Həyatının elə bir mərhələsində idi ki, hadisələrə baxışı
tamamilə dəyişmişdi. Geriyə çevrilib baxanda illər öncəki özü ilə indiki özü
arasında yerlə göy qədər fərq görürdü. Əvvəlki çılğınlıq, üsyankar ruh köçəri
quş kimi uçub getmiş, yerini daxili sakitliyə vermişdi. Ətrafında baş verənlərə
reaksiya verməməyi öyrənmək ona elə də asan başa gəlməmişdi. Hamıdan hər şeyi
gözləmək, dəyişə bilmədiyi hadisələri axarına buraxmaq, əlindən gələnin ən yaxşısını
edib gerisi haqda narahat olmamağı öyrənənə kimi onunku ona dəymişdi. İndi oturub
bunları düşünəndə keçdiyi yolların çətinliyi onu heyrətləndirirdi, öhdəsindən gəldiyinə
inana bilmirdi.
Axı o, nə öyrənmişdi həyatdan? Daha doğrusu həyat
ona bu qədər dəyərli nələri öyrətmişdi?
Düşünmədən deyə bilərdi ki ki öyrəndiyi ən vacib dərs
bağışlamaq idi. Əvvəllər elə fikirləşirdi ki, kimisə bağışlamaq onun etdiklərini
unutmaq və ya özünün zəifliyini, gücsüzlüyünü qəbul etməkdir. İndi belə
düşünmür. İndi o, bilir ki, bağışlamaq əslində bağışlanan insanın etdiklərini
unutmaq deyil, əksinə, bağışlayan tərəfin
hüzurlu qəlb üçün özünə hədiyyəsidir. Əvvəlki özü bağışlamağı bacarmır, yarası
nə qədər dərindirsə, qarşı tərəfə qəzəbi də bir o qədər çox olurdu. İndiki özü isə
anlayır ki, o dərin yaranın tək dərmanı elə bağışlamaqdır. Bu, qarşındakının
günahından keçməkdən daha çox səni incitmələrinə icazə verdiyin üçün özünü bağışlamaqdır.
Öyrəndiyi ikinci dərs hamıdan hər şeyi gözləməkdir.
Başqa sözlə heç kimə tamamilə güvənməmək. Zədələnmiş inamı bərpa etmək qırılan qəlbi
sağaltmaqdan daha müşkül məsələdir. Bəs güvənmədən yaşamaq çətin deyilmi? Çətindir,
amma gözləmədiyin adamdan zərbə almaq qədər çətin deyil.
Növbəti dərs hislərinə azadlıq verməkdir. Ağrı, kədər, sevinc-fərqi yoxdur, nə hiss edirsənsə onunla üzləş. Hislərini basdıraraq onlardan xilas ola bilməzsən. Bunun yeganə yolu onları daxilindən azad edib, yola salmaqdır.
A tea
She was at a such stage
of her life that her view to the things had completely changed. When she looked
back, she could see the difference between herself years ago and her current
self. The previous madness, the rebellious spirit had flown away like a
migratory bird, giving place to inner calm. It was not easy for her to learn
not to react to what was happening around her. Until she learned to expect
everything from everyone, to let things happen that she could not change, to do
the best she could and not worry about the rest. When she sat down and thought
about it now, she was amazed by the difficulty of the paths she had taken, and she
could not believe that she had overcame it.
After all, what did she
learn from life? Rather, what did life teach her so valuable?
Without thinking, she
could say that the most important lesson she learned was to forgive. Before, she
thought that forgiving someone meant forgetting what she had done or accepting
her own weakness. She doesn't think so now. Now she knows that forgiving is not
actually forgetting what the forgiven person has done, but on the contrary, it
is a gift to the forgiving person for a peaceful heart. The former self is not
able to forgive, the deeper the wound, the angrier the other party was. Now she
understands that the only cure for that deep wound is to forgive. It's more
about forgiving yourself for letting them hurt you than it is about letting go
of the other person's guilt.
The second lesson she
learned is to expect everything from everyone. In other words, not trusting
anyone completely. Restoring broken trust is more difficult than healing a
broken heart. But isn't it hard to live without trust? It's hard, but not as
hard as getting hurt by someone you least expect.
The next lesson is to
give freedom to your feelings. It doesn't matter pain, sadness, joy, whatever
you feel, face it. You cannot get rid of your feelings by suppressing them. The
only way to do this is to release them from within and send them away.
Comments
Post a Comment