Oyanış

 


Martın ortaları. Üzü yaza doğru. Qışla sağollaşıb yazı salamlayırıq. İndi təbiət hamilə qadın kimidir. Hər an əhvalı dəyişir. Bir az günəş, bir az yağış, bir az da külək. Ana təbiət nə istədiyini bilmir. Ona görə də hər şeydən biraz qarışdırır. Hava boz rəngdədir. Hava tez-tez dəyişdiyi üçün insanlar nə geyinəcəklərini bilmirlər. bu elə vaxtdır ki, təbiətdə istənilən rəngə rast gəlmək olar. Sarımtıl günəş, boz torpaq və rəngsiz insanlar.

İnsanlar ümidlidir. Çünki torpaq canlanır. Qısa yaz yağışları torpağa yeni həyat verir. İlıq (qızmar yox) yaz günəşi utancaq qız kimi gülümsəyir, parlayır. Uşaqlar yavaş-yavaş çölə çıxır. Mal-qara təzə ot dadır. İlk baxışdan təbiət boz görünsə də, hər yer, hamı ümidli olduğunu gizlətmir. Diqqətlə qulaq assaq görərik ki, quşlar, ağaclar, günəş, yağış hamısı bir cümləni pıçıldayır: gözəl günlər qabaqdadır...


Mid-March. Spring holiday’s eve. Winter’s goodbye. Spring’s hello. The nature is like pregnant woman. It changes often. Sun, rain, wind. Mother nature can’t decide what she wants. So, she mixes all. The weather’s color is grey. People are hesitant about what to wear as the nature lives mood swing. You can find all the colors in nature now. Yellowish sun, grey soil and colorless people.

Weather changes quickly. People are hopeful. Because soil is refreshing. Short spring rains give the soil new life. Warm (not hot) sun shines like shy girl. Children are slowly going out. Cattle is enjoying new and tasty grass. However, nature is grey from the first view, it is still full of hope. If you can listen, birds, trees, sun and rain say only one sentence: better days are ahead…



Comments