İlıq günəşli payız günündə aynabənddən çölə
baxırdı. Ağcaqayın ağacının sarı yarpaqları havada uçuşur, sevimli ağacı ilə
vidalaşaraq nəm torpağa qovuşurdu. Bu mənzərəyə nə qədər tamaşa etdiyini
bilmirdi. Günəşin şüaları aynabənddən içəri düşüb onu qızdırdıqca o, keçmişə
qayıdırdı. Hələ ailə qurmadığı vaxtlara...
Gəlin köçəndə
17 yaşı təzə tamam olmuşdu. Məktəbin son sinfini bitirməyə oğlan evi imkan vermədi.
Sanki illərlə gözləyib yorulmuşdular, əbəs yerə vaxt itirmək istəmirdilər. İki
il əvvəl nişanları olanda isə qızın 15 yaşı vardı. Oğlanın anasının əlində
olsaydı elə həmin gün götürüb aparardı. “-Nə qədər tez, o qədər yaxşı. Gözü
açılınca aparmaq yaxşıdır.”-deyirdi qaynana.
Nişandan sonra qız anası tamam dəyişdi. Kiçik
yaşlarından qızını “yaxşı yerə vermək” hər ananın işi deyil. Nişan şirnilərindən
hamıya payladı, qızının məktəb çantasına qoyub məktəbə yola salıb dedi: Sinif
yoldaşlarına payla, mənim adımdan “başınıza gəlsin ay qızlar” deyərsən.
Sinif yoldaşlarının rəngli karandaşlar, dəftərlər
daşıdığı çantada o, gələcək ərinin gətirdiyi şirniləri daşıyırdı. Tam olaraq nə
olduğunu, nə olacağını kəsdirməsə də, ürəyində ağır bir hiss var idi. Naməlum
boşluğa doğru addımlayırdı. Çantasındakı konfetlərin hərəsi bir daş olub kürəyinə
dəyir, hər addımında varlıqlarını göstərirdilər. Hələ bilmirdi ki, artıq atdığı
hər addıma “oğlan evi” nəzarət edəcək, öz ata-anasından çox onların danlağını
(tərifini?) eşidəcək. Hələ bilmirdi ki, toylarda qaynanası aləmə göstərə-göstərə
gəlinini oynamağa durğuzacaq, əlinə pul verib “gələcək ərinin pullarıdı, ürəkli
ol” baxışları ilə gəlinini süzəcək.
Uşaqlıqdan arzusu müəllim olmaq idi. Elə özünün
oxuduğu kiçik, yarıqaranlıq, rütubətli kənd məktəbində. Yazıq qızın arzuları da
böyüməyə, azad olmağa cəsarət etmirdi. Gözünü açıb nə görmüşdüsə dünyanın
bundan ibarət olduğunu, başqa dünyanın mövcud olmadığını fikirləşirdi.
Toyu oktyabrın ortalarında təbiətin sarıya
büründüyü vaxtda olmuşdu. Sanki Allah onun kədərli həyatına rəng qatmaq istəyərək qızıl payızla mükafatlandırır, “biraz rəngli dünyanı gör, əlimdən bu gəlir”
deyirdi.
Həyat yoldaşının 38 yaşı vardı. İllərdir Rusiyada
yaşayıb işləyirdi. Onu ilk dəfə nişanlarında canlı görmüşdü. Xalası oğlanın şəklini göstərərək “-nə istəyirsən? Hər şeyi var. Bəxtinə təpik atma”-dedi.
Seçim haqqı olmayan gənc bir qız nə edə bilərdi ki?
Bu payız günündə toy ildönümünü belə qeyd edirdi.
Toydan heç bir ay keçməmişdi öyrəndi ki, həyat yoldaşının Rusiyada qadını var. İlin əksər
vaxtını orda olmasının səbəbi də bəlkə bu idi. Əgər başqa qadın var idisə niyə
onunla evlənib? Bu sual onun beynini məşğul edir, amma cavab tapa bilmirdi.
Qaynanası özünü elə aparırdı ki, heç nə olmayıb və ya belə də olmalıdır.
Bir gün anasına bu haqda danışdı. Anası gülüb dedi
ki- nə gözləyirdin? Guya sənin atanın orda saxladığı olmayıb ki? Olsun da.
Əsas odur indi mənim yanımdadır. Səninki də uzağı bir-iki ilə tamamilə
qayıdacaq. Arvad başqadı, qadın başqa.
