Yayın son günləri idi. Günəş getdikcə soyuyur, yarpaqlar
yavaş-yavaş öz ağaclarını tərk edib torpağa qovuşurdular. Payızın nəfəsi özünü hər
gün daha çox göstərirdi. Yağışlar da bu gün-sabah başlayacaqdı.
Bir neçə gündən sonra şəhərə qayıtmalı idim, artıq
iş başlayırdı. Ona görə son günlərin dadını çıxarmağa qərar vermişdim.
Səhər erkəndən oyanıb çölə çıxdım. Çöldə qəbir sükutu
vardı. Otağıma qayıdıb sübh namazını qıldım. Sonra əynimi geyinib həyətə
düşdüm. Həyətin arxasındakı otluğa keçdim. Otlar buz kimi soyuq və şehli idi. Corabsız
idim. Ayaqlarıma toxunan otların sərinliyi məni elə rahatlaşdırırdı ki, elə bil
qeybdən “narahat olma, hər şey yaxşı olacaq” deyə səs eşitmişdim. Həvəslənib
ayaqqabılarımı da soyundum. Ayaqlarım tamam yaş olana kimi otluqda gəzdim. Hava
yavaş-yavaş işıqlaşırdı. Bir kənara çəkilib oturdum.
İndi günəşin doğuşu başlanırdı. Bu o qədər möhtəşəm
mənzərədir ki, istəyirəm qabağıma çıxan hər kəsin yaxasından tutub soruşum:
-Siz heç günəşin doğmasını izləmisiniz?
Ayaqlarımı uzadıb baxmağa başladım. Şəhərdə də dəfələrlə
bu hadisəni izləmişəm. Amma kənddə günəş fərqli doğur desəm gülməyin. Həqiqətən
elədir. Çünki burda nə səmaya baxmağımıza mane olan göydələnlər, nə adamın
beynini deşən maşın səs-küyü, nə də adamı dünyadan soyudan boz asfalt yoxdur.
Oturub ətrafa baxıram. Dan yeri yavaş-yavaş qızarır.
Günəş sanki yorğanını üstündən atıb gərnəşir. Səmanı bütünlüklə görə bilirəm. Baxdıqca
adamın içinə elə rahatlıq gəlir ki, fikirləşirsən: -bu qədər böyük, sonsuz və
mavi səmanı yaratmağa qadir olan Allahın
əlində mənim dərdlərimi həll etmək nədir ki? Sonra ayağımın altındakı torpağa
baxıram. Hər şeyin mənbəyi torpaq deyilmi? Dünyada torpaq qədər səxavətli
ikinci nəsnə yoxdur. Sülhün, daxili sakitliyin rəmzi olan otlar və ağaclara
baxıram. Şəhərdə dəniz var. Onun səsi, ənginliyi nədirsə kənddə də
ucsuz-bucaqsız çəmənliklər, yaylaqlar odur.
Məncə yaşıl və mavi olmadan Allah dünyanı yarada
bilməzdi. Həm göyü, həm yeri bu iki rəngsiz təsəvvür edə bilirsiniz? Mən yox.
Kürəyimi ağacın gövdəsinə söykəyib oturmuşam: başımın
üstündə mavi səma, ayağımın altında yaşıl ot, gözümün qabağında qızıl Günəş.
Və hiss edirəm. Şəhərdə qazandığım stress, gərginlik
və yorğunluğun damla-damla axdığını, məni tərk etdiyini hiss edirəm.
Gözlərimi yummağa qorxuram ki, bu anı qaçırmayım.
Günəş artıq yekə, sarı şar kimi göyün tən ortasındadır. Məmnun-məmnun “mən
burdayam, ey dünya, oyan” deyir.
İlıq şüalarını üstümə səpələdikcə şehin soyuqluğu
canımdan çıxır. Sanki gecədir, üstüm açılıb, anam gəlib üstümü yenidən örtürmüş
kimi hiss edirəm.
Beləcə nə qədər oturduğumu bilmirəm. Anamın səsini
eşidib gözlərimi açıram ki, artıq günortadır. Ruhumun təmizliyindən məst olmuş
halda evə, yemək yeməyə qayıdıram.
The Sun prayer
It was last days of the
summer. The sun was getting colder day by day and the leaves were leaving their
trees to meet the soil. The autumn breeze was showing itself every day. And the
rain was going to start these days.
I needed to go back to
the city after few days. My job was going to start soon. That’s why I decided
to live these last days to the fullest.
I woke up early and went
out. There was grave silence. I went back to the room and offered fajr prayer. Then
I get dressed and stepped down. There was lawn in the backside. The grass was
cold and dewy. I was not wearing socks. The grass was touching my feet and it
was making me so relaxed, as if I heard something from unseen that “do not
worry. Everything is going to be alright.” I removed my shoes also. I walked on
the grass until my feet were completely wet. Weather was lighting. I sat down.
The sunrise was starting.
It is so wonderful scene that I want to ask everyone that “Have you ever watched
sunrise?”
I was watching it stretching
my legs. I had watched it many times in the city too. But if I say “in the
village it is totally different” do not laugh. It is so. Because there are no skyscrapers
which prevent us to see the sky, there is no noise of the cars which drills our
brain, and there is no gray asphalt which makes us feel bored.
I am watching around. Dawn
is getting red. The sun is removing her blanket and stretching. I can see the
full sky. As you watch, you fill with tranquility and you think: if Allah is
able to create this great, endless and blue sky, my problems are nothing to solve
in His hands. Then I look at the soil under my feet. Soil is the source of
everything, isn’t it? There is no kind thing in the world like soil. Then I look
at the trees and grass which is the symbol of internal peace. There is sea in
the city. There are endless lawn and pastures in the village. It is same thing.
I think God couldn’t create
the world without green and blue. Can you imagine the world without these two
colors? I can’t.
I am sitting leaning my
back against the tree. There is blue sky above my head, green grass under my
feet and golden sun in front of my eyes.
And I feel. The stress, tenseness,
and tiredness I gained in the city is going away drop by drop, leaving my body.
I am scared of closing my
eyes to skip this moment. The sun is in the middle of the sky like big and
yellow balloon. She is saying: “I am here, hey world, wake up” with
contentment.
As the sun is making me
warm with her light, the coldness of the dew is going away. Like it is night,
my blanket is slipped away, then my mother comes and covers me up.
I don’t know how long I sat down like this. I opened my eyes when my mother calls my name. it is already noon. With my pure spirit, I went back home to eat something.
Comments
Post a Comment