Alman yazıçısı Henrix Böllün 1953-cü ildə yazdığı
roman. Romanın adı İsanın çarmıxa çəkilməsini təsvir edən bir afroamerikan mahnısından
götürülüb:
“Onu çarmıxa çəkdilər,
Və o, bircə kəlmə də demədi...
Heç bir kəlmə də...”
And he never said a mumbling word
İkinci dünya müharibəsindən bir neçə il sonranın Almaniyası. Kasıblığın, məişət qayğılarının altında əzilən gənc cütlük Fred və Kete. Gənc ailə darısqal və kasıb mənzil kirayələyib yaşamağa başlayır. Az maaşla üç uşağa baxmalı olan Fred həyatdan bezmiş vəziyyətdədir. İçkiyə qurşanıb. Ailə qayğıları, pulsuzluq onun həyat eşqini yerlə bir edib. Varlı qonşularının xoşbəxt həyatları ailəyə kasıb olduqlarını hər gün xatırladır. Vəziyyət o həddə çatıb ki, öz uşaqlarının səsi onu narahat edir, səbəbsiz yerə onları döyməyə başlayıb. Sonra peşman olsa da, bunun qarşısını ala bilmir və tək çıxış yolunu evdən getməkdə görür. Arvadı Kete ilə ara-sıra (otaq tutmağa pul tapanda) evdən kənarda görüşür.
Əsərdə məişət problemlərindən əlavə dini söhbətlər,
kilsə ziyarətləri, dua və ibadətlər də təsvir olunur. Eyni zamanda müharibədən
sonrakı alman xalqının həyatı, müharibənin fiziki və mənəvi təsirlərinə kifayət
qədər yer verilib.
Diqqətçəkən bir məqam hava şəraitinin təsvir olunma
formasıdır. Oxucu boz, çiskinli, küləkli, bəzən güclü yağışla müşayiət olunan
havada Fredlə çirkli küçələrdə addımlayır, ucuc yeməkxanalarda qarnını doyuyur,
qızınır. Bir sözlə kədərli qəhrəmanlarımıza yaraşan melanxolik hava.
Digər bir məqam isə qəhrəmanların tez-tez kilsəyə getməsi, keşişlə söhbətləridir. Tükənmiş, bitkin qəhrəmanlar Allahdan üz döndərmir, dua edir, bağışlanmalarını istəyirlər.
Əsərin yaxşı tərcümə olunduğu ilk səhifələrdən hiss olunur, birnəfəsə oxunur, oxucunu yormur. Və sonda Fred və Ketenin bədbəxtliyinə həmdərd olan oxucu özünə sual verir: görəsən Allah onların duaları eşitdimi?
Comments
Post a Comment