Bayram axşamı bir kənd evi. Hamı vurnuxur, bayram
hazırlıqlarını ertədən bitirmək istəyir. Bayram günü səhər saat 8-dən qonaqlar
gəlməyə başlayır. O vaxta kimi həm süfrə, həm də yemək hazır olmalıdır. Səhərin
gözü açılmamış qonaq gələr?-deyə soruşa bilərsiniz. Gələr. Çünki bayram bir
gün, kənd camaatı isə çoxdu. Hamı bir-birinin evinə gedib, azı 100-cü stəkan
çayı içməli, 100-cü “çox sağ ol, qonşu, yeməyə qalmayacam”-ı deməlidir. Ev
sahibi 100-cü israrını, qonaq 100-cü andını içib” vallah toxam, yerim yoxdu”
deməlidir.
Hər şeyə rəğmən, bayram həyəcanı, bayram yeməkləri,
bayram təmizliyi gözəldir. Hər bayramın öz yeməkləri, şirniyyatları olur. Amma
firni əksər bayramlarda, xüsusilə Ramazan və Qurban bayramlarında demək olar
ki, hər evdə bişir. Az ərzaqla və rahat başa gələn çox dadlı firnini həm
şirniyyat, həm də yemək saya bilərik.
Sonuncu dəfə kəndə gedəndə bayram olmasa da, firni
bişirmək istədim. Yadımdadır ki, əvvəllər firnini adətən nənəm bişirərdi. O
vaxt bizim kənddə mağaza yox idi düyü unu almağa. Nəinki kənddə, heç rayon mərkəzində
də tapılmırdı. Ona görə bir gün axşamdan düyünü isladıb qoyurduq ki, un
hazırlaya bilək. Nənəm düyünü daşla əzib üyüdür, alınmış unu bir də ələkdən keçirib
firni üçün hazır hala gətirirdi.
İllər sonra kənddə mağazalar açılıb, düyü unu
satılanda nənəm cəmi bircə dəfə hazır düyü unundan istifadə etdi və bəyənmədi.
Niyə özünə əziyyət verirsən, indi hər şeyin hazırı var deyənlərə “nə qədər ki əlim-ayağım
tutur, özüm edəcəm” deyirdi.
Firninin üstünü bəzəmək əsl terapiyadır. Ürəyinizdən
nə keçirsə firninin üzərinə çəkə bilərsiz. Mən (Oxu: anam) klassik firni bəzəkləri
ilə kifayətləndik. Yazını oxuduqdan (və ya videoya baxdıqdan) sonra firni eşqinə
düşsəniz, resept aşağıdadır.
Firni resepti
1 litr süd
1 stəkan (200 qr) şəkər tozu
1 armudu stəkan (100 qr) düyü unu
Üstünü bəzəmək üçün darçın
Əvvəlcə dibi yapışmayan qazana südü əlavə edirik. Üstünə
şkər tozunu, daha sonra düyü ununu yavaş-yavaş qarışdıraraq əlavə edirik ki, un
süddə həll olsun. Bundan sonra qarışımı ocağa qoyub dayanmadan qarışdıraraq
bişiririk. Süd qaynayandan bir neçə dəqiqə sonra qarışdıra-qarışdıra ocaqdan
götürüb əvvəlcədən düzdüyümüz boşqablara tökürük. Firni boşqabda bərkiyəcək.
Daha sonra üzərini darçınla istədiyimiz kimi bəzəyə bilərik.
Nuş olsun!
Firni
An evening in a village
house a day before holiday. Everyone is in a hurry; they want to finish
preparations. Guests start to come after
eight a.m. Until that, the table and
food must be ready. Can guests come so early? You can ask. Yes, they can. Because
the holiday is one day, village people are too many. Everyone should visit each
other, they should drink 100th cup of tea, they should say 100th
time, “Thank you, I will not stay for lunch”. Owner should insist 100th
time, the guest should swear 100th time, “I swear, I am full, can
not eat”.
Despite all, holiday
excitement, holiday food, holiday cleaning is beautiful. Each holiday has
special food. But firni is famous for all holiday, especially Eid. Tasty, easy
to make, and with few ingredients.
When I went to the village
last time, it wasn’t holiday, but I wanted firni. I remember that my grandmother
used to cook it always. At that time there was no market in the village. Not only
in the village in the city center too. So, it wasn’t easy to find rice flour
for firni. That’s why grandmother always used to soak rice a day ago. Then she used
to grind rice. After that as a final stage of making rice flour, she used to
sieve the grinded rice. Then it was ready to use.
After years, when there
was market in the village, she used rice flour from market for once only and
she didn’t like it. Why you torture yourself, everything is in market nowadays,
people used to say to her. And she used to reply: As far as I am alive, I will
do by myself.
Decorating firni is real
therapy. You can draw whatever you like. I (read: my mother) chose classical
decoration. After reading this blog ( Or after watching the video) you may think
about making firni. Then recipe is here:
Recipe:
Milk -1 l
Sugar- 1 cup of tea (200
gr)
Rice flour- 100 gr
Cinnamon for decoration.
First, put milk to pan. Add
sugar, then rice flour slowly and stir it well so that flour and milk are
mixed. Then put it on a medium hit and stir until milk is boiling. Then distribute
it to plates.
You can decorate it with
cinnamon.
Bon appetite!
Comments
Post a Comment