Soyuq, yağışlı günün ardınca çıxan günəş torpağı,
insanları isidir, ümid dolu gün vəd edirdi. Qardaşım (nəhayət ki!) 30 yaşında
subaylığın daşını atmağa qərar vermişdi. Qız evində olacaq toya hazırlaşırdıq.
Evimizin ilk toyu olduğundan nə etməli olduğumuzu bilmirdik. Təcrübəli qonşular,
qohumlar məsləhət verir, belə edin, elə edin deyirdi.
Hələ də mənasını anlamadığım absurd ənənələrə boyun
əyərək, xonça, səbət, lent, konfet bəzəməklə məşğul idim. İşin qızğın yerində
bir anlıq əl saxlayıb öz-özümə mən nə edirəm?-deyir, nə etdiyimi anlamağa macal
tapmamış işə davam etməli olurdum. Qız evindəki toya getmək üçün bizə gələn
qohumlar dil boğaza qoymurdu. Biri “toy olan həyətdə darvazaya lent bağlayarlar”-
deyir, mən də lent dalınca qaçırdım. Lenti bitirməmiş ikinc başbilən o tərəfdən
boylanır ki, -qızım, çalğıçıların qabağına şirniyyat xonçası çıxmalıdır,
hazırlamamısız?
Qaçıram xonça dalınca. Toydan qabaq ilim-ilim itən,
az qala varlığını unutduğum qohumlardan biri dillənir: “maşınlara da lent
bağlayın.” Qadının üzünə baxıb :ay xala, sən kim idin? Demək istəyir, amma
susuram.
Bu işləri yoluna qoyan kimi bacım hay-küylə gəlib
ki, anamın donu dərzidə qalıb, nə edək? Anam qonaqlar gələndə qaçıb gizlənən
Qurbanəli bəy kimi otaqdan çıxmır.
Aləm bir-birinə dəymişdi. Biri saçını düzəldir,
biri şalvarını axtarır, biri maşının açarını tapa bilmirdi.
Kiçik qardaşımın “çalanlar gəldiləəər” deməsilə bu
qarışıqlıq da həllini tapdı. Hamı həyətə yüyürdü. Çalğıçılar maşından düşən
kimi çalaraq həyətə girdilər. Onların şirniyyat xonçasını təqdim etmək kimi şərəfli
vəzifə mənə qismət olmuşdu. Çalğının səsini eşidənlər ortalığa düşüb oynayır, sevinirdilər.
Toy ərəfəsində yaşanan gərginlik və stress o qədər
böyük olur ki, insanlar illərlə gözlədiyi xoş günün dadını çıxara bilmirlər. Bəlkə
də ona görə toy videoları bu qədər əzizdir. Hər saniyəsini əzbər bilsən də, hər dəfə yeni nəsə baş verəcəkmiş kimi həvəslə
baxırsan.
It will be okay after the wedding
The sun coming out after a cold, rainy day promised
a day full of hope, warming the land and people. My brother (finally!) decided
to quit celibacy at the age of 30. We were preparing for a wedding at the
girl's house. Since it was the first wedding in our house, we didn't know what
to do. Experienced neighbors and relatives were giving advise, do this and do
that.
I was busy decorating khonchas, baskets, ribbons,
candies, bowing to absurd traditions that I still do not understand the meaning
of. While doing it, I stopped for a moment and said to myself, "What am I
doing?" The relatives who came to us to attend the wedding at the girl's side
did not stop talking for a moment. Someone says, "In the courtyard where
there is a wedding, they tie a ribbon on the gate", and I ran after the
ribbon. Before the ribbon is finished, the second headman calls out from the
other side and says, "Daughter, there should be a candy khoncha in front
of the musicians, haven't you prepared it?"
I'm running after khoncha. Before the wedding, one
of the relatives who disappeared for years, whose existence I almost forgot,
says: "Tie ribbon on the cars too." I looked at the woman's face and wanted
to say, "Hey aunt, who were you?"But I kept silent.
As soon as I put these things in order, my sister
came with a fuss that my mother's dress was left at the tailor, what should we
do? My mother does not leave the room like Mr. Gurbanali, who runs and hides
when guests come.
Everthing was messed. Someone was fixing her hair,
someone was looking for his pants, someone couldn't find the car keys.
This confusion was resolved when my younger brother
said, "The musicians came." Everyone ran to the yard. The musicians
entered the yard playing as soon as they got out of the car. I had the honor of
presenting their candy khoncha. Those who heard the sound of the trumpet went
out and played and were happy.
The tension and stress experienced on the eve of
the wedding is so big that people cannot enjoy the pleasure that they have been
waiting for years. Maybe that's why wedding videos are so valuable. Even though you know every second of them by
heart, you still watch them eagerly as if something new is going to happen.
Comments
Post a Comment