Son günlər qonşumuzun evində yaman səs-küy var idi. Hiss olunurdu ki, evdə çoxlu adam var. Qab-qacaq cingiltisi, uşaqların qışqırtısı nəsə məclis olacaq deyirdi. Sonra öyrəndim ki, qonşumuzun keçən il məktəbi bitirmiş oğlu Əli əsgər gedir.
Vaxt necə də tez keçir. Əli kiçik qardaşımla birgə
gözümün qabağında böyümüşdü. Hər dəfə kəndə gedəndə onları bir yerdə görməyə
öyrəşmişdim. Günün yarısını bizdə, yarısını da Əligilin evində keçirirdilər. İndi
Əli əsgərliyə gedirdi. Yəni mən gələn dəfə kəndə gedəndə o, kənddə olmayacaq.
Gözümüzün öyrəşdiyi adamlar uzağa gedəndə necə də qəribə olur...
Bu səs-küyün də səbəbi Əli imiş.
Kənddə əsgər yola salmaq elə toy etmək, gəlin gətirmək kimi təmtəraqlı olur. Qohum-qonşu yığışır, heyvan kəsilir, yeyib-içib əsgərə yaxşı yol arzulayırlar.
Əsas məclisdən iki gün əvvəl hazırlıqlar başlanır.
Birinci gün ailəyə yaxın adamlar gəlir. Həyət-bacanı hazırlayır, istifadə
olunacaq şeyləri alıb gətirirlər. İkinci gün çörək bişirilir və heyvan kəsilir.
Əsasən qonşuların iştirakı ilə məclisin çörəyi bişirilir. Kənddə “çörək bişdi”
adlanan bu prosesdə məclisdə iştirak edəcək qonaqların təxmini sayına görə çörək
bişirilir.
Həmin gün “mal kəsdi” ilə davam edir. Yəni qonaqlar üçün heyvan kəsilir. Bu heyvan isə əksər hallarda məclis sahibinin öz heyvanı olur. Ümumiyyətlə kənddə mal-qara saxlamağın bir səbəbi də toyda-yasda ət ehtiyacını qarşılamaqdır.”Mal kəsdi”-də yaxın qonşular iştirak edir. Əsasən kişilər. Bir gün əvvəl yaxşı səsi olan bir uşaq əlində siyahı ilə evbəev gəzir, qonşuları çörək bişirməyə, mal kəsməyə dəvət edirlər. Bunlara dəvət alan qonşu artıq bilir ki, əsas məclisə də dəvət alıb.
Çörək bişirilib ərzaq hazırlanandan sonra yemək
bişirmək qalır ki, bunu hər adama etibar etmirlər. Aşpaz kimi özünü təsdiqləmiş,
çoxsaylı məclislərdə iştirak etmiş aşpazlara həvalə edilir. Məclis yeməkləri əsasən
bozbaş, aş və buğlama olur.
Bütün bunların həyata keçirilməsində məqsəd ev sahibini tək qoymamaq, oğlu əsgər getdiyi üçün ona təsəlli verməkdir. Amma hamının başı yeyib-içməyə elə qarışır ki, soruşsan hansı qonşuya niyə gəliblər heç bilməzlər.
I am an armed soldier since today!
These days there was a
lot of noise in our neighbors’. It seemed there were so many people in the
house. Clanging dishes, children’s shout was saying that something is going to
happen. Later I got to know that the son of our neighbor who graduated last
year is going to be soldier.
Time passes so quickly.
Ali grew up in front of my eyes with my little brother. I was used to see them
together whenever I went to the village. They used to spend half day in our
house and half day in Ali’s house. Now Ali was going to the army. It means when
I go to the village next time he will not be there. It feels so strange when
the people whom we are used to, go somewhere else…
And the reason of all the
noise was Ali.
Seeing off soldier is big event like wedding or bringing
bride. All relatives and neighbors come together, owner slaughters sheep or
calf, people eat, enjoy, and wish safe travel to the soldier.
Before two days of the main event the preparations begin. On the first day, close relatives and neighbors come, they buy what is needed. On the second they women bake bread and men slaughter animal. Usually, neighbors bake the bread. On this process which called “making bread” bread is baked roughly according to the number of guests.
This process continues
with “animal slaughtering”. Animal is slaughtered for guests. This animal
belongs to the owner in most cases. Generally, one of the reasons of keeping cattle
is to satisfy the
meat need. Close
neighbors attend in slaughtering process. Mostly men.
Before one day of the
event one child who has nice voice goes to neighbors, call them to bake bread
and slaughter animal. If neighbor gets invitation to this, it means he/she will
be invited to the main event too.
After the bread is baked
and the meat is ready, the food should be cooked, and it is very responsible job. This job is given to the people
who proved
themselves as good chef. The main dished
for the event are bozbash, pilaf and bughlama.
The aim in doing all
these is not to leave the owner alone, to comfort them because their son is
going. But everyone is so busy in eating and enjoying that if you ask why you
came here they will not be able to reply.
Comments
Post a Comment