Oğlan evində toy

Xalqımın toy kimi adəti var!

Əminəm ki, bu cümləni “Bəyin oğurlanması” filminin Hidayət bəyi Səməndər Rzayevin səsi ilə oxudunuz. Ən ülvi arzularımız toyla bağlıdır. “Toyunda inşallah” “Subaylar üçün olsun” və s.  Hətta təzə anadan olan uşağı ziyarətə gələndə də “toyunu görək” deyilir. Bəs toy niyə bu qədər vacib mərasimdir? Əksər adətlərimiz kimi bu da sirri-xudadır.

Tanrı bizə də qardaşımın “toyunu görməyi” nəhayət ki, qismət etdi. Adət-ənənəyə görə, biz elə xoşbəxt olmalıydıq ki, uçmağa qanadığımız olsaydı, pərvazlanıb göylərə uçardıq. Amma belə olmadı. Toy ərəfəsində yaşanan stress və gərginlik illərlə gözlədiyimiz toyun dadını çıxarmağa mane olurdu.

Qız və oğlan toyu arasında fərq var. Qız toyu daha emosional və kədərli olur. Çünki bir ana öz övladından ayrılır, ata evini tərk edir, tamam başqa ailəyə köçür. Oğlan toyu nisbətən şən olur. Bir evə gəlin gəlir. Evin çırağını sönməyə qoymayacaq, nəsli davam etdirəcək gəlin.

Toyun özü başqa, toydan əvvəl və sonrakı adətlər isə tamam başqa aləmdir. Oğlan toyundan bir müddət əvvəl qız evindən bir neçə adam təzə gəlinin otağını bəzəməyə gəlir. Gəlinin tapşırıqlarına əsasən otaq dizayn edilir. Oğlan evi ev bəzəyənlərə pul verir. Gəlin otağının işığını quraşdırana isə qız evi pul verir. Sən mənim qızımın işığını yandırdın, Allah da sənin işığını yandırsın kimi.

Toydan ən azı 2 gün əvvəl oğlan evində iynə atsan yerə düşmür. O tərəf bu tərəfə vurnuxan adamlar bir-birini az qala tapdalayır.   Hələ axşam yatmaq vaxtı gələndə lap qiyamət olur. Üst-üstə yatanlar, aşağı-yuxarı yastıq-döşək daşıyanlar, paltarını itirənlər, başını itirənlər dəyir bir-birinə.

Soruşa bilərsiniz ki, niyə insanlar toydan iki gün qabaq gəlir. Çünki toy üçün hazırlıqlar başlayır. Çörək bişirdi və mal kəsdi günləri olur. Gur səsli bir uşaq ona verilən siyahı üzrə ev-evə gəzir, hamıya eyni şeyi deyir: sabah filan saatda filankəsgildə çörəkbişdi olacaq. Toy evinə gələrkən qəzetə (Allah bilir neçə dəfə istifadə olunmuş) bükülmüş bir neçə yumurta, bir qutu peçenye kimi pay gətirirlər. Ərk sahibi qonşular və yaxın qohumlar toplanır, çörək bişirmə bölgüsü edirlər. Əgər oğlan evində şərait varsa elə ordaca bişirirlər. Yoxdusa qonşular unu bölüşdürüb öz evlərində bişirib gətirirlər. Oğlan evi odun verir. Çörək bişirənlərə çay, meyvə kimi sovqatlar da göndərilir.

Axşam çörəklər oğlan evinə təhvil veriləndən sonra sulanır, doğranır, paketlərə yığılaraq toy üçün hazır edilir.

Səhərisi gün mal kəsdi olur. Bəyin öz toyu üçün saxladığı heyvan kəsilir. Əti təmizləyir, kabablıq, dolmalıq, buğlamalıq, plovluq və s. kateqoriyalara bölürlər.

Toy yeməklərini bişirmək üçün kəndin bir, uzağı iki hörmətli aşpazı olur. Bu aşpazlar adətən kök, dolu bədənli, qırmızı yanaqlı qadınlar olur. Sanki bişirdiyi yeməklərin necə dadlı olmasının əyani sübutu kimi öz ətli-canlı bədənlərini göstərirlər. Dəvət göndərilən günün səhərisi həmin o dolu bədənli qadın yırğalana-yırğalana gəlir, qollarını çırmalayıb işə başlayır.

Oğlan evi toy günü səhər evə gələcək çalğıçılar üçün xonça hazırlayır, bəyin anası, bacısı və ya bibisi xonçanı təntənəli şəkildə təqdim edir.

Kənd toylarında adətən gəlin oğlan toyunda iştirak etmir. Toydan bir gün əvvəl, bəzi hallarda toy günü oğlan evi gedib gəlini gətirir. Gəlin evdə oturur, qalanlar toya gedir.

Gəlin evə girəndə ayağının altına boşqab qoyurlar ki, basıb sındırsın. Gəlinin fərasəti burda görünür. Bir dəfəyə boşqabı sındıran gəlin sözükeçən olur.

