Qızıma məktub
Əziz qızım,
Uzun bir həyatım oldu, bəzən qorxudan əssəm də, çox şeyləri sınamağa cəsarət etdim, etiraf edim ki, hələ də cəsarətliyəm.
Həyatımda mənə dəyərli dərslər öyrədən insanlar da, dünyanın şaftalı və qaymaq olmadığını yetərincə xəbərdarlıq edən insanlar da oldu.
Mən çoxlu səhvlər etdim və şübhəsiz ki, ölənə qədər daha çox edəcəyəm. Mən ağrını görəndə, təcrübəsizliyim xoşagəlməzlik yaradanda, öz məsuliyyətsizliyimi qəbul etməyi, ilk öncə özümü bağışlamağı, daha sonra incitdiyim insanlardan üzr istəməyi öyrəndim. Tanrıya peşmanlıq və tövbədən başqa təklif edə biləcəyim heç nəyim yoxdur, ümid edirəm ki, səmimi üzürxahlığım qəbul olunacaq.
Baş verəcək hər şeyə nəzarət edə bilməzsən, amma nəyin baş verməsinə qərar verə bilərsən.
Kiminsə buludu üçün göy qurşağı olmağa çalış. Şikayətlənmə. Bəyənmədiyin şeyləri dəyişmək üçün hər cəhdi et. Nəyisə dəyişə bilmirsənsə, fikirlərini dəyiş. Yeni çıxış yolu tapacaqsan.
Heç vaxt ağlayıb-sızlama. Bu ,cəllada xəbər verir ki, qurban yaxınlıqdadır. İnsanlıq üçün möhtəşəm bir şey etmədən ölməyəcəyindən əmin ol.
Mən bir uşağa –oğluma həyat verdim, lakin mənim minlərlə qızım var. Sən- qara və ağ, yəhudi və müsəlman, asiyalı, ispan dilli, yerli amerikalı, aleutsan. Sən arıq və köksən , gözəl və çirkinsən, homoseksual və hetereoseksualsan, savadlı və savadsızsan və mən hər şeyi sənə danışıram. Mənim sənə təklifim budur:
İnamını qoru.
Yeddinci onilliyim də daxil olmaqla çox şeylər məni heyrətləndirməyə davam edir.
İnsanlar mənim yanıma gəlir və heç bir sual cavabsız xristian olduqlarını deyərkən çox təəccüblənirəm. Mənim ilk cavabım bu sual olur: Artıq xristiansız?
Mənə elə gəlir ki, xristian olmaq ömürlük cəhd etməkdir. Mən inanıram ki, bu buddist, müsəlman, yəhudi, caynist və ya daoist olmaq istəyən hər kəs üçün doğrudur. Dini etiqadları güclü olan insanlar elə yaşayırlar ki, sanki bu səssiz, cənnət kimi tərtəmiz vəziyyət əbədiyyətə qədər davam edəcək. Bu insanlar sonda axtardıqları ekstazı tapırlar.
Hamı üçün baş edilməsi çətin olan depressiya, öz əlil oğlunun nazı ilə oynayan və iki kiçik nəvəsini böyüdən Cənub ştatlarındakı bu qaradərili qadın üçün daha çətindir.
“Mamma” deyə çağırılan nənəmlə bağlı ən köhnə xatirələrimdən biri tutunacaq heç nəyi olmadan öz ayaqları üstündə durmağı bacaran bu uzun boylu, darçın rəngli saçları olan, dərin, yumşaq səsli qadının ani baxışıdır .Nənəm nə vaxt problemlə üzləşsə əllərini kürəyində çarpazlayar, özünü səmaya təslim edərcəsinə səmaya baxardı, sanki altı fut boyu ilə ora çatacaqdı. O, bütün dünyaya, xüsusi ilə öz ailəsinə deyərdi:” Bizim ehtiyacımız olan şeyləri necə tapmaq lazımdır bilmirəm, amma mən addım-addım Tanrıya yaxınlaşıram. Mən xristian olmağa və Tanrıya tərəf addımlamağa çalışıram.” Və dərhal mən onun səmaya atılmağını, başının üstünəki ulduzları, çiyinlərinin ətrafında vıyıldayan kometləri görə bilirdim. O, Tanrıya doğru yaxınlaşmağa başlayandan bəri səmada nəhəng idi.”Mamma”nı belə güclü görmək mənim üçün çətin deyildi, çünki o,Tanrıya sığınmışdı. İllər sonra nənəm haqqında fikirləşərkən mən bir İncil mahnısı yazdım. Bu manhını Missisipi Mass xoru möhtəşəm şəkildə oxumuşdu:
“Öz qolunun gücünə arxalan dedin,
Arxalanıram,
Öz sevginə inan dedin,
Inanıram,
Öz adınla çağırıl dedin,
Çağırılıram,
Sənin sözünlə addımlayıram.”
