Tədqiqatlar göstərir ki, ətraf-mühit və stress səviyyəsi
arasında birbaşa əlaqə vardır. Gördüklərimiz, yaşadıqlarımız, eşitdiklərimiz təkcə
əhval-ruhiyyəmizi dəyişmir, eyni zamanda əsəb, hormon və immun sistemimizə də təsir
edir.
Neqativ hadisələr bizi stressə salıb əhvalımız
korladığı kimi qan təzyiqi, ürək döyüntüsü, əzələ gərginliyi və s. yarada
bilir.
Bunu necə tənzimləyək?
Yaşından, aid olduğu mədəniyyətdən, sosial
statusundan asılı olmayaraq bütün insanlar üçün təbiət şəfa mənbəyidir.
Araşdırmalara görə insanların əksəriyyəti bunu təsdiqləyir.
Həftədə 2 saat təbiətdə vaxt keçirmək həftə ərzində qazandığımız stress və gərginliyi
yox edir.
Təbiət sağaldır.
Təbiətin qoynunda olmaq və ya hər hansı mənzərəyə
baxmaq qəzəbi, qorxunu, stressi azaltmağa kömək edir. Ruhi sağlamlıqda baş verən
dəyişiklər isə fiziki sağlamlığımıza da öz təsirini göstərir. İş yerlərində, xəstəxanalarda,
məktəblərdə aparılan tədqiqatlar göstərir ki, kiçik ev bitkisi belə insanlara
müsbət təsir edir.
Təbiət sakitləşdirir.
Bundan başqa, təbiət ağrı ilə başa çıxmağı öyrədir.
Çünki insan genetik olaraq elə kodlaşdırılıb ki, ağaclar, yaşıllıq, su, bitkilər
və digər elementlər insana valehedici görünür. Ona görə də təbiət mənzərələri
bizi cəlb edir, diskomfort və ağrını unutdurur.
Təbiət bərpa edir.
Depressiyada olan insanlar üzərində aparılan araşdırmaya
əsasən təbiətdə gəzən insanlar 71% müsbət dəyişiklik gördüyü halda, ticarət mərkəzlərində
gəzən insanlar sadəcə 41% nəticə əldə etdi.
Təbiət birləşdirir.
Başqa bir araşdırma həyətyanı sahəsi olan
insanların daha istiqanlı, sosial və güləriz olduğunu ortaya çıxarıb. Torpaqla
işləmək həm mənfi enerjini yox edir, həm də beyni sakitləşdirir. Nəticədə psixi
sağlamlıq qaydasına düşmüş olur.
Rəqəmsal dünyada insanlar getdikcə təbiətdən
uzaqlaşır. Telefon, kompüter, televizor həyatımıza daxil olduqca insanların təbiətdən
qopması sürətlənir.
“Ekran qarşısında keçirilən vaxt öldürücüdür”
Necə qarşısını alaq?
Tövsiyyələr:
Bəlkə film izləyək deməyin, bəlkə gəzintiyə
çıxaq? Deyin.
Sabah gec durarıq yox, bəlkə sabah gün doğumunu
izləyək? Deyin.
Kompüter oyunu oynamayaq, bu gün gül əkək! Deyin.
Onda ekranlar bizim üzərimizdə yox, biz ekranlar üzərində
nəzarəti ələ almış olarıq. Ana təbiət əvvəlki kimi bizi qucağına alıb sağaldar.
Ruhunuzun qeydinə qalmanız diləyiylə!
Comments
Post a Comment