Daha yaxşı mən üçün...

 Qərar vermənin bizə verdiyi təzyiq haqqında heç düşünmüsünüzmü? Heç dilemma içində olmusunuzmu? Beyniniz və ürəyinizin düşüncələriniz arasında sıxıldığını hiss etdikdə heç nə kömək etmir. Bu dəhşətli, eyni zamanda daha yaxşı mən üçün yeganə yoldur. Sərhədlərinizi müəyyənləşdirmək və şəxsiyyətinizi daha güclü etmək üçün qorxularınızla üzləşməli və komfort zonanızdan çıxmalısınız. Bəzən qorxularımızı şişirdirik. Ən pisini gözləyirik.  Amma əksər hallarda bu baş vermir. Qorxularınız böyükdürsə deməli düşündüyünüzdən daha yaxşısını edəcəksiniz. Həyatınızın dönüş nöqtəsi qorxularınızın arxasındadır.

Qərar vermənin təzyiqi ilə bağlı daha bir məsələ bizim verdiyimiz qərarların necəsə başqa insanlara da təsir etməsidir. Xüsusiylə ailəmizə. Ailəmiz üçün xoşbəxtliyin möhtəşəm düsturu yaxşı iş, həyat yoldaşı və uşaqlardırsa gələcəyimiz üçün qərarlar vermək çox çətindir.

Heç kim bizə azad düşünməyi, sərbəst qərar verməyi öyrətmədi. Bunun əvəzinə bizə quşlar kimi qəfəsdə yaşamağı öyrətdilər. Əgər bir quş qəfəsi tərk etməyə qərar verirsə, o cəmiyyətin düşməninə çevrilir. Amma digər quşlar heç vaxt fikirləşmirlər ki, o quş niyə bu yolu seçdi, səbəbi nə idi? O, indi xoşbəxtdirmi?

Bizim cəmiyyətimizdə həyatından narazı olmaq az qala qəbuledilməzdir. Və burda qanunlar belə işləyir...

Əgər həyatımdan məmnun deyiləmsə və dəyişməyə çalışıramsa burda qeyri-adi nə var?

Əziz insanlar, xahiş edirəm məntiqli olun!

Sevgilərlə...

 

Have you ever thought about the pressure of deciding? Have you ever been in a dilemma? When you feel that your brain and heart squeze among your thoughts nothing helps. İt is terrible but also it is the only way to make yourself better. You need to face your fears and go out of your comfort zone in order to identity your borders and to make your personality stronger. Sometimes we exaggerate our worries. We wait for the worst. But mostly it does not happen. If your fears are big, it means you will do better. The turning point of your life is beyond your fears.

Another thing about the pressure of deciding is that our decisions affect other people at somehow.  Especially the family. It is not easy to decide for your future when your family thinks that good job, spouse and kids equal to great formula of the happiness. No one taught us to think freely, to decide freely. Instead, they taught us to live in a cage like birds. When a bird chooses to leave the cage, she becomes the enemy of the society. But other birds never think that what was her reason, why she left? Is she happy now? Not to be satisfied with your life is almost unacceptable in our society. So, this is how the society rules work…

What is wrong if I am not happy with my life and I want to change it?

Dear people, be logical please!

With love…

Comments

  1. As always your posts are best!!
    I'm glad u exist. Everyone line and every word is in perfect sync. Really deep & Great content. Keep the good work up 👍👍

    ReplyDelete

Post a Comment