niyə nələri isə etiraf etməli olduğunu hiss edirdi?

Güzgünün qarşısında uzun-uzun durub özünə baxdı. Ürəyi dolu, dili isə boş idi. Dəqiqələr keçir, qaşları daha çox çatılır, gözlərindəki kədər böyüyür. Amma etiraf gəlmir ki, gəlmir.

Birdən dodaqları yüngülcə titrəməyə başladı. Gərginləşdiyi aşkar hiss olunurdu. Bir əlinin barmaqları ilə o biri əlinin barmaqlarını sıxır, ayaqlarını yerə möhkəm basırdı. Gözlərini güzgüdəki özündən qaçırıb başını aşağı dikdi. Amma etiraf edərkən gözünün içinə baxmaq lazım olduğunu xatırlayıb yavaşca başını qaldırdı. Güzgüdə gördüyü səssiz göz yaşları idi.

Bu dəfəki etiraf belə idi. Ürək dolu olanda gözlər danışır. Bəlkə də göz yaşları. Silməyə cəhd belə etmədiyi göz yaşları yanaqları boyunca süzülür, sanki deyilməmiş o sözləri yuyub aparırdı. İsti gündə içilən bir stəkan sərin su kimi göz yaşları da onun qəlbinə sərinlik gətirir, yanğını söndürürdü.

Doyunca ağladı, yağışdan sonra təmizlənən təbiət kimi yüngül hiss etməyə başladı. Yalnız bundan sonra güzgüdən baxan gözlərə “bağışla” dedi və çevrilib getdi. 



Comments