Axırıncı dəfə kənddən çıxanda 17 yaşı vardı. Aradan
on il keçəndən sonra doğulub böyüdüyü yerlərə qayıtmaq onu bir az qəribsətmişdi.
Qəribəsi bu idi ki, bu illər ərzində kəndi üçün, evi üçün qətiyyən
darıxmadığını düşünürdü. Amma kəndə girəndə yanıldığını (bəlkə də özünü
aldatdığını) anladı.
Görünən o idi ki, kəndin sadəcə ruhu qalmışdı.
Qarış-qarış tanımasaydı, deyərdi ki, bura heç o kənd deyil. Göy üzündən başqa hər
şey dəyişmişdi. Bir-birinə yaxın tikilən ikimərtəbəli, balaca kərpic evlərdən əsər-əlamət
yox idi. Taxta qapılar, hörmə çəpərlər, doqqazlar elə bil yerli-dibli olmamışdı.
Evlərinə çatana kimi nə beşdaş oynayan uşaq gördü, nə də çilingağac. Çox qəribə
idi, özünü sanki evdə hiss etmirdi.
Həyətlərinə girəndə bir anlıq duruxdu, həyət-bacaya
göz gəzdirib yəqin etdi ki, düz gəlib. Əvvəl istədi ki, uşaqlıqda etdiyi kimi
anasını səsləsin. “Ana mən gəldim, yeməyə nə var?” deyə qışqırsın. Niyəsə
fikrindən daşındı, həyəti, ətrafı gəzməyə qərar verdi. Gözünə sataşan ilk yer
uşaq olanda hər həftə kündə daşıdığı təndirxananın yerindəki boşluq oldu.
Anası demişdi axı, artıq əvvəlki kimi iş görə
bilmir, çörəyi mağazadan alır.
Mart ayı olmasına baxmayaraq həyətyanı əkin yeri də
boş idi. İndiyə kimi lobya və kartof əkilməli idi.
Anası demişdi axı, köməyim yoxdur, çətindir.
Həyətin o başında tövlə var idi. İstədi ora da
getsin, sonra yadına düşdü ki, inəkləri də yoxdur. Keçən qış satmışdılar.
Anası demişdi axı.
Eyvana girdi, ayaqqabılarını çıxardı. Bu vaxt içəri otaqdan çıxan anası onu gördü.
Əvvəl tanımadı, çaşdı. Əslində tanımışdı, amma inana bilmirdi ki, oğlu gəlib.
Gör neçə il idi gəlmirdi.
Qucaqlaşıb görüşəndən sonra anası əl-ayağa düşdü.
Gah toyuq kəsmək, gah da plov bişirmək istədi. “Ay ana, bir çay ver, sonra yeməyə
baxarıq” deyəndən sonra anasının yadına düşdü ki, axı qonağa əvvəl çay verərlər.
Durub çay tədarükünə başladı. Kənd evlərində çay həmişə
hazır olur. Çaydan sobanın üstündə səhərdən axşama kimi qaynayır.
Anası çay dəmləyir, stəkanları qaynar su ilə yuyur,
süfrəyə mürəbbə, konfet düzürdü. “Bəs qənd yoxdu?” deyə soruşanda anası gülümsədi:“Bişmiş
qəndi sevdiyini unutmamışam, indi gətirərəm” deyib yan otağa yüyürdü. Nəhayət
çay süfrəsinə oturdular. Anası oğlu gəlib deyə sevincli idi. Niyə gəldiyini
bilmək istəyirdi, amma soruşmağa cəsarət etmirdi. Oğul qaynar çayı
qurtumlaya-qurtumlaya anasına baxırdı. İllər öz sözünü demişdi. Boya ilə gizlətməyə
çalışsa da, yavaş-yavaş ağaran saçları, əllərindəki, üzündəki qırışlar, yorğun
təbəssüm çox şey deyirdi.
Çaydan sonra öz otağına çəkildi. Biraz yatmaq,
yolun yorğunluğunu çıxarmaq istəyirdi. Amma yata bilmədi.
Görəsən dəyişən təkcə kənd idimi? Anası idimi? Deyəsən
yox. Özü də dəyişmişdi...
