Yarımçıq xatirələr

Həyatın elə bir dönəmi gəlir ki, bəzən cəsarətsizlik, bəzən fədakarlıq edib verə bilmədiyin qərarlar üçün artıq çox gec olması həqiqəti səni yandırmağa başlayır. Yandırır, göynədir, ağladır...

İçində yaşadığın səssiz üsyandan yerdə özündən, göydə Allahdan başqa hamı bixəbərdir. Zamanı geri çəkib o qərarları yenidən verə bilməzsən. “Bu dəfə cəsarətli olacam, özümdən başqa heç kimi düşünməyəcəm, təki mənə bircə dəfə şans verin, keçmişə qaytarın” deyib ağlayıb-sızlamağa hazır olsan da heç nəyi geri qaytara bilmirsən. Nə gecələr yastığı göz yaşınla islatmağın, nə də gizli duaların səni o günlərə qaytarmaq iqtidarında deyil. Nə dost təsəllisi, nə sevgili sığalı, hətta ana nəvazişi də səni ovuda bilmir.

Görünən o ki, qatar çoxdan gedib. Bu andan sonra tək sığınacağın xatirələrdir.

O xatirələr ki, geri qayıtmaqda keçmişin kimi namərdlik etmir. Hər zaman geri qayıtmağa hazırdır. Təki sən səslə. Bir stəkan çay, bir-iki damcı yağış, bir az dalğalı dəniz onları geri gətirə bilər.

Görəsən dünyada neçə stəkan çay xatirələrə dalıb gedən insanlar üzündən soyuyub və atılıb?

Görəsən nə qədər insanın göz yaşı yağış damcıları ilə birləşib torpağa qovuşub və görəsən torpaq bilibmi ona qovuşan bir bədbəxtin göz yaşıdır?

Görəsən nə qədər insan fəryadını dənizin qəzəbli dalğalarına təslim edib?

Bəs artıq xatirələr də bizi keçmişin qarabasmasından xilas edə bilməyəndə hansı limana sığınacağıq?!

Incomplete memories

There comes a time in life that the truth begins to burn you because of decisions which you couldn’t take as a result of your cowardice or your self-sacrifice. And now it is too late. This bitter truth burns and makes you cry ...

Everyone (except you on earth and God in heaven) is unaware of the silent rebellion you are living in. You can't go back in time and make those decisions again. Even if you are ready to cry, "This time I will be brave, I will not think of anyone but myself, just give me a chance and return me to the past," but you cannot return anything. Neither the wet pillow at night nor the secret prayers can bring you back to those days. Neither the consolation of a friend, nor the caress of a lover, nor even the caress of a mother can comfort you.

Apparently, the train left a long time ago. From now on, only memories will be your shelter.

Those memories are not as coward as your past. They are always ready to return. Just call them. A glass of tea, a couple of drops of rain, a little wavy sea can bring them back.

I wonder how many cups of tea in the world have been cooled and thrown away because of people immersed in memories?

I wonder how many people's tears have merged with raindrops and joined the earth, and I wonder the earth even knows they are the tears of an unfortunate person?

I wonder how many people have surrendered their cries to the angry waves of the sea?

But which harbor will we shelter when the memories can't save us from the nightmares of the past?!




Comments