Bir çay

 

Sonuncu dəfə kəndə gedəndə avqustun əvvəlləri idi. Adətən bu vaxtlar kənddə xalça-palaz yumaq, mürəbbə bişirmək, turşu, kompot bağlamaqla məşğul olurlar. Kəndlə şəhər arasındakı fərqlərdən biri də budur. Şəhər camaatı iş-gücün başını bir müddətlik də olsa buraxıb məzuniyyətə gedəndə kənd camaatı qara qarışqa kimi qış ruzisi hayında olur. Nəinki yayda, ilin heç bir fəslində kənddə istirahət olmur. Hər fəslin öz işi var.

O da işi başlamamış “həm anama kömək edərəm, həm də kəndi görərəm” deyərək yola çıxmışdı. Təmizlik vaxtında gəldiyi üçün bu vəzifəni onun boynuna qoydular.

Sonra kirini asan yuya bilsin deyə yorğan-döşəyi isladıb oturmuşdu. Bu vaxt həyətin bir küncündə çoxdandır istifadə edilməyən samovarı gördü. Yaxınlaşıb baxanda gördü ki, samovar toz içindədir. Üstünü, içini təmiz yuyub buz kimi bulaq suyu ilə doldurdu. Ətrafdakı şax-şulaxı yandırıb samovara tökdü. Birazdan qaynayacaqdı.

Azsulu olsa da, aram-aram axan çayın şırıltısı, çay qırağında otlayan mal-qaranın təbiətə minnətdarlıq səsləri, yaxınlıqdakı meşə, quşların səsi elə gözəl idi ki. Çay qaynayana qədər oturub bu mənzərəyə tamaşa etdi. Az sonra samovar pıqqıltı ilə qaynayanda çay dəmləyib samovarın başına qoydu. Stəkan-nəlbəki, mürəbbə gətirib hazırladı. Özünə çay süzüb oturdu.

Şəhərin səs-küyü insanı o qədər yorur ki, səssiz məkanda özünü narahat edir. Belə sakitlik onu bir az karıxdırsa da, biraz sonra özünə gəldi. Ətrafın seyrinə dalıb getdi. Sanki qabağındakı çayın bu üzündən o üzünə baxanda bir dünyadan digərinə keçid edirdi. Stəkanın bu üzü reallıq idisə, o üzü tamam başqa yer idi. Hara olduğunu özü də bilmirdi. Çoxlu dünyaların kəsişdiyi bir yer. Biraz olmaq istədiyi, arzuladığı, bir az keçmişdən gələn xatirələrin olduğu, bir az da gələcəyin qeyri-müəyyənliyində itib batan yer.

Stəkanın o üzündə 10 yaşlı özünü görürdü. Səhər tezdən babası ilə at belində kartof əkməyə gedir, axşam mal-qara üçün yaş otla dolu kisələri atın belinə yükləyib özü atın yedəyindən tutub gəlirdi.

Stəkanın o üzündə 20 yaşlı özünü görürdü. Universitetin üçüncü kursunda oxuyur, babasının təsvir etdiyindən fərqli dünya ilə qarşıya-qarşıya durub. Gələcəyin nə gətirəcəyindən xəbərsizdir.

Stəkanın o üzündə 30 yaşlı özünü görürdü. Biraz bulanıq olsa da, görə bilirdi. Hələ də özü ilə daxili müharibə aparır, suallar içində itib-batıb.


A tea

It was mid-august when she went to the village last time. Usually, people are busy with washing carpets, making jam, fruit juices in this season. It is one of the differences between city and village. City people go for vacation at least for some time. But village people work harder like ants to prepare for winter. Not only in the summer, but also in all seasons village people do not take rest. Every season has its work.

She also thought about to go to village until her job starts. She wanted to help her mother and to see the village.

She came at the time of the cleaning, and they gave this task to her. She started to wash carpets. First, she made them wet and waited for some time so that later she can wash them easily. And then she saw samovar which no one used for long time at the corner of the yard. When she came closer, she saw that it is all dust. She washed its inside and outside and filled it with cold spring water. She made fire with the wood around and put it into the samovar. It was going to boil after some time.  

The murmuring river which flows slowly, the cattle grazing near river as if they say, “thank you, nature”, the forest near, the sound of the birds were so beautiful. She watched this scene until samovar boiled. After short time it started to boil, and she brewed tea. Then she prepared glass and jam. She poured tea and sat down.

The city noise makes you so tired that when you are in silent place you feel uncomfortable. Although such silence made her anxious, she felt normal soon. She watched the around. As if she was going to the other world when she looked from the one side of the tea glass to the other side. If one side of the glass was reality, the other side was completely different place. She didn’t know where it was. The place where a lot of worlds cross. the place she wanted to be, the place keeps memories from the past and the place which lost in the uncertainty of the future.

She saw 10 years old herself on the other side of the glass. In an early morning she was going to plant potatoes with her grandfather on horse. In the evening, horse was carrying green grass for cattle, and she was holding horse’s bridle.

She saw 20 years old herself on the other side of the glass. She was third year university student. She was face to face with the world which was very different from the world which her grandfather described. She was unaware of future.

She saw 30 years old herself on the other side of the glass. It was blur, but she could see. She was still in an internal war with herself. She was lost among questions.

 


Comments