Sizcə bir adam təkbaşına bir ölkənin taleyini dəyişə
bilərmi? -Bilər.
2006-cı ildə nümayişə çıxarılan film ABŞ, İngiltərə
və Almaniyanın birgə istehsalıdır. Antiutopiya, psixoloji dram janrındadır.
Film uzun illər sonra ortaya çıxan maskalı bir
adamın qisasından bəhs edir. Baş rollarda Natali Portman və Hüqo Uivinq rol
almışdır. Qay Foks (Qay Foks
kimdir) maskası taxmış adam özünü Vendetta, qısaca V adlandırır. Vendetta
italyan dilindən tərcümədə “qisas” deməkdir.
Filmdə hadisələr yaxın gələcəkdə baş verir. Amerika
artıq hegemonluğunu itirib, sürətlə yayılan virus səbəbindən karantin elan
olunub. Bu vaxt V peyda olur və işinə başlayır. Saat gecəyarısını göstərib
tarix 5 noyabra keçəndə Çaykovskinin “1812-ci il” uverturasının müşayiəti ilə
atəşfəşanlıq və partlayış baş verir. 5 noyabr həm də 1605-ci ildə İngiltərədə “Barıt
sui qəsdi” tarixi hadisəsinin baş verdiyi gündür.
Yavaş-yavaş insanların gözünü açmağa başlayan V
sonda bütün xalqı ayağa qaldırıb küçələrə tökməyi, ədalətsiz hakimiyyəti devirməyi
bacarsa da, özünü xilas edə bilmir. Günahsızların xilası üçün özünü qurban
verir. “İllərdir bu günü gözləmişəm, ölürəm, amma xoşbəxtəm” deyərək aşiq
olduğu İvinin qucağında can verir.
Filmin məğzini ilk dəfədən anlamaq asan deyil. Antiutopiya,
tarix, siyasət, fəlsəfə və dram birləşərək izləyicini əməlli başlı tərlədir.
Amma diqqətlə baxsaq diktatura, Hitlerin faşizminin
əlamətlərini görə bilərik.
Filmdə çoxlu simvollar var.
Qay Foks maskası: parlament binasını partlatmağa
nail olmayan Qay Foks və onun maskası mübarizə simvoludur.
V simvolu: Anarxiya simvolunu başı aşağı fikirləşin.
Yəni anarxiyanın məhvi.
Müxtəlif bədən üzvləri (baş, göz, burun və s) simvolu:
baş-baş ofisi, göz- nəzarət, barmaq- hüquq orqanını bildirir.
Valerinin məktubu, qızılgül, Ədalət xanım və s çoxsaylı simvollar da vardır.
Qeyd edim ki, film Alan Murun eyniadlı romanı əsasında
çəkilmişdir.
Filmdən sitatlar:
ü
Tanrı
yağışdadır.
ü
Sən
icazə vermədikcə keçmiş səni incidə bilməz.
ü
Xoşbəxtlik
ən məkrli həbsxanadır.
ü Qəfəsini yox, qəzəbini sev.
Ədalətin bərqərar olduğu dünyada yaşamaq diləyiylə...
Comments
Post a Comment