Müəyyən yaşdan sonra bayramlar sadəcə gündəlik həyatdan,
qayğılardan uzaqlaşmaq üçün bir bəhanəyə çevrilir. Artıq uşaqlıqdakı kimi
sevinclə bayramları gözləmir, həyəcanlanmırsan. Əvvəllər həsrətlə gözlədiyin
bayram hazırlıqları, ananın sevimli şirniyyatları, biş-düş indi yüksək kaloridən
başqa bir şey deyil.
Niyə belə olur?
Sən böyüdükcə həyat eşqin azalır. İçindəki uşağı
öldürməklə (daha pisi: susdurmaqla) özünə necə haqsızlıq etdiyinin fərqində belə
deyilsən.
Qayğılar, problemlər hər şeydən önə keçir, səni
robot kimi mexaniki hərəkət edən, duyğusuz bir varlığa çevirir. Hiss etdiyin
yeganə duyğu özünü günahlandırmaqdır. Bir də əsəb. Aylarla üst-üstə yığılan gərginlikdən,
stressdən bir neçə günlük tətil ilə xilas olacağını düşünürsən. Necə də
safsan...
Öldürdüyün o uşağı yenidən diriltmək elə də asan
deyil. Problem ondadır ki, o uşaq dirilməsə sən ölənə qədər yaşamaq eşqi
olmayan ətdən və sümükdən ibarət bir bədən olacaqsan.
Bəs o uşağı niyə öldürdün?
Çünki hamı elə edir. Hamı kimi olaraq özünü
sığortalayırsan. Fərqli olana dəli kimi baxılan bir dünyada bu, ən doğru seçim
kimi görünür. Axı ən rahatı da budur. Komfort zonadan çıxmaq, ətrafındakı səhv
düşüncəli insanlarla mübarizə aparmaq yerinə onlardan birinə çevrilmək sənin
kimi milyonların səhvidir...
Təəssüf ki, bir neçə günlük təbiətə qayıtmaq, dağ-çəmən,
çiçək-böcək işə yaramayacaq, əzizim.
Daha dərinlərə en, batsan da, en. Tək yol budur.
Özünə qayıtmaq diləyi ilə...
Bonus : Bayram adətləri vlog
Spring of soul
After certain age, holidays turn into excuse for just getting away from daily life and problems. You don’t wait for holidays happily and you don’t get excited as you did before. The holiday preparations which you were looking forward to, favourite sweets by your mom, cooking now are nothing except high-calory.Why does this happen?
As you get older, your passion decreases. You aren’t
even aware of how injustice you did to yourself by killing your inner child.
Worries and problems take precedence over everything
else, turning you into a mechanical, emotionless being like a robot. The only
emotion you feel is self-blame. And nervousness. You think that you will get
rid of the tension and stress accumulated over months with a few days of
vacation. How naive you are...
It's not easy to resurrect that child you killed. The
problem is, unless that child is resurrected, you will be a flesh and bone with
no love for living.
Why did you kill that child?
Because everyone does so. You insure yourself like
everyone else. In a world where being different is seen as crazy, it seems like
the right choice. After all, this is the most convenient. It is the mistake of
millions like you to step out of your comfort zone and become one of them
instead of fighting with the wrong thinking people around you...Unfortunately, returning to nature for a few days,
mountains and meadows, flowers and insects will not work, my dear.
Go deeper, even if you sink, go down. This is the only
way.
With a wish to return to yourself...
Bonus: Holiday traditions vlog
Comments
Post a Comment