Nənəmin boxçası

Təmiz hava, gözəl mənzərə və yaşıllıq. Kənd deyərkən əksər insanların ağlına bunlar gəlir. Əslində isə kəndi kənd edən orada yaşayan insanlardır. Rahatlıq nədir bilməyən, dəbdəbədən, müasirlikdən uzaq, saf insanlar.
Bu insanların arasında baba və nənələrin yeri başqadır. Deyirlər ki, böyüklər evin bərəkəti, kiçiklər sevincidir.
Kənddə evlər adətən iki mərtəbəli olur. Amma ikinci mərtəbəsini bəzəyib qonaqlar üçün saxlayırlar. Birinci mərtəbə nisbətən rütubətli olsa da, qonaq otağına toxunmurlar. Kiçik pəncərəli, sadə otaqlarda ilk nəzərə çarpan şey sobadır. Çünki funksiyası təkcə soba olmaq deyil. Soba bişirir, isidir, paltar qurudur, evi işıqlandırır. Amma evdə nənə də varsa, vəziyyət dəyişir.
Nənələr uşaq və valideyn arasında qoruyucudur. Əlbəttə “yaxşı” nənələr.
Ata-ananı hirsləndirəndə qaçıb nənənin arxasında gizlənmək, küsəndə nənəyə qısılıb şikayətlənmək lazımdır. Birdə pul lazım olanda nənənin üstünə cummaq lazımdır. Əzbər bildiyi cavabı yenidən eşitmək xoşdur: Mən bank üstündə oturmuşam?
Nənə kürəyini sobaya söykəyib oturur, çay içir, arada ah çəkir və fikrə dalır. Ya xəstəlikdən ölmüş uşaqları, ya da müharibədən qayıtmayan əri yadına düşüb yenə. Yaylığının ucu ilə gözünü silir, əllərinin üstündəki həyat hekayəsini danışan qırışlara baxır, köks ötürür.
Divardan tutub ayağa durur, qonşu otağa keçir, xatirələri daha yaxşı canlandırmaq üçün boxçasını axtarır. Boxça isə həmişə əlçatan yerdə olur. Çünki tez-tez istifadə olunur.
Boxçanın içində neçə həyat, milyonlarla xatirələr yatır. Boxçanın ağzı açılanda sanki başqa dünyaya- olmaq istədiyi dünyaya düşür. İtirdiyi insanlardan qalan kiçik, demək olar ki, lazımsız əşyalar onu xoşbəxt etmək üçün kifayətdir. Dişləri tökülmüş daraq, illərdir susan, paslanmış saat, saralan şəkillər...
Onları bir-bir sığallayıb yerinə qoyur, həsrətini az da olsa söndürür. Gəldiyi kimi saki-sakit yerinə qayıdır. Sobanın yanında qurdalanır ki vaxt tez keçsin, uşaqları evə qayıtsın, onun başını qatsınlar ki darıxmağa vaxt qalmasın.
Nəvələr harada qaldı bəs? Heç olmasa onlar gələydi...

                                                                     ***

Fresh air, beautiful nature and greenery. When people think of the village, these things come to their mind. İn fact, what makes village is its people. People who don’t know what is comfort. These pure people are away from luxurious, modern life.
Among them grandparents are special. People say, grandparents are blessing, children are happiness.
Village houses usually have two floors. But second floor is usually decorated and saved for guests. However the first floor is humid, they still don’t touch guest rooms. The first thing that is noticeable in these simple, small windowed houses is stove. Because its function is not just being a stove. It cooks, heats, dries clothes, and lightens home. But if there is grandmother at home, then situation changes.
Grandmothers are like protector between parents and kids. For sure, good grandmothers.
When you make your parents angry you hide behind grandmother. When you are upset, you come close to her and start complaining about people. And when you need money, you jump on her. İt is nice to hear the same answer again: Do I have a bank?
She sits leaning her back on the stove, she is having tea, sometimes she sighs and become thoughtful. Probably she remembered her husband who died in war, or her children who died because of illness at young age. She wipes her eyes with her shawl, she looks at wringles on her hands which tells her life story and she sighs again.
She stands on with help of wall, she goes to next room. She searches for her box to remember her memories better. Box is always reachable. Because she uses it often.
There are millions of memories in the box. When box is opened, she goes to different world- the world where she wants to be. The things of her loved ones, which are almost useless are enough to make her happy. Almost toothless comb, rusty watch which is stopped working many years ago and faded pictures…
She caresses them one by one and she makes her yearning silence. She goes back silently like she came. She is busy with something near stove to pass time. She wants her children come home soon, they will keep her busy and she won’t have time to miss someone.
Where are the grandchildren?  At least they would come…





Comments

  1. I recently found your blog and I'm already liking it👍

    ReplyDelete
    Replies
    1. Thank you! I would like to hear your feedback about my content and your suggestions as a reader.

      Delete

Post a Comment