Səhərin gözü açılmamış yuxudan ayıldı, niyə belə
tez ayıldığını bir neçə saniyə sonra anladı. Axşam odunla doldurub od vurduğu
sobanın istisindən indi əsər yox idi. Ayaqları, əlləri donurdu. Pərdəni
aralayıb tənbəl-tənbəl çölə baxdı. Dünən axşamdan başlayan qar hələ də yağırdı.
“Ən azı bir metr yağıb” əsnəyərək düşündü. Corablarını geyinib sobanı qaladı.
Beş dəqiqə sonra ev artıq özünə gəlmişdi. Canı qızışdıqca çöldəki qar artıq onu
üşütmürdü. Əksinə, qara baxıb fikrə dalırdı.
Çaydanı sobanın üstünə qoyub çölə çıxdı. Eyvandakı
səhəngdən əl-üzünü yumaq üçün biraz su tökdü. Amma su elə soyuq idi ki, canına
üşütmə düşdü. Biraz qızsın, sonra yuyunaram-deyə fikirləşdi, suyu gətirib
sobanın üstünə - çaydanın yanına qoydu.
Lopa - lopa yağan qar səngimək bilmirdi, göyün yerlə
qəsdi-qərəzi varmış kimi.
Bir qucaq odun gətirib sobanın yanına yığdı. Özünə
çay süzüb pəncərənin qarşısına keçdi. Günün ona aid olan hissəsi bu vaxt idi.
Birazdan ev əhli oyanacaq, hərənin ağzından bir avaz gələcəkdi.
Buğlanan çayını qurtumlayaraq günün planını qurdu.
Bişirmək, yumaq, yığışdırmaq. Bir evdar qadının həyatında bu üçlük mərkəzi yer
tuturdu. Bermud üçbucağı kimi lənət olub keçmişdi boğazına. Nə qədər çalışsa
da, canını bu zillətdən qurtara bilmirdi.
Həftə sonu olduğu üçün səhər yeməyinə şirniyyat
bişirmək qərarına gəldi. Tezbazar keks çalıb artıq yaxşı qızmış sobaya qoydu.
Yadına düşdü ki, günorta yeməyinə çörək çatmayacaq, keks bişənə qədər xəmir də yoğurdu.
Keksin iyinə uşaqlar bir-bir durub gəlirdilər. Elə
sobanın qırağındaca aşırdılar. Çaylarını da içib getdilər xizək sürməyə. Birdə
soyuqdan donub aclıq kələklərini kəsəndə evə qayıdacaqdılar.
Ana uşaqları yola salandan sonra mal-qaranı
sulayıb, yemləyib qayıdan ata evə girdi. Yun corabın üstündən geyindiyi çəkmələr
ayağını sıxsa da, səsini çıxarmırdı. Ayaqlarını bir-birinə vurub çəkmənin
qarını, sonra üstünün qarını təmizlədi. Bir stəkan çay süz, donuram,-deyib evə
keçdi. Bu, bir növ evə kişinin gəldiyini bildirən siqnal idi. Yəni, “gəlirəm,
özünü düzəlt”. Atasından belə görmüşdü.
Rəhmətlik kişi pilləkənləri çıxa-çıxa danışır, başı söhbətə qarışmış arvadını gəldiyindən
xəbərdar edirdi.
Ərinin qabağına çay qoyub, çörəyi bişirməyə
başladı. Bilirdi ki, əri acqarına şirniyyat yeyən deyil. Sobadan çıxan ilk çörəyi
bir boşqab şorla onun qabağına qoydu. Bayaqdan bunu gözləyən ata yeməyə
girişdi. Elə iştahla yeyirdi ki, sanki şah məclisində yağlı plov yeyirdi. Çörəyin
üstündən bir stəkan da çay içdi, kürəyini sobaya söykəyib qızınmağa başladı.
Birazdan odun doğramağa gedəcəkdi.
Bu vaxt ərzində ana çörəyi bişirdi, hələ günorta
yeməyinə hazırlıq da gördü.
Çörəyin ətri cənnət qoxusu kimi evi bürümüşdü,
bacadan burula-burula çıxan tüstüyə qarışıb çölə yayılırdı.
Və beləcə, kənddə həyat davam edirdi...
A winter day
She
woke up so early in the morning, after some time she got that why she woke up
so early. There wasn’t any sign from the fire which she made last night before
sleep. Her hands and feet were frozen. She opened the curtain and looked out.
The snow which started last night, still was coming. “It snowed at least one
meter” she thought. She wore her socks and made fire. After five minutes the
room was better. And the snow outside wasn’t cold as before. On the contrary,
the snow was making her think and dream.
She
put the kettle on the stove and went out. She took some water from sahang (clay
water pot), but it was so cold that she couldn’t use. She put it on the stove
next to the kettle.
The
heavy snow was still coming. As if the Earth and the Heaven had prejudiced
against each other.
She
brought some wood and placed them next to the stove. She poured tea and sat in
front of the window. Only this part of the day belongs to her. After some time,
family will wake up, everyone will start to thing own song.
She
made today’s plans by sipping her tea. Cooking, cleaning, washing. This
threesome was central part of every housewife. Like Bermuda triangle they
became her curse. She couldn’t get rid of them no matter how much she tried.
She
decided to make sweets because it was weekend. She prepared cake dough quickly
and put it on the stove which was hot enough. Then she remembered that, they
don’t have enough bread for lunch. So, she made dough for bread too.
Children
were coming to the smell of the cake. They ate it immediately by sitting next
to the stove. Then they had tea and they went out for skiing. They will come
back when they feel frozen and starving.
After
children went, dad came home from watering and feeding cattle. The boot which
he wore with wool socks, were coming small to him, but he was bearing. He
cleaned the snow on the boots, then on the coat. Pour tea for me, I am freezing- he said and
entered room. This was kind of signal which shows that the man came home. It
means that “I am coming, fix
yourself”.
His father taught it to him. His father always used to talk when he climbed the
stairs in order to inform his wife who was very busy with gossip.
She
put the tea in front of her husband and started to make bread. She knew that,
when he is hungry, he doesn’t like sweet. She gave first bread to him with full
plate of cheese. He was waiting for that and started to eat. He was eating so
heartily that as if he is in royal table. He had one more tea after food. He
leaned his back against the stove to be warm. Because he needs to go for wood
chopping after some time.
In
this time, mother made the bread, even she did preparations for lunch.
The
house was surrounded by smell of the bread like paradise smell. Even the smell
was going out from the chimney.
And
so, the life was going on in the village…
Comments
Post a Comment