Yada düşər xatirələr...


Səhərin ilk şəfəqləri pəncərənin tutqun şüşəsindən otağa düşəndə gözlərini açdı, ətrafa göz gəzdirdi. Hər şey dünənki kimi idi. Ondan əvvəlki kimi, lap ondan əvvəlki kimi, həmişəki kimi... çarpayının üstünə atdığı paltarlar, stolun küncünə yığılmış çirkli qab-qacaq, qapının üstündən sallanan hörümçək toru da dünənki kimi idi. Artıq öyrəşib səssizliyə. Adamı çərlədən tıqqıltısı ilə vaxtın dayanmadığını göstərən saatın səsindən başqa. Birdə dan yerinin sökülməyini xəbər verən quşların səsi. Onların səsini eşidər eşitməz gözlərini açır, həvəssiz də olsa yeni günə başlayır.

Əsnəyə-əsnəyə eyvana çıxdı, gecə şehdən buz kimi olmuş ayaqqabılarını geyinib həyətə düşdü. Günəş artıq qızarırdı. Hələ adamı üşüdəcək qədər soyuq olan havanı ciyərlərinə çəkdi. Dünən gecədən soyuyub qalmış samovarı həyətə çıxarıb içini boşaltdı. Buz kimi sərin su ilə doldurub içinə od saldı. Samovar qaynayana qədər toyuqları, mal-qaranı rahladı.

Əl-üzünü yuyub həyətə stəkan-boşqab, keçən yaydan qalan çiyələk mürəbbəsi, bir az da yağ pendir çıxarıb stolun üstünə düzdü. İşini bitirib təzə oturmuşdu ki samovar qaynadı. Çay dəmləyib yenidən oturdu, fikrə getdi. Axır vaxtlar tez-tez fikrə gedir, xəyala dalırdı. Qonşular bunu ona irad tutur, diqqətsizlikdə günahlandırırdılar. Günahlandırmaqdan, ittiham etməkdən asan nə var ki?!

Təzə dəmlənmiş mixəkli çaydan bir qurtum içib stəkanı yerinə qoydu, mürəbbəyə, yağ-pendirə əlini də vurmadı. Yenə xəyala daldı. Sanki kimsə onu çağırır, uzaqlara, elə hey uzaqlara səsləyirdi. Elə bu səs onu düz 30 il geriyə, universitetin sonuncu kursunda oxuduğu vaxtlara apardı. Elə yanıqlı ah çəkdi ki, yanında bir bəni-adəm olsaydı deyərdi: səni kim belə yandırıb ay qurban olduğum?..

İllərə sığdıra bilmədiyi gəncliyi, ilk sevgisi, xəyalları film kimi gözünün qabağından gəldi, keçdi. Gözlərindəndən yanağına, ordan da artıq ağaran saqqalına süzülən yaşlardan nə özünün xəbəri oldu, nə də bir kimsənin...

Kimsə daşla darvazanı döyür, onu çağırırdı. Xatirələrin məngənəsindən qurtulub yavaş-yavaş özünə gəldi, soyuyub buza dönmüş çaya, mürəbbəyə daraşmış qarışqalara, bir də artıq cızıldamayan samovara baxdı. Ağır- ağır yerindən durub qapını açmağa getdi. Yəqin qonşusu idi. Axı dünən şərtləşmişdilər ki meşəyə gedəcəklər.

 

Random thoughts on tea

He opened his eyes when the first glows of dawn came to his room through gloomy window and he looked around. Everything was same like yesterday. Like the day before yesterday, like always... clothes he threw away, the dirty dishes on the corner of the table, spider net which is hanging over the door was still same. He is used to silence. Except only annoying noise of the clock which reminds us that time is flying. And the voice of morning birds who tell us that sun is rising.  When he hears their voices he opens his eyes and starts new day unwillingly.

Quietly yawning he went to veranda, then he put his shoes on which was cold from night dew and went out to yard. The sun was turning red. He breathed the cold air. He cleaned samovar which he used yesterday. He filled it with cold water and coal to boil. Till samovar gets ready he feed cattle and chickens.

After washing his hands and face, he set the table with cheese-butter, strawberry jam from last summer, glass and plate. Once he finished it and sat down, samovar got ready. He brewed tea and sat down again, he was thoughtful. He is thoughtful these days. His neighbors are complaining about it and judging him on being careless. İs there something easy to blame and to judge someone?!

He took a sip from well brewed clove tea, he put the glass back, he didn’t even touch cheese-butter and jam. Again he lost in dream. As if someone was calling him to somewhere away, away and away. And this voice took him 30 years back, to the last year of university. He signed so mournful that if there was someone near him would say: who hurt you so much, o my dear?

He saw his youth, first love, dreams in front of his eyes like a film. Nor he neither anyone else saw the tears came from his eyes to cheeks, then to his mustache which is gradually getting gray as a sign of senility…

Someone was knocking the gate with stone and calling him. He slowly escaped from the vise of memories, looked at tea which was already cold, the ants were crawling in the jam and the samovar was not singing anymore. He lazily went to open the door. It is his neighbor he guessed. Yesterday they agreed that they will go to the forest.

 

 

 

 

 


Comments