İnternet əsri özü ilə yüksək texnoloji inkişafla
birgə sosial media, kompüter oyunları asılılığı, selfi kimi yeni psixoloji “xəstəliklər”
gətirdi. Gənc nəslin böyük əksəriyyəti ( özləri etiraf etməsə də) bu asılılıqdan
əziyyət çəkir. Səhər yuxudan oyanan, gözləri tam açılmamış instagramı
yoxlayan, metroda, avtobusda gözünü ekrandan ayırmadan oyun oynayan, iş
saatının böyük hissəsini feysbukda keçirib işləri çatdırmamaqdan şikayət edən gənclərin
əksəriyyəti düşdükləri vəziyyətin fərqində belə deyillər.
İctimai nəqliyyatda kiçik bir müşahidə bu mənzərənin
şahidi olmağa kifayət edir. - Bəs metroda telefona baxmaqdan başqa nə edim? Camaatın
üzünə baxa-baxa yol gedim?- deyə cavab verənlər də var. Telefon həyatımızda
olmayanda metroda necə yol gedirdik?
Sosial medianın ilkin məqsədi ətrafımızdakı insanlarla
daha sürətli əlaqə yaratmaq və əylənmək idisə, bu gün sosial media tamam başqa
vəzifəyə xidmət edir.
30 il əvvəlki və indiki nəslin həyatını müqayisə edək:
|
30 il əvvəl |
İndi |
Uşaqlar |
·
Həyətdə, çöldə
oynayan uşaqlar; ·
Ağac, daş,
yarpaq və s kimi şeylərdən düzəldilən oyuncaqlar; ·
Ortadaqaldı,
gizlənpaç, beşdaş kimi oyunlar, ·
Nənə-babanın
nağılları, söhbətləri; |
·
Evdə kompüter
oyununa aludə olan, çölə sürüyərək çıxarılan uşaqlar; ·
Psixoloji təsir
gücü böyük olan ziyanlı kompüter oyunlar, cizgi filmlər, videolar; ·
Yemək vaxtı
video izləmək vərdişi; ·
Yaşlarına uyğun
olmayan videolara baxan, şiddətə, aqressiyaya meyilli uşaqlar: |
Gənclər |
·
Ən böyük əyləncəsi
domino, şaşki olan, məhləuşaqları ilə söhbət edən, bekarçılıqdan təsbeh
fırladan gənclər; ·
Musiqi dinləmək,
kitab oxumaq kimi vərdişlərə sahib gənclər: |
·
Günün böyük
hissəsini ağıllı telefondan asılı halda keçirən, incəsənət zövqü korlanmış gənclər; ·
Əlində böyük
imkanlar, resurslar olduğu halda özünüinkişafa vaxt ayırmayan, düzgün həyat tərzi
olmayan gənclər; |
Ailə |
·
Bir süfrə
başında yemək yeyən, axşamlar şam işığında söhbətləşən ailə; |
·
Hərə öz
telefonunda mesajlaşan, sosiallaşan ailə, səbirsiz, əsəbi valideynlər,
aqressiv uşaqlar. |
Hər iki nəsil üçün istisnalar olsa da, ümumi vəziyyət belədir. Bu dəyişmənin tək səbəbi təbii ki, sosial media, internet deyil, amma bu amillərin rolu danılmazdır.
Bəs sosial media niyə bizi asılı hala salır?
Sevimli sosial şəbəkələrə daxil olanda beynimizdə xoşbəxtlik
hormonu artır. Çünki bu sosial şəbəkələrin ilkin məqsədi əyləncə idi. Real həyatda
xoşbəxt olmadığını düşünən insanlar dopaminə ehtiyac duyarkən sosial şəbəkəyə
daxil olur. - Nə var nə yox baxım, beş dəqiqəyə çıxacam, deyərək saatlarla
internetdə vaxt keçirən insan zehni olaraq yorulur. Amma həmin anda bunu hiss
etmir. Telefonu özündən uzaqlaşdırmaq gücündə olmayan “aludəçi” ən yaxşı halda
kənar təsirin nəticəsində telefondan ayrılır. Kimsə zəng edir, onu çağırır və
ya başqa nəsə baş verir.
Sosial media
aludəçiliyinin başqa səbəbləri də vardır:
1.
Aşağı
özgüvən.
İnternetdəki görüntüyə əsasən “başqaları məndən
yaxşı yaşayır, çox xoşbəxtdirlər” düşüncəsi ilə hərəkət etmək.
Bunun qarşısını almaq üçün belə düşünün: Hamı sosial
şəbəkəyə ən gözəl şəklini, ən xoşbəxt anını yükləyir. Deməli, onların da həyatında
pis hiss etdikləri anlar, problemlər olur. Bu, təkcə məndə belə deyil .
2.
Tənhalıq,
təcridolunma hissi, depressiya və s amillər.
İnsanlardan uzaqlaşmaq, tək qalmaq istəyəndə sosial
mediaya müraciət edən insanlar var. Boş-boşuna internetdə vaxt öldürmək heç kimə
kömək edə bilməz.
Əksinə, təbiətdə vaxt keçirmək, gəzmək, yaxşı musiqiyə
qulaq asmaq, sevdiyi işlə məşğul olmaq daha çox işə yarayar.
3.
Paylaşımları,
hekayələri (story) buraxmaq qorxusu.
Bu, daha çox sosial media istifadəsinə səbəb olur.
Hansısa dostunuzun, tanışınızın, məşhurun instagram
və ya feysbuk hekayəsinə baxmasanız dünya dağılmayaq. Yaxşı olar ki, daha
faydalı işlə məşğul olasınız.
Bəs sosial media aludəliyini necə azaltmaq olar?
ü
Telefondan
bu proqramları silərək, kompüterdən girişi minimuma endirərək;
ü
Sosial
media üçün günün müəyyən hissəsini ayırıb, qalan vaxtlarda qətiyyən istifadə
etməyərək;
ü
Telefonunuzu
özünüzdən, xüsusilə yataq otağından kənar saxlayaraq;
ü
Hobbilərə
vaxt ayıraraq, yeni hobbilər, vərdişlər yaradaraq əsrin bəlasının öhdəsindən gəlmək
olar.
Telefonunuzdan uzaq qalmağı bacarmağınız diləyilə...
Comments
Post a Comment