Hər şeyə
rəğmən
İçindən
hayqırmırsa, etmə.
Səndən
soruşmadan,
Ürəyindən,
Ağzından,
içindən gəlmirsə, etmə.
Oturub kompüterin
ekranına saatlarla baxacaqsansa,
Yazı makinasının
üzərinə əyilib
Doğru
sözləri axtaracaqsansa, etmə.
Pul, ya
da şöhrət üçün edirsənsə, etmə.
Yatağında
qadınların olmasını
İstədiyin üçün edirsənsə, etmə.
Oturub təkrar-təkrar yenidən
Yazmalı olacaqsansa, etmə.
Əgər sadəcə etməyi düşünmək belə çətindirsə, etmə.
Başqa biri kimi yazmağa çalışırsansa, unut getsin.
İçindən kükrəyərək çıxması üçün gözləməlisənsə,
Səbirlə gözlə.
Əgər içindən kükrəyərək çıxmırsa,
Başqa işlə məşğul ol.
Yazdığını həyat yoldaşına və ya sevgilinə,
ata-anana və
ya hər-hansı birinə oxumalısansa,
Deməli hələ hazır deyilsən.
Çoxu yazıçılar kimi olma,
Özlərini yazıçı adlandıran yüzlərlə insan kimi olma,
Darıxdırıcı, duyğusuz və iddialı olma.
Xudpəsəndliklə özünü tükətmə.
Dünya kitabxanaları sənin kimilər üzərinə yatmaq
üçün əsnəmişdilər.
Birini də sən əlavə etmə.
Etmə.
Ruhundan raket kimi çıxmırsa,
Durğun olmaq səni dəliliyə,
Cinayətə və intihara sövq etmirsə,
Etmə.
İçindəki günəş səni yandırmırsa,
Etmə.
Vaxtı gələndə,
Əgər seçilmişlərdən olsan,
Öz-özünə gələcəkdir.
Və gəlməyə davam edəcəkdir.
Ta ki sən və ya içindəki o şey ölənə qədər.
Başqa yolu yoxdu,
Heç olmadı...
Çarlz
Bukovski
Comments
Post a Comment