Bayram ərəfəsində evdə olan qarışıqlıq, biş-düş, təmizlik həyəcanını uşaqlar əyləncə olaraq görürlər. Ananın ora-bura qaçaraq işlərini çatdırmağa çalışması, nənənin oturduğu yerdə şəkərbura bəzəməyi, atanın dolu torbalarla evə gəlməyi uşaqların gözündə sanki bir oyundur.
Sevinci, əyləncəsi bol Novruz hamının sevimli
bayramıdır. Böyüklər torpaq oyandığı üçün, kiçiklər şirniyyat yeyəcəkləri,
tonqal yandıracaqları, papaq atacaqları üçün sevinirlər.
Yadımdadır ki, nənəm ən saf buğdaları seçib səməni
cücərtmək üçün istifadə edərdi. Siniyə sərilmiş buğda qaranlıq yerdə qalmalıdır
ki, cücərsin. Səməni həm Novruzun bəzəyidir. Həm də səməni hazırlamaq üçündür.
İki cür səməni halvası var:
Birincisi səməninin suyu ilə bişirilən nisbətən
duru halva. Dadı kəmşirindir.
İkincisi isə səməninin suyuna un qatıb qovrularaq bişirilən halva. Bu əsl şirniyyatdır. İçində çoxlu qoz, ədviyyatlar, şəkər olur. Və uzun müddət qalır.
Novruzun son çərşənbəsində tonqal qalanır. Ən böyük
tonqal bizim olsun düşüncəsiylə uşaqlar əllərinə keçən hər şeyi tonqala
atırlar. Hətta bir-iki ay qabaqcadan karton, taxta toplayan uşaqlar da olur.
Yadıma gəldiyi qədərilə hələ elə Novruz olmayıb ki,
tonqal qalamaq üçün qarı təmizləyib yer hazırlamayaq. Şimal bölgəsi olduğumuz
üçün hər zaman bu bayramı qarla keçiririk.
Bəs bayramı belə maraqlı, coşğulu edən nədir?
Bayram çoxları üçün istirahət anlamına gəlsə də, əslində
belə deyil. Bayram hazırlıqları, ritualları yerinə yetirmək və s. həm vaxtımızı
alır, həm də əlavə stress yaradır. Bunun qarşısını almaq üçün bütün günümüzü
bayram işlərinə sərf etmək yerinə özümüzə vaxt ayırmalıyıq. Təkcə hazırlıq görən
tərəf yox, görülən hazırlığın dadını çıxaran tərəf də olmalıyıq.
Əlində bayram şirniyyatı və çayla təzə oyanmış
torpağın üzərində gəzərək, çiçəkləyən ağaclara baxmaq, baharın ilk qaranquşlara
qulaq asmaq, bir sözlə təbiətə qayıtmaq ən gözəl stres dərmanıdır.
Bayram ümiddir, gələcəyə daha inamla baxmaqdır, bir araya gəlmək, sevinməkdir.
Hər zaman sevinmək diləyilə Bayramınız Mübarək!
On the holiday eve
Children see the noise and crowd at home as entertainment during holiday eve. Mom is running here and there, grandma is decorating sweets, dad is coming home with bags full of tasty things- all is like a game for children.
Nowruz- full of
happiness, enjoyment is favorite holiday for most people. Kids are happy because
they will eat a lot of sweets, they will make a bonfire, they will get more
sweets from neighbors in their caps.
Mature people are happy because the soil is waking up, winter is over.
I remember that, my grandma used to choose the best wheat for making semeni. Semeni should be kept in dark place so that it can grow well. It is symbol of Nowruz and also it is for making samanu (semeni halva).
There are two types of halva:
First one is made with
water which we get from semeni. It is less sweet.
Second one is made with
same water and flour by roasting. This is real sweet. With nuts, spices and
sugar. And it can stay fresh for long time.
In the last Tuesday of Nowruz,
we make bonfire. Children want to make bigger bonfire and they put so many
things to burn in bonfire. Even some kids start to collect wood and other
things for fire.
As I remember, in all
Nowruz holidays there was snow in our village. We celebrate holiday with snow
as we are from north region.
What makes holiday so
interesting and enthusiastic?
For many people holiday
means resting, in fact it is not like this. Holiday preparations, rituals take
too much time and additional stress. So instead of spending whole day on these
things, we can make time for ourselves too. Sometimes we should be the side who
enjoys holiday preparations rather than to be the side who prepare all of
these.
The best stress cure is
walking on newly astir soil, looking at blossomed trees, listening to the first
swallows of the spring. With one word, returning to the nature.
Holiday is hope, reunion,
to be convenient about future, to be happy.
With
the best wishes…Happy Holiday!
Çox xoş yazmısan əziz dostum💕
ReplyDeleteÇox sağ ol
DeleteYour post is amazing can you give the review of this Advanced English Structures PDF
ReplyDelete