Ev heyvanları mental sağlamlıq üçün çox müsbət təsirlərə malikdir. Sübut olunmuşdur ki, ev heyvanları sahibinin davranışına və hisslərinə uyğun hərəkət edir. Məsələn, itlər təkcə danışdığımız sözləri başa düşmür, eyni zamanda bədən dili və jestlərimizi də anlayırlar. Buna görə də ev heyvanları, xüsusilə itlər və pişiklər stressi və depressiyanı, tənhalığı azalda, əhval-ruhiyyəni qaldıra bilir.
Ev heyvanı saxlayan uşaqlar özünəinamlı və aktiv olurlar. Ev heyvanları
həm də yaşlı insanlar üçün yaxşı yoldaşdır.
İstənilən ev heyvanı sağlamlığımıza müsbət təsir
edir.
Bu heyvanın it və ya pişik olması şərt deyil. Dovşan,
balıq, quş və s. seçimlər mümkündür.
Araşdırmalar göstərir ki,
ü Ev heyvanı sahibləri depressiyaya daha az
meyillidir;
ü Ev heyvanı sahiblərinin qan təzyiqi stress vəziyyətində
daha aşağı olur. Başqa bir araşdırma göstərir ki, yüksək təzyiqdən əziyyət çəkən
insanlar itlərlə uzun müddət vaxt keçirdikdən sonra təzyiqləri normallaşır;
ü Ev heyvanları ilə oynamaq seretonin və dopamini
artırır;
ü Ev heyvanları infarkt keçirmiş insanların sağalmasını
sürətləndirir;
ü 65+ yaşlı ev heyvanı sahibləri digər xəstələrlə
müqayisədə 30% daha az həkimə gedir.
Ev heyvanları daha sağlam həyat vərdişləri yaratmağa
necə kömək edir?
Ø İtlə gəzintiyə çıxmaq, qaçmaq həm əyləncəli məşğuliyyətdir,
həm də sağlam həyat tərzi üçün yaxşı vərdişdir;
Ø Heyvanlar yaxşı dost və yoldaşdır. Davamlı olaraq heyvanlarla vaxt keçirmək xəstəliklərin
(depressiya və s) qarşısını almaqla yanaşı, insan ömrünü uzadır.
Ø Yeni insanlarla tanışlığa vəsilə olur. Yəqin ki,
fikir vermisiniz, ev heyvanları ilə gəzintiyə çıxan insanlar tez-tez dayanıb
bir-biri ilə söhbət edir.
Ø Heyvanlarla yoldaşlıq həyəcan və təşviş pozuntuları
ilə mübarizə aparmağa kömək edir, sosiallaşmağa çətinlik çəkən insanlarda özünəinam
yaradır.
Məşhur yazıçılar və onların sevimli heyvanları:
1. Bambino-Mark Tvenin pişiyi
2.
Pumpkin
-Kurt Vonnequtun iti
3.
Pinka
-Virciniya Vulfun iti
4.
Snow-White -Ernest Heminqueyin iti
5.
Comments
Post a Comment