Mən səni günah tək gizlədim...




Hamının həyata keçməsini hər şeydən çox istədiyi arzuları var. Bəs arzular gerçəkləşəndən sonra nə olur? Cavab vermək çətindir, elə deyilmi? Çünki arzular tez-tez gerçəkləşmir. Arzulardan sonra xoşbəxtlik gəlir. İstədiyin olur, dərindən nəfəs alırsan, qəlbin köksünə sığmır. Nəhayət ki xoşbəxtsən...

Xoşbəxtliyi nə təsvir, nə də izah etmək mümkün deyil. Sadəcə hiss edirsən, vəssalam.
Ovuc içi qədər xoşbəxtlik yetər. Yetərmi? Deyə bilmərəm. Amma heç vaxt artıqlıq etmir. Əskikliyi isə hər zaman hiss olunur.
Həyat gözlənilməzdir. Ən son anda nəsə baş verir. Mütləq baş verir. Çətini son ana qədər gözləyə bilməkdir. Gözləmək tükəndirir, öldürür. Amma sonda səbir qalib gəlir. Bir də inam.
Ümid təhlükəlidir.  İnsanı dəli edə bilir. Ümid yaşadır. Eyni zamanda öldürür. Seçimi bizə buraxır.
Xatirələr incidir. Çünki keçmişdən xəbər verir. Keçmiş isə hər zaman yaralarla doludur.
Bəs arzular? Arzular həyata keçmək üçün var. Kəfənlənib qəbirə getmək üçün yox.  İllərlə arzuladığın şeyin həyata keçməsi möcüzə deyil, mükafatdır. Səbrin, inamın və qurbanların mükafatı.
Bəzi şeylər var ki, məhrəmdir.  Hamıdan gizlədirsən, günah kimi. Çox dərinlərdə, qəlbin əlçatmaz yerində gizlidir. O qədər sirli yerdir ki, ora enməyə cəsarət etmirsən. Nə yaxşı səndən cəsarətli olanlar var. Gəlir, hər şeyi qaydasına salır, bir də ayılırsan ki, səni incidən şeylər yoxdur, artıq yaralardan qan axmır.
Həmin o məhrəmlərə toxunma haqqı olan insanlar çox dəyərlidir. Onlara rast gəlmək asan deyil. Rast gəldikdən sonra qorumaq isə daha çətindir.
Gülüş xilas edə bilər. Ölüm döşəyində olarkən gülüşünü görmək istədiyiniz insanlar varmı? Varsa, onları qoruyun.
Gözlər danışır. Bəli, yetər ki, sən oxumağı bacar. Gözləri oxumaq üçün ürəyə bələd olmaq gərəkdir.  

                                     I hided you from everyone, like my sin

Everybody has dreams that they want them to come true more than anything else. And what happens after dreams come true? İt is difficult to reply, isnt it?  Because dreams come true rarely. Happiness comes after dreams. What you want is real now, you take deep breath, your heart cant go in your chest. Finally, you are happy...
You cant explain or describe happiness. You just feel it, thats all.
Just a handful of happiness is enough. İs it enough? I cant answer. But it is never too much. Shortage of it, is very visible.
Life is unexpected.  Something happens at the very end. Definitely happens. The most difficult part is to wait. Waiting is exhausting. İt kills. But patience wins at the end. And faith.
Hope is dangerous. İt makes person insane. Hope can give life, hope can kill too. İt is our responsibility to choose.
Memories hurt. Because they remind us our past. Past is always full of scars.
And what about dreams? Dreams are made to come true. Not to go to grave with our dead body. İf you dreams something for long time and it comes true, it is not miracle. İt is reward of your patience, sacrifices and faith.
There are some things which are latent.  You hide them from everybody, like your sins. They are hidden in very deep, inaccessible place. That place is so secret that you dont have courage to go down there. Thanks to God, there are brave people.  They come and make everything perfect. When you wake up,  you see that everything is fine, the things which were hurting you, have already gone. Your wounds are not bleeding anymore. A person who has right to touch those secrets is very valuable and important.  İt is not easy to find him and it is more difficult to save him.
Smile can rescue life. When you are in death bed, whose smile you want to see? İf you have such person in your life, take care of him.
Eyes tells story. Yes, it is enough you read them.  To be able to ready eyes, you have to be aware of his heart.


Comments