Bir gün yuxudan oyanıb yeni günə başlayanda heç nəyin
əvvəlki kimi olmadığını anlayacaqsan. İllərlə özünə baxdığın güzgüdə bu gün fərqli
görünəcəksən. Ağarmış, seyrəlmiş saçın, qırışmış üzün artıq gözünə daha çox
batacaq. Əllərin, ayaqların titrəyəcək, tez-tez çayı üstünə tökəcəksən. Səbəbsiz
ağlayacaqsan. Hər gün biraz gözündən düşəcək,
bir az da zəhlən gedəcək özündən. İçində səbəbsiz məchulluq baş qaldırdıqca
keçmişi daha çox düşünəcəksən. Etdiklərini (etmədiklərini də) bəlkə yüzüncü dəfə
sorğulayıb bir yana çıxara bilməyəcəksən. Güzgüdən sənə baxan gözlər səni
suallar içində qoyacaq.
İllərimi verdiyim sərhədsiz arzularım, yuxumu ərşə
çəkən çılğın xəyallarımın sonu bu idimi-deyərək içini yeyib bitirəcəksən.
Keçmişdəki səhvləri özünə bağışlamaq müşkülə çevriləcək.
Özünün hakimi və cəlladı olacaqsan. Verdiyin amma əməl etmədiyin sözlər,
incitdiyin qəlblər qarabaqara səni izləyəcək.
Bu dünyada qəlb qırmaqdan dəhşətli günahın
olmadığını anlayanda çox gec olacaq...
Həyat əslində çox asandı. Bacardığının ən yaxşısını
edib qalanını Ona buraxmaq qədər asan. Bunu anlamaq və qəbul etmək bəzən illər
alır. Əcəl başının üstünü kəsdirəndə, son nəfəsində bunu anlayanlar isə həyatda
ən çox uduzanlardır. Sən də onlardan biri olacaqsan.
Ölüm sənə yaxınlaşdıqca, sən həyatdan soyuyacaq,
addım-addım geriyə gedəcəksən. Göz yaşların belə təsəlli ola bilməyəcək sənə.
İllərin gözünün qabağında uçub gedib, indi pəncərənin qarşısında buxarlanan çay
kimi.
Və sən indi anlayırsan: başqa cür yaşaya bilərdim.
Kaş yenidən həyata gələ biləydim. Bu dəfə qəlb qırmaz, heç kimi incitməzdim. Nələrsə əldə edəcəm deyə illərimi göyə sovurmaq yerinə həyatdan zövq alardım. Təxirə saldığım bütün istəklərimi həyata keçirər, ölüm ayağında heç bir mənası olmayacaq mübahisələrə vaxt sərf etməzdim.
Heç nə qəlbinin və ruhunun dincliyi qədər önəmli deyil. Təəssüf ki, bunu ölüm qapını döyəndə anladın...
Regret
One day you will wake up
and understand that nothing is same. You will seem different in the mirror
which you looked at yourself for years. Your white and thin hair, wrinkled face
will hurt you more. Your legs and hands will tremble, you will spill tea on
yourself. You will cry without reason. Every day you will be in disgrace with
yourself more and more. You will think about past more while hollow
unknowingness arouses inside you. You will think about the things you did and
you didn’t maybe for hundredth time and you won’t be able to decide. The eyes which looking at you from the mirror
will put you in questions. My borderless and passionate dreams which took my
years. All was for it?
To forgive your past sins
will be the most difficult thing. You will be your own judge and executioner.
Unkept promises, disappointed hearts will pursue you.
It will be late when you
understand that the most terrible sin in the world is to break someone’s heart…
In fact, life is so easy.
Easy as to do best you can and leave rest to Him. To understand and accept it
sometimes takes years. People who understand it in the last breath are losers.
You will be one of them.
You will move away from
life as death comes to you. Even your tears can’t be enough to comfort you. The
years gone in front of your eyes, like your tea vanish into the air.
And now you understand: I
could have lived differently. This time I wouldn’t break anyone’s heart. I would try to enjoy life instead of tossing
my years onto the air. I would realize everything I postponed, wouldn’t join in
any discussions which don’t matter in the death bed.
Nothing is as important
as the peace of your heart and spirit. Unfortunately, you got to understand it
when death knocks your door…
Comments
Post a Comment