Keçmişə nəzər salın, hal-hazırda həyatınızda əhəmiyyətli
yeri olan bir insanla necə tanış olduğunuzu xatırlayın. Həmin vaxtkı ilk təəssüratlar
hələ də keçərlidirmi? Böyük ehtimalla yox.
İlk dəfə kiminləsə tanış olanda onun bizə ötürdüyü
auranı formalaşdıran bəzi amilllər var: üz ifadəsi, bədən dili, xarici görünüş
və s.
Aparılan araşdırmalara görə, geyim, aksessuar və
digər kənar amillər ilk təəssürata çox az təsir edir.
İlkin təəssürat çox qısa zaman müddətində - saniyələr
ərzində formalaşır. Bəs aldığımız təəssürat özünü nə qədər doğruldur?
Uşaqlar informasiyanı ətrafındakı obyektlərə, üzlərə
baxaraq alırlar. Buna görə də üz tanıma və üz ifadəsini təyin etmə bacarıqları
hələ kiçik yaşlardan formalaşır. Nəticədə biz emosional vəziyyətləri ayırd etmək
üçün qarşımızdakı insanın beynini oxumağa çalışırıq.
Araşdırmalara görə, 4 xüsusiyyət var ki, ilk təəssüratın
yaranmasına təsir göstərir:
1.
Uşaq
üzlülük (babyfaceness).
Uşaqlara qarşı insanda anadangəlmə cazibə var. Buna görə də uşaq ifadəli üz görəndə
biz körpəyə aid xüsusiyyətləri həmin insana köçürürük.
2.
Oxşarlıq. Əgər yeni tanış olduğumuz insan bizim bəyənmədiyimiz
başqa insana (məsələn köhnə sevgili, aramız dəyən dost və s) oxşayırsa,
şüuraltımızın yaratdığı təəssürat heç də xoşagələn olmayacaq.
3.
Fit
olmaq. Sağlam, güclü
insanlar daha ağıllı və cəlbedici olurlar. İnsanın düzgün üz quruluşu da ilk təəssürata
təsir edir.
4.
Emosional
oxşarlıq. Bəzi
insanların üz oxuma qabiliyyətləri yaxşı olsa da, əksər insanlar bunu bacarmır.
Buna görə də, bəzən yalnış anlamalar ortaya çıxır. Məsələn, qaşları daha
aşağıda olan adam ümumi olaraq “əsəbiyəm” mesajını ötürür.
İlk təəssüratın tarixi
“Üz insanın daxilinə bir qapıdır”. Filosoflar,
alimlər bu fikri uzun müddət müzakirə ediblər. Bəziləri üçün ilk təəssürat cəlbedicilik,
digərləri üçün “yaxşı genlər” və s stereotipləri idi. İdeyanın kökü Aristotelin “xüsusiyyətlərə görə
xasiyyəti təyin etmək mümkündür” fikrindən başlayır. 1700-cü ildən başlayaraq
“fizioqnoz” adı ilə məşhurlaşan sahə ortaya çıxdı. “Physiognomy” üz quruluşuna
görə insanın xarakterini və onun hansı peşə üçün uyğun olub-olmamasını təyin
edir. Darvinin dövründə fizioqnoz fakt kimi qəbul olundu.
Amma 19-cu əsrdə “frenelogiya”nın yaranması ilə
fizioqnoz dəbdən düşməyə başladı. Frenelogiya insanın başının quruluşuna görə
onun xarakterinin müəyyən edən yalançı elmdir.
Nəticə
Beləliklə, insanları ilk təəssüratlara görə mühakimə
etmək o qədər doğru olmasa da, bir məsələ var ki, şüuraltımız qarşımızdakı
insanın bizim üçün təhlükəli/təhlükəsiz olduğunu ilk təəssürat vasitəsilə təyin
edir. İkincisi, 100% olmasa da, ani mühakimələr nisbi dəqiqliyinə malikdir. Həm
də bu dəqiqlik ilk mühakiməmizi vermək üçün nə qədər vaxt sərf etməyimizdən də
asılıdır. Şübhəsiz ki, ilkin mühakiməmizi təsdiq edə biləcək daha çox məlumat
axtararaq ilk təəssüratlarımızı doğrulamağımız daha ağıllı seçim olardı.
Özünüz
qərar verin:
Tolstoy: Çətin vəziyyətlərdə həmişə ilk təəssüratlarla
hərəkət edin.
Kafka: İlk təəssüratlar hər zaman etibarsızdır.
Comments
Post a Comment