Sonuncu cümlə onu çox düşündürdü, arvad qadın
deyilsə onda kimdi? Evin çırağını yandıran- qaynanası dedi. “Ərin qazandığını xərcləyən”
-anasının cavabı belə oldu. Nəsil artıran, uşaq böyüdən, təsərrüfata baxan, evi
qoruyan. Bir sözlə qadından başqa hər şey.
O, yavaş-yavaş başa düşürdü. Hər şey olub-bitmişdi.
İndi o, nə edə bilərdi? Onun arzuları da ağcaqayın yarpaqları kimi bir-bir qara
torpağa qovuşurdu.
Onu xəyallardan ayıran külək oldu. Yarpaqları
sovurur, toz-tozanaq qaldırırdı. İçindəki səssiz üsyan kimi, ürəyinə
damlayan göz yaşları kimi, yarımçıq qalan arzuları kimi.
Beş dəqiqə sonra gerçək həyata qayıdıb gündəlik işlərini görürdü. Ayağı ilə uşağın beşiyini yelləyib zümzümə edir, qutab bişirmək üçün göyərti təmizləyirdi.
It is too late now...
She was looking outside in
an autumn day with warm sun. The yellow leaves of the maple tree were flying in
the air, they were reaching the soil after saying goodbye to their lovely tree.
She didn’t know how long she looked at this scene. As the sunlight was making
her warm, she was going back to the past. To the years which she has not
married yet…
She was 17 when she
married. The boy’s family didn’t allow to graduate. As if they waited for so
long and now, they didn’t want to waste time anymore. 2 years ago, when they
had engagement, she was 15. If guy’s mother had a chance, she would have made
wedding immediately. “As much as earlier, the better. When she grows up, she
will open her eyes, then it will be late-she said.
Her mother’s behavior
changed after the engagement. It is not every mother’s job to find “good son-in-law
for her young girl. She gave to everyone from her daughter’s engagement
candies. She gave some to her daughter for her classmates and said: Give to
your classmates, tell them from my behalf “may you find good husband too”.
In the bag which her
classmates were carrying colorful pencils and notebooks, she was carrying engagement
candies from her future husband. Although she didn’t know what happened, what
is going to happen, she felt bad. She was stepping forward to unknown emptiness.
Each candy in her bag was hurting her back like a stone, was reminding their
existence in each step. She still didn’t know that her future husband’s family
will track her each step since now, she will be their daughter more than her
real parents, she will be rewarded and punished by them. She still didn’t know
that her mother-in law will invite her for dance in every wedding and will give
her money with showing everyone.
Her dream was to become
teacher since childhood. In the small, half dark village school where she studied.
The poor girl’s dreams also couldn’t be enough brave to be bigger. She saw this
world and she knew as if there is no other world than that.
Her wedding was in mid-October.
In yellow times of nature. As if God wanted to make her miserable life colorful
and rewarded her with golden autumn. Like He was saying: “See the colorful
world little bit, it is what I can”.
Her husband was 38. He lived
and worked in Russia for years. She saw her live in her engagement first time. Her
aunt showed his picture and said: “What you want? He has everything. Don’t wait.
What can young girl do if
she does not have right to choose?
She was celebrating her first
anniversary in the autumn day. After a month of the wedding, she got to know
that he has woman in Russia. Maybe it was the reason of his frequently travels
there. If there was other woman, why he married her? This question was
bothering her, but she couldn’t find an answer. Her mother-in-law was behaving
like nothing has happened or whatever happened is normal.
One day she talked to her
mother about it. her mother replied with laugh: -What you were expecting? Your
father also had woman there. It is okay. The important thing is now he is here
with me. Yours will be back to you in few years. Woman is different, wife is
different.
The last sentence made
her thoughtful. If wife is not woman, then who is she? “The one who keeps house’s
light open” mother-in-law said. “The one who spends what husband earns” mother
said. “The one who makes generation continue, who takes care of children, who protects
house”. With one word, wife is everyone except woman.
She was starting to
understand. Everything is done. What can she do now? Her dreams were returning
to the soil like the maple leaves.
The wind made her come
back to real life. The wind made everywhere dusty, made leaves fly in the air. Like
the silent rebel inside her, like her tears dropping to her heart, like her
uncompleted dreams.
After five minutes she
was doing her daily things. Swinging her baby’s cradle with her foot and
chopping vegetables fir dinner.
Comments
Post a Comment