İyuldan başlayaraq payızın ortalarına kimi kənddə məhsul
yığımı gedir. Yazda əkilən xırdaca toxumları təbiət bizə yetişmiş məhsul olaraq
geri verir. Əkdiklərimizdən başqa təbiətin bizə təmənnasız verdiyi o qədər nemət
var ki. Ayağımızın altındakı otlardan tutmuş başımızın üstündəki səmaya,
buludlara qədər hər şey.
Aşağıdakı video və şəkillərdə gördükləriniz kimi.
Alma, armud, gavalı, qoz.
Alma və armudun müxtəlif növləri var. Hər bir növün
yetişmə vaxtı fərqlidir. Şəkildəki yay alması və duşes armududur. Yay alması iyul-avqustda
yetişir və digər almalar kimi qışa qədər qalmır. Duşes armud dəriləndə bərk
olsa da, bir neçə günə tam yetişir, rəngi saralır.
Qara gavalıdan mürəbbə bişirmək, qışda istifadə üçün
qurudulur.
Qoz payızda yetişir və yığılır. Şəkildə gördüyünüz yaşıl,
hələ tam yetişməmiş formasıdır.
Böyürtkən, quşümüzü, qırmızı alça, yarpız, itburnu.
Bu meyvə və bitkilər yabanı halda meşədə, çay kənarında
yetişir.
Böyürtkəndən həm mürəbbə, həm də kompot hazırlanır.
Quşüzümünün qara və qırmızı növləri var. Qara
quşüzümü daha xeyirlidir.
Qırmızı alça da mürəbbə, kompot və qurutmaq üçün istifadə
olunur.
İtburnu çox faydalı bitkidir. Həm təzə halda, həm də
qurudularaq qışda əsasən çay dəmləmək üçün istifadə edirlər.
Yarpız- çoxları bu bitkini tanımır. Kənddə dovğa
yarpızsız bişirilmir. Yarpız çay kənarında, su olan yerlərdə yetişir. Nanə kimi
gözəl ətri var. Qurudularaq qışda istifadə edilir.
Təbiətdə faydasız heç nə yoxdur. Gəlin təbiətin bizə verdiklərinin qədrini bilək.
The
Bounties of Nature
It is harvesting season
in the village from July till mid-autumn. The seeds which we sow in spring, the
nature return them to us as a ripe product. There are so many blessings from nature
apart from the ones which we sow. From everything under our feet till the sky
above us.
Like you see in the
pictures and videos.
Apple, pear, plum,
walnut.
There are many types of apples
and pear. Every type has different ripening time. This is summer apple and dushes
pear. Summer apple gets ripe in July-august, and it can’t stay until winter
like other apples. Dushes pear is solid when it is picked, later it turns yellow
and ripe.
Black plum is used for
jam and dried plum is saved for winter.
Walnut harvests in
autumn. What you see in the picture is green and unripe walnut.
Blackberry,
solanum, cherry plum, wild mint, rosehip.
These fruits and plant
are wild and grow up in forest and near river.
Blackberry is used for
making jam and juice.
Solanum has black and red
types. Black one is more beneficial.
Cherry plum is also used
for jam, juice and dried cherry plum is saved for winter.
Rosehip is very helpful
plant. It can be used in fresh and dried version usually for making tea.
Wild mint- many people don’t
know this plant. Village people make dovgha (traditional yogurt soup) with wild
mint. Dried mint is used in winter.
There is nothing useless in nature. Let’s appreciate what nature gives us.
Comments
Post a Comment