Bir kəndlinin həyatında yay bəlkə də ən bərəkətli fəsildir.
Qış ehtiyatının əsas hissəsi demək olar ki, yayda toplanır. Mürəbbə, kompot,
meyvə qurusu, tərəvəz konservləri, turşular yayda hazırlanır. Bundan başqa
heyvanlar üçün ot ehtiyatı da yayda yığılır. Deməli, yay bərəkətli olduğu qədər
də çətindir.
Qışda ən çox istifadə olunan tərəvəzlər kartof və
lobyadır. Bu tərəvəzlərin toplanması, qışa qədər saxlanılması çox zəhmət tələb
edir.
Yayda bir kənd evini təsəvvür edək. Səhər saat 6
olmasına baxmayaraq evin ən kiçiyi də daxil olmaqla hamı ayaq üstədir. Biçilmiş
otu yığmaq üçün ən yaxşı vaxt səhər tezdəndir. Gün qızandan sonra ot yığmaq zülmdən
başqa bir şey deyil. Buna görə də kəndlilər gün qızana qədər otu yığırlar. Evin
kişiləri otu biçir, qadınlar yığır. Yığandan sonra taya qoyulur, daha sonra həyətə
gətirilib tövlənin damına yığılır. Ağız-burnunuza toz dolur, dəfələrlə tərlədiyiniz
üçün duzlu köynək dərinizi yandırır. “Kənddə həyat asandır” demədən əvvəl bir də
düşünün, deyərdim.
Ot mövsümü tez bitir. Tam yetişmiş otun biçilmə
vaxtı keçdisə artıq onu biçməyə dəyməz.
Bundan sonra albalı, tut, alça, onun ardınca
qarağat, moruq, daha sonra böyürtkən mövsümü başlayır. Nənəm deyərdi ki, yerə
qar düşənə qədər kəndlinin təbiətdən alacağı var. Həqiqətən də elədir.
Sadaladığım meyvələrdən çox şey bişirmək olar. Mürəbbə,
kompot, meyvə qurusu və s.
Mürəbbə və kompotun hazırlanması da əziyyətlidir.
Meyvəni ağacdan toplamaq, təmizləmək, yumaq, ehtiyac varsa doğramaq, şəkər
tozunda marinad etmək. Bunlar hələ hazırlıq mərhələsidir. Əsas mərhələ
qabaqdadır. Günəşdən qızmış talvarın altında ocaq qalamaq cəhənnəm əzabına bərabərdir.
Ocağın yanında ən azı yarım saat durub mürəbbəni bişirmək isə ikiqat cəhənnəm əzabıdır.
Ocaq yanında adətən analar dayanır. Mürəbbənin vaxtını ötürmək olmaz. Məsələn, qarağat
mürəbbəsi 20-25 dəqiqəyə bişir. Yarım dəqiqə geciksəniz, mürəbbənin rəngi tünd
olacaq. Məhz bu işi analar heç kimə etibar etmir. Alnından tər damcılayaraq mürəbbənin
içinə düşsə də, onun yanından çəkilməyəcək.
-Ciyərim yandı, bir stəkan çay gətir, içim- deyəcək.
-Bəlkə su verim ay ana? Axı hava istidir, çay da
isti.
-Çox danışma, çay gətir. Dədə-babamızdan çox biləcəksən?
Aldın cavabını? İndi di get çay gətir.
Kənddə məntiq işləmir. Nəyinsə məntiqli izahı, elmə
söykənən izahı qəbuledilməzdir. Ən doğrusunu dədə-baba bilir. Kənddə zaman tərsinə
işləyir. Dədə-baba gələcəyi də, keçmişi də bilir.
A Summer Day (vlog)
Summer is perhaps the
most plentiful season in the peasant’s life. The main part of the winter stock is collected
almost in the summer. Jam, compote, dried fruit, canned vegetables, pickles are
made in summer. In addition, hay stock for animals is collected in summer. So
summer is as difficult as it is productive.
The most used vegetables
in winter are potatoes and beans. Collecting these vegetables and storing them
until winter requires a lot of effort.
Let's imagine a village
house in the summer. Even though it's 6 in the morning, everyone is up,
including the youngest in the house. The best time to collect hay is early in
the morning. Harvesting hay when the weather is hot is nothing but torment.
That's why the villagers collect the hay until the sun gets hot. The men of the
house mow the grass, the women gather. After collecting, it is placed in a haystack,
then it is brought to the yard and collected on the roof of the barn. Dust
fills your mouth and nose, and the salty shirt burns your skin because you
sweat so many times. Before you say "life in the village is easy", I
would say think again.
The haymaking season ends
quickly. If the cutting time of fully matured grass has passed, it is no longer
worth mowing.
After that, cherry,
mulberry, followed by currant, raspberry, then blackberry season begins. My
grandmother used to say that until the snow falls on the ground, the peasant
has something to get from nature. Indeed, it is.
You can prepare many
things from the fruits I have listed. Jam, compote, dried fruit, etc.
Preparation of jam and
compote is also troublesome. Collecting the fruit from the tree, cleaning it,
washing it, chopping it if necessary, marinating it in sugar. These are preparation
phases. The main stage is ahead. Making a fire under a shed heated by the sun
is equivalent to the torment of hell. Standing next to the stove for at least
half an hour and cooking the jam is a double torment of the hell. Usually, mothers
stand by the stove. Cooking time of the jam cannot be missed. For example, currant
jam gets ready in 20-25 minutes. If you are half a minute late, the color of
the jam will be darker. Mothers do not trust anyone in this. Even if she sweats
and that sweat drops into the jam, falls into the jam from her forehead, she
will not move away from fire.
"I am thirsty, bring
me a cup of tea" she will say.
- Maybe I should give you
water, mother? After all, the weather is hot, and so tea is better.
- Don't talk too much,
bring tea. Will you know more than our grandparents?
Did you get your answer?
Now go and get some tea.
Logic does not work in the village. A logical explanation of something, an explanation based on science, is unacceptable. Grandparents know best. Time works in reverse in the village. Grandfathers know the future and the past.
Comments
Post a Comment