Nə vaxt özümdən Tanrı var mı deyə soruşsam, səmaya baxıram. Və tam orda, günəşin və ayın arasında nənəm dayanır. Uzun kilsə mahnısını oxuyaraq, o mahnı ki, gah inilti, gah nalə, gah layladır. Və mən bilirəm ki, inam, görünməz şeylərin sübutudur.
Və etdiyim tək şey xristian olmağa davam etməkdir.
Maya Anjelu.
Letter to my daughter
Dear Daughter,
This letter has taken an
extraordinary time getting itself together. I have all along known that I
wanted to tell you directly of some lessons I have learned and under what
conditions I have learned them. My life has been long, and believing that life
loves the liver of it, I have dared to try many things, sometimes trembling,
but daring, still. I have only included here events and lessons which I have
found useful. I have not told how I have used the solutions, knowing that you
are intelligent and creative and resourceful and you will use them as you see
fit. You will find in this book accounts of growing up, unexpected emergencies,
a few poems, some light stories to make you laugh and some to make you
meditate. There have been people in my life who meant me well, taught me
valuable lessons, and others who have meant me ill and, have given me ample
notification that my world is not meant to be all peaches and cream. I have
made many mistakes and no doubt will make more before I die. When I have seen
pain, when I have found that my ineptness has caused displeasure, I have
learned to accept my responsibility and to forgive myself first, then to
apologize to anyone injured by my misreckoning. Since I cannot un-live history,
and repentance is all I can offer God, I have hopes that my sincere apologies
were accepted. You may not control all the events that happen to you, but you
can decide not to be reduced by them. Try to be a rainbow in someone’s cloud.
Do not complain. Make every effort to change things you do not like. If you
cannot make a change, change the way you have been thinking. You might find a
new solution. Never whine. Whining lets a brute know that a victim is in the
neighborhood. Be certain that you do not die without having done something
wonderful for humanity. I gave birth to one child, a son, but I have thousands
of daughters. You are Black and White, Jewish and Muslim, Asian,
Spanish-speaking, Native American and Aleut. You are fat and thin and pretty
and plain, gay and straight, educated and unlettered, and I am speaking to you
all. Here is my offering to you.
Keep the Faith
Many things continue to
amaze me, even well into my seventh decade. I’m startled or at least taken
aback when people walk up to me and without being questioned inform me that
they are Christians. My first response is the question “Already?” It seems to
me that becoming a Christian is a lifelong endeavor. I believe that is also
true for one wanting to become a Buddhist, or a Muslim, a Jew, Jainist, or a
Taoist. The persons striving to live their religious beliefs know that the
idyllic condition cannot be arrived at and held on to eternally. It is in the
search itself that one finds the ecstasy. The Depression, which was difficult
for everyone to survive, was especially so for a single black woman in the
Southern states tending her crippled adult son and raising two small
grandchildren. One of my earliest memories of my grandmother, who was called
“Mamma,” is a glimpse of that tall, cinnamoncolored woman with a deep, soft
voice, standing thousands of feet up in the air with nothing visible beneath
her. Whenever she confronted a challenge, Mamma would clasp her hands behind
her back, look up as if she could will herself into the heavens, and draw
herself up to her full six-foot height. She would tell her family in
particular, and the world in general, “I don’t know how to find the things we
need, but I will step out on the word of God. I am trying to be a Christian and
I will just step out on the word of God.” Immediately I could see her flung
into space, moons at her feet and stars at her head, comets swirling around her
shoulders. Naturally, since she was over six feet tall, and stood out on the
word of God, she was a giant in heaven. It wasn’t difficult for me to see Mamma
as powerful, because she had the word of God beneath her feet. Thinking of my
grandmother years later, I wrote a gospel song that has been sung rousingly by
The Mississippi Mass choir. “You said to lean on your arm And I am leaning You
said to trust in your love And I am trusting You said to call on your name And
I am calling I’m stepping out on your word.” Whenever I began to question
whether God exists, I looked up to the sky and surely there, right there,
between the sun and moon, stands my grandmother, singing a long meter hymn, a
song somewhere between a moan and a lullaby and I know faith is the evidence of
things unseen. And all I have to do is continue trying to be a Christian.
Maya Angelou.
I appreciate you way of writing and thinking, every single word and every phrase got something in it which attracts my mind and I feel more into the content!!
ReplyDelete: )
I was little busy so couldn't go through but whenever I'll get time I'll surely read em'all
Thank you! It is so nice to see your comments. Waiting for more feedbacks
Delete