Bundan sonra gəlin öz otağına aparılır. Amma oturmur. Qayınana və qayınata gəlib ona xələt (pul və ya zinət əşyası) verməmiş gəlin oturmur. Bu xələt bizim tərəfdə dizayağı adlanır.

Toydan bir gün sonra üzəçıxdı olur. Gəlin otağından çıxaraq ev əhli və hələ də dağılışmayan qohumlar ilə tanış olur. Öz cehizlik qablarından istifadə edərək çay süfrəsi hazırlayır. Gəlin çayı içənlər nəlbəkiyə pul qoyur və çayı tərifləyir. Pullu çay təbii ki, dadlı olmalıdır.

Toy bitsə də toy adətləri bitmir ki, bitmir. Toyda əziyyəti keçən insanlara, nəslin yaşlılarına toy hədiyyəsi göndərilir. Bu, adətən şirniyyat olur.

Gəlin ata evindən bir çamadan əlavə hədiyyə gətirir. Onu görməyə gələnlərə paylayır. Bu hədiyyələr isə corab, dəsmal, əl yaylığı, baş örtüyü olur.

Nə başınızı ağrıdım, toyun ən asan hissəsi elə toyun özüdür. Əsl toy isə sonra başlanır...

Subaylarçün olsun!

Toy adətləri

Wedding at the groom’s house

My people have a tradition like a wedding! I am sure that you read this sentence with the voice of Samandar Rzayev, Mr.Hidayat of the movie “Stealing groom”. Our best wished are about wedding. “In your wedding, inshallah”, “Let it be for singles” etc. Even when people come to see newborn baby, they wish same things. Why wedding is so important event? Like our most traditions, it is also mystery-God.

Finally, God allowed us to see my brother’s wedding. According to out tradition, we should feel like heaven. But it didn’t happen. Stress and tension in the eve of wedding didn’t allow us to fully enjoy the wedding.

There is difference between the wedding at groom and bride family. Bride wedding is emotional and sad. Because a girl leaves her father’s house and moves to totally new house. Groom wedding is happier and enjoyable. Bride comes to the house. Who will not allow the light to put out, who will make the generation continue.

The traditions before wedding and after wedding are totally different. Few days before groom wedding, some people from bride side go to groom house to decorate bride room. The room is decorated according to bride’s design. Groom family gives some money or gift to those people. But bride family does the same for the person who made the light in bride room. Like “You turned my daughter’s light on, may Allah make your light turn on.”

At least two days before the wedding, house should be full of people. People who run here and there crash each other. It becomes worse when sleeping time comes. People who sleep in a pile, people who search for blanket, people who lost their cloths, even their heads.

You may ask that why people come so early for wedding? Because wedding preparations start early. Making bread and slaughtering animal days happen. A boy with loud voice with a list in his hand, goes door by door and invite people for those preparations. He says same thing to everyone: tomorrow at [time] [wedding owner’s name] invites you for [name of event].

Invited people bring small things like few eggs or cookies wrapped in old newspaper. God knows how many times that newspaper is used. Close neighbors and relatives decide who will do which part of bread making. If there is comfortable place for making bread, they do it in groom house. If not, they do it in their house and bring bread to groom house. Groom house sends wood for cooking and some sweats and fruits for snack.

When bread is given to groom house, it should be cut and packaged for wedding ceremony.

The day after, calf slaughtering happens. The calf raised by the groom, slaughters. Then meat is cleaned and sorted for barbecue, dolma, plow and so on.

There are always few female chefs in the village who are respectable. These chefs are fat, stout, and red checked. They are so, as if they want to show the taste of their food in their appearances. Those chefs come a day later after invitation and start immediately to work.

Groom house prepares khoncha for musicians who will come at the wedding morning. Groom’s mother, aunt or sister present this khoncha to musicians.

Usually, bride doesn’t attend in groom’s wedding in the villages. One day before wedding, bride is brought to groom house. She sits at home and everyone else goes to the wedding.

When bride enters house, she should break plate with her foot. Her ability will be shown here. If she can break it from first time, she will be dominant in the family.  

After that bride is taken to her room. But she doesn’t sit, until her mother-in-law and father-in-law come and give her khalat (gift). Which usually is money or jewelry. This khalat is called dizayaghi in our village.

After wedding, there is “uze chixdi” which means bride can now appear to everyone. She meets family and relatives. Using her dowry, she makes tea table. After drinking bride’s tea, everyone gives money to her and praise the tea. Of course, when you give money, tea should be tasty.

Wedding finishes, but wedding traditions no. Wedding gift (usually sweat) is sent to the people who helped in wedding preparations, and aged representatives of generations

Bride brings a suitcase from her house which is full of gifts. She gives these gifts to people who come to see her. These gifts are socks, handkerchief, towel, or head dress.

To make it short, the easiest part of wedding is wedding itself. Real wedding starts after that.

Let it be for singles! 

Wedding traditions

Comments