Freyd və Yunqun münasibətləri haqqında qısaca:
Freyd və Yunq ilk dəfə 1907-ci il ildə görüşəndə 13
saat fasiləsiz danışmışdılar. Freyd 51,
Yunq 32 yaşında idi. Həmin dövrdə Freyd özünün Psixoanaliz nəzəriyyəsi ilə məşhurlaşmışdı.
Yunq isə gənc psixiatr idi. Onların münasibəti olduqca coşğun və qəribə idi. Freyd
Yunqu Musamın Yuşəsi adlandırır və deyirdi ki, mənim heç vaxt görməyəcəyim müqəddəs
torpaqları o, görəcək. Növbəti 6 il ərzində onların dostluqları dərinləşdi.
1909-cu ildə onlar psixoanalizdən mühazirə oxumaq
üçün Amerikaya səfər etdilər.
Amerikada olduqları müddətdə onlar bir-birlərinin
yuxularını yozur, analiz edirdilər. Bu o vaxt idi ki, Yunq Freydə belə demişdi:
Qoy sizin dostluğunuzdan zövq alım, iki fərqli insanın arasındakı dostluq kimi
deyil, ata ilə oğulun dostluğu kimi.
İstənilən dostluqda bunu demək şübhəsiz ki, qəribə
səslənər. Xüsusilə əgər sizin dostunuz Edip komleksi nəzəriyyəsinin
yaradıcısıdırsa bunu demək yalnış olar. Edip kompleksinə görə oğul altşüurunda
özü də bilmədən atasını öldürmək istəyir. Yunqun bu sözü Freydin diqqətindən
yayınmadı və o, bir az qorxdu.
Bir gün bir alman kafesində söhbət zamanı Yunq
mumiyalanmış cəsədlər haqqında danışdı. Freyd bunu Yunqun öz atasını-yəni
Freydi öldürmək istəməsi kimi interpretasiya etdi.
Qısa zaman sonra məsələ aydınlaşdı. Məsələ onların qəribə dostluğu və ya ürəyinə
şübhə düşməsi deyildi. Əsl səbəb intellektual fikir müxtəlifliyi idi. Onların nəzəriyyələri
fərqli idi. Freyd hər şeyi sekslə bağlayırdı. Ona görə libido və onun
sıxışdırılması insan davranışının və sapmaların əsas səbəbidir. Altşüur təhlükəli
və qarışıq hisslərin, fikirlərin, arzuların toplandığı elə yerdir ki, onun
açarı psixoanalizdir. Freyd hər yerdə seks görürdü və Yunqa görə bu biraz çox
idi. Onların münasibətindəki ikinci fikir ayrılığı mifologiya və din idi.
Yunqun bunlara dərin marağı vardı və o, kollektiv şüursuzluğa inanırdı. Freyd
bu ideyanı qeyri-elmi adlandıraraq rədd etmişdi. Freyd düşünürdü ki, Yunq
mistik olmaqla psixoanalizə xəyanət edib. Yunq isə ümid edirdi ki, Freyd onu anlayacaq.
Bütün bunlara Freyd 1913-cü ildə yazdığı məktubda
aydınlıq gətirdi. “Anormal davranarkən qışqıraraq özünün normal olduğunu deyən
adam öz xəstəliyindən xəbərsiz olması şübhəsinə əsas verir. Buna görə də mən şəxsi
münasibətlərimizdən tamamilə imtina etməyi təklif edirəm. Bu qədər. “
Freydin məktubuna cavab olaraq Yunq öz gündəliyində
belə qeyd etmişdi: “Bu qədər deyil.
Qalanı sükutdur.” Bundan sonra hər ikisi öz yolu ilə getdi. Freyd nəzəriyyəsini
inkişaf etdirdi.
Film haqqında:
Film yazıçı Con Kerrin “Ən təhlükəli metod: Yunq,
Freyd və Sabina Şpilreynin hekayəsi: adlı əsər əsasında çəkilib.
Filmdə hadisələr 1-ci dünya müharibəsi ərəfəsində cərəyan
edir. Analitik psixologiyanın banisi Yunq və psixoanalizin banisi Freyd və isteriya
xəstəsi Sabina Şpilreyn arasında baş verənlərin üzərində qurulmuş filmdə ünsiyyət
terapiyası sınaqdan çıxarılır. Həmin dövr üçün sensasiya olan psixoanaliz çox insan
üçün boş və mənasız idi. Həmkarı Freydin gördüyü işləri uzaqdan izləyən Yunq bu
üsulları yeni pasiyenti Sabinanın üzərində sınaqdan çıxarmaq qərarına gəlir. Psixoanaliz
işə yarayır.
“Film Freyd və Yunq arasındakı münasibətlər bəhs edir” cümləsi film haqqında tam məlumat vermir. Əksinə, film psixoanalizin ilk günlərini, Yunqun psixiatr kimi yeni işə başladığı dövrü, müharibə ərəfəsində Avropadakı vəziyyəti, psixoloq-pasient münasibətlərini və s. mövzuları əhatə edir.
Sabina atasından gördüyü fiziki və psixoloji şiddət
nəticəsində isterik tutmaları olan, özünü idarə edə bilməyən və Yunqun işlədiyi
xəstəxanaya gətirilən pasientdir. İlk günlər Yunqdan gözü su içməsə də, tədricən
ünsiyyət terapiyası işə yarayır. “Talking cure” adlanan terapiyada psixoloq pasient
daha rahat danışa bilsin deyə onun görmədiyi yerdə oturur, pasient psixoloqun
üzünü görmədən danışır. Həmin dövrdə bu
terapiya kütləvi halda yayılmamışdı. Buna görə də xəstə üçün potensial təhlükə
demək idi. Filmin adı da buradan götürülüb. Və Sabinanın vəziyyəti yaxşılaşmağa
doğru gedir. Sabina daha da irəli gedərək, öz həkiminə vurulur. Əslində, bu
gözlənilən hal idi. Psixologiya özü də bunu deyirdi. Atasının etdiklərindən
sonra bütün insanlara inamını itirən Sabina ona qayğı göstərən, zərər verməyən
ilk insana aşiq olmalı idi. Yunq onun gözündə onu həyata qaytaran və daim
müdafiə etməli olan müqəddəs insan idi.
Bəlkə də onlar metodun təhlükəli olduğunu unudub
daha da irəli gedərək, sərhədi keçmişdilər. Bu əsnada Yunqun Freydlə görüşləri
başlayır. Uzun illər bir-birinə həsrət qalan sevgililər kimi 13 saat fasiləsiz
danışırlar. 40 gün otaqdan çıxmadan danışan Rumi və Şəms Təbrizi misalı.
Sabina ilə münasibət quran Yunq müəyyən müddət
sonra etdiyinin fərqinə vararaq Sabinadan uzaqlaşır. Bu o vaxt idi ki, Sabina
tibb təhsili alırdı. Yunqla ayrılıq ona ciddi zərbə vursa da öz yolu ilə gedir
və uğur əldə edir.
İllər sonra Sabina depressiyada olan Yunqun yanına
psixoloq kimi gəlir.
Yunq təkcə Sabinadan yox, Freyddən də uzaqlaşmışdı.
Freydin bütün problemləri seks və libido ilə bağlamasını Yunq qəbul etmirdi. Yunqun
mistikaya, dinə meyilli olmasını isə Freyd qəbul etmirdi. Beləcə, onların da
yolları ayrıldı.
13 saat fasiləsiz danışa biləcəyiniz ürək dostunuzu
tapmağınız diləyi ilə...
Comments
Post a Comment