Xoşbəxtliyin sahib olduqlarımıza sevinmək olduğunu
anlayana qədər görəsən çoxmu vaxt keçir? Qocalıb dünyadan əlimizi üzəndə
dadımıza çatacaq şeyin xatirələr olduğunu çoxmu gec anlayırıq?
Mən uşaq olanda... deyə başlanır bütün xoşbəxt
hekayələr.
Şaxtanı, qarı vecinə almadan həyatın dadını çıxaran
uşaqlar kaş nə qədər xoşbəxt olduqlarını biləydilər.
Əldən-ayaqdan uzaq, Allahın belə unutduğu kənddə onları
xoşbəxt edəcək əyləncələr tapan uşaqları soyuq qorxuda bilməz. Qıpqırmızı burnu,
yanaqları, soyuqdan göyərmiş kiçik barmaqları, qızarmış qulaqları ilə o xoşbəxtdir.
Eyvandan qışqıran anasının səsi, evdə yeyəcəyi kötəklər
də onu qorxutmur. Heç səhərdən bəri ac olmağı da yadına düşmür. Özündən ağır xizəyi
arxasınca sürüyərək ağappaq küçələrdə aşağı-yuxarı sürüşür, nə üzünü yalayan şaxtanı,
nə də əlini kəsən ipi vecinə almır.
Böyük qəlbli bu uşaqlara sərhədsiz xəyal qurmağı da
bəlkə elə ağ qar ilə örtülən çöllər, başları üstündəki sonsuz səma öyrətdi. Arzularının
qabağına sədd çəkəcək daşürəkli insanlardan xəbərsiz özləri ilə birlikdə o arzuları
da böyütdülər.
I was once a child, too
Does it take too much
time until we understand that happiness is what we have? Do we understand late
when we have aged and have done with the life?
I was once a child, too…
All happy stories begin like this.
I wish the children who
live life to the fullest without caring frost and snow would know how
happy they are right now.
The children who find joy
in a village where even Allah has forgotten about it. They are happy with their
red nose and cheeks, with their frozen fingers and ears.
The voice of mom who
shouts from home does not make them scared. They even don’t care punches. They dont remember
that
they are hungry since morning. They carry ski, which is heavy than even
themselves, they go up and down on white streets. They don’t care the cold
which is licking their faces and the string which is hurting their fingers.
Maybe the white steppes
and the endless sky taught these big-hearted children to have border-less dreams.
They made their
dreams grow up while they were unaware of cruel people who built
borders in front of their dreams.
Comments
Post a Comment