Biri var idi, biri yox idi. Bir yolçu var idi. Bu
yolçu bir qış günü ucqar bir kəndə yola düşdü. Bir qış günü əgər bir yolçu
ucqar kəndə yola düzəlirsə, başına gələcəklərə görə yalnız özü cavabdehdir.
Başına nə gələ bilər? deyə sual verdiyinizi eşidir kimiyəm. Məsələ ondadır ki,
söhbət dünyanın düz vaxtından və başqa bir kənddən getsəydi, yolçunun başına
çox güman ki, heç nə gəlməzdi. Amma həyat belə asan deyil. O yolçu bəzən çətin
yollarla mənzil başına çatmalıdır, istəsə də, istəməsə də.
Bizim yolçunun da məsələsi belə idi. Qışın oğlan
çağında, kiçik çilənin at oynatdığı vaxtda yolçu yola düzəldi.
Avtobus rayon mərkəzindən kəndə aparan yola dönəndə
bizim macəramız başlayır. Kələ-kötür yollar buzla örtüləndə səyahət əsl
adrenalin mənbəyinə çevrilir.
Allaha şükür ki, yolçu kəndin girəcəyinə qədər
sağ-salamat çata bildi. Bundan sonrası kəlmeyi-şəhadəti oxuyub yola düzəlməkdi.
Avtobus sürüşə-sürüşə irəlilədikcə yolun bir tərəfindəki uçurum sizə Sirat
körpüsünü xatırladır. Günahlarınız bir-bir gözünüzün qabağından gəlib keçir.
Kəndə çathaçatda hər qış ya qolunu, ya ayağını
sındırıb kənd camaatını çar-naçar qoyan sürücü işin şuluq olduğunu anlayır. Sərnişinlərin
köməyi ilə təkərləri zəncirləyir ki, avtobus altı buz, üstü qar olan yolda
sürüşməsin. Bu proses baş verərkən sərnişinlər müasir standartlara tam cavab
verən avtobusda gözləyir. İsitmə sistemi hələ kəşf olunmayıb, qapını açmaq və
bağlamaq üçün sürücünün göstərişlərinə əməl etməlisiniz. Bizim sürücü qapını təmir
etdirmək yerinə sərnişinlərə problemli qapını necə açmaq olar dərsi keçməyi
üstün tutur.
Nə başınızı ağrıdım, zəncir işə yarayır. Sirat körpüsünü alnıaçıq
keçib kəndə çatırıq. Amma burda Əraf gəlir. Kəndin düz mərkəzinə gedən yol
yoxuş, dolanbac olduğu üçün qışda onu keçmək müşkülə dönür. Ona görə də sürücü
avtobusu burda saxlayır. Bundan sonra sərnişinlər hərə öz yükünü çiyninə
götürüb evinə yollanır.
Gəlin sizə bir sirr açım. O yolçu başına gələnlərə
rəğmən xoşbəxtdir. Çünki belə gözəl qış mənzərəsini görmək üçün Siratı da,
Ərafı da keçməyə dəyərdi.
Bir qış günü əgər bir yolçu vloqu
If a traveler on a winter day
Once upon a time there
was a traveler. This traveler decided to go to the faraway village. If on a
winter’s day a traveler decides to travel under difficult conditions, he
himself is responsible for the things will happen. What can happen? I hear your
voice. The problem is that, if we were talking about normal life and normal village, then there would
not be any problem for sure. But life is not so easy. Sometimes that traveler
should travel on difficult roads for reaching the destination, voluntarily, or
reluctantly.
It was the case of our
traveler. In the toughest time of the winter the traveler started the journey.
Our adventure starts when
the bus turned to the road for the village. When the bumpy roads are covered
with ice, the trip becomes a real source of adrenaline.
Thanks to God, the traveler managed to reach the entrance of the village safely. After that, it was time to recite shahada and get ready. As the bus glides along the way, the cliff on one side of the road reminds you Bridge of Sirat. You remember your sins one by one.
The driver who breaks his
arm or leg every winter and leaves the village people in trouble, understands
that the situation is bad. With the help of passengers, he chains the wheels so
that the bus does not slide on the road covered with ice and snow. While this
process takes place, passengers wait in a bus that fully meets modern
standards. The heating system has not yet been discovered, you must follow the
instructions of the driver to open and close the door. Instead of repairing the
door, our driver prefers to teach the passengers how to open the problematic
door.
What a magic, the chain
works. We cross the Bridge of Sirat and reach the village. But here comes Araf.
The road leading to the center of the village is steep and twisting, so it is
difficult to travel on it in winter. That's why the driver stops the bus here.
After that, the passengers take their luggage on their shoulders and go home.
Let me tell you a secret.
That traveler is happy despite all the things had happened. Because it was
worth crossing Sirat and Araf to see such a beautiful winter view.
If a traveler on a winter day vlog
Comments
Post a Comment