Kənd evlərinin qəbiristanlığı olan çardağa çıxanda
gözünə simləri qırılmış tarı sataşdı. O
simlərin bir-bir necə qırılmasını xatırladı. Ara-sıra tar çalanda hər dəfə bir
sim qırılırdı. Axırda heç nə qalmadı. Birdən öz həyatını da bu tara bənzətdi. Məhv
edilən hər arzusu qırılan bir sim kimi elə bil ondan nəsə aparmışdı. Özünü
çardaqda toz basmış, simləri olmayan tar kimi gərəksiz hiss etdi, doluxsandı. Aralarındakı
tək fərq o idi ki, tar artıq ölmüşdü, o isə ölü ikən yaşamalı idi.
Silent strings
He was 17 when he left the village last time. To
come back to the hometown after ten years made him a little bit melancholy. The
strange thing is, he used to think that he doesn’t miss his home. When he
entered the village he understood that he was mistaken, maybe he deceived
himself.
There was only the spirit
of the village, it was clear. If he didn’t know his village well, he would say
it is not same place. Everything was changed except the sky. There was no trace
of the little brick houses which were built close to each other. Wooden doors,
braid fences, paths were vanished. On his way to the home he didn’t see any
children playing beshdash (five stones) or chilingaghac. It was very strange,
he wasn’t feeling like home.
He felt hesitated when he
entered the yard. He looked around to be sure that he came to the right place.
Firstly, he wanted to call his mother loudly as he did in childhood.” Mom, I am
here, anything to eat?” then he changed his mind and decided to see around. The
first thing he saw was the emptiness in the place of tandir house where he used to carry
dough ball for his mother every week.
But his mom had said that, she can’t do work as before, she buys bread
from market.
However, it was March, the
plantation area
was empty. Beans and potato should be planted until now. But his mom had said that, she doesn’t have
any help, it is hard for her.
There was stall for cows at the
end of the yard. He wanted to go there, and then he remembered that they don’t
have cows anymore. They sold the cows last winter. But his mom had said it.
He entered the front
porch, removed his shoes. At this moment his mom came out of the room and saw
him. First, she didn’t recognize, she felt confused. Actually, she knew he is
her son, but she couldn’t believe that he came. It was very long time that he
left the village.
His mom was in hurry
after seeing him. She didn’t know what to do, what to cook for her son. He said:
“Mom, first give me tea, later we can think about food.” After that, his mom
remembered that, first, we usually offer tea to the guest.
Therefore, she started to
make tea. Actually, tea is always ready in the village houses. Teapot is always
on the oven and boiling.
Mom was brewing tea,
washing glasses with hot water, and serving jam, sweets to the table. When he
asked “What about sugar?” his mom replied with smile: “I didn’t forget that you
like homemade sugar. I am bringing it now.” And she run to the next room. Finally,
they sat for tea. Mom was happy because son was back. She wanted to know why he
came back, but she was scared to ask. Son was looking at mom while he was
having hot tea. The years were cruel to his mom. Although she was trying to cover,
it with dye the white hair was on her head. Wrinkles on her hands, tired smile
on her face were saying lot of things.
After tea he went to his
room. He wanted to sleep for some time, to get rid of the tiredness of the
trip. But he couldn’t sleep.
It was only the village
which was changed? Or it was only his mom? It seems no. He also had changed.
He saw his tar (musical
instrument) with broken strings in the attic- the graveyard of the village
houses. He remembered how those strings were broken one by one broken. At the
end there was nothing left. Suddenly he saw the reflection of his
life in this tar. Like broken strings, every destroyed dream took something
from him. He felt useless like the dusty, old tar in the attic. Tears came to
his eyes. There was only one difference between them: tar was already dead, but
he must live although he was dead.
Another great write👍👏
ReplyDeleteThank you!
DeleteI also love to live in the village, I remember something in that moment, one is baby girl names, the other is speaking of chickens in the morning, that river, and so much to say.
ReplyDeleteYes, village has special sounds
DeleteHello,This is a nice blog, you are sharing informative content for us. Thank you so much. chris carey story author
ReplyDeleteHi, thank you for nice words!
Delete