Xırçıldayan yarpaqların xışıltısı, küçə boyunca təqib olunan şiddətli külək və köçəri quşların cikkildisi. Artıq payızdır. Kəbini
kədərlə kəsilən payız. Onda kədərli, həm
də xoş nəsə var. Çox darıxdığın köhnə dost kimi gəlir payız. Sadəcə boynunu
qucaqlayıb doyunca ağlamaq, dərdləşmək istəyirsən. bir-bir düşən yarpaqlar təsəlli,
hüzurla dolu sakitlik gətirir. İlıq noyabr günəşi və qəfil gələn yağış. Bir az
da külək. Həyatını başa vurmaq üzrə olan yarpaqların soyuq torpağa qovuşmaq istəyi.
Boz, tutqun səmada ara-sıra süzən durnalar... Və biz payızdayıq.
Kənddə payız daha canlı keçir. Payızın romantik və
duyğusal havası ilə insanların doğmalığı birləşir. Ətrafdakı sakitlik, məhsul
yığımı, insanların canfəşanlığı payızın dadını tam çıxarmağa imkan vermir. Amma
insanlar payız havasında xəyal qurmağa, dərdləşməyə vaxt tapırlar.
Səhər tezdən məktəbə getməzdən əvvəl,yarpaqların arasında
qoz axtaran uşaqlar, başı alma-armud yığımına qarışan kişilər, yemişan, fındıq
üçün meşələrə üz tutan qadınlar və gündə bir neçə dəfə həyəti yarpaqlardan təmizləyən
qızlar.
Bir azdan ağaclar çılpaqlaşacaq, məhsul yığılıb
qurtaracaq, insanlar evinə çəkiləcək. Təbiət kasıblaşmadan öncə son dəfə səxavət
kisəsinin ağzını insanlar üçün açacaq.
Ölümqabağı xəstənin son çırpıntıları kimi nə qədər
dirənsə də, payız bitəcək. Çünki qış
artıq astanadadır.
Rustling of the leaves, severe wind which is running
along the street and chirping birds. Autumn is here. İt’s marriage registered with grief. Autumn has something sad and nice too. Autumn
comes like the old friend you missed a lot. You want only to hug autumn, weep
until you feel better and then to share everything which you need to tell. Leaves
fall down one by one bring silence full
of peace and consolation. Warm novemver Sun and rain which comes suddenly. And some
wind. Leaves which are going to end the life desire to meet cold soil sooner. Cranes
are flying in grey and gloomy sky...And we are living autumn.
Autumn is
vivid in village. Romantic and emotional atmosphere of autumn comes
together with kinship of people. Silence around, harvesting, enthusiasm of
people. You cant live autumn deeply. But people find some time to dream in
autumn weather and to share problems.
İn the morning before going to school, childen
search for walnuts among the leaves, men who are busy to pick apple and pear,
women going to forest for picking hawthorn and nuts and girls who sweep the
yard to clean leaves.
After some time, trees will be naked, harvesting
will be ended, people will go home. Last time nature will be kind to people
before going to be poor.
Like the last beatings of sick man before death,
autumn will struggle, but it will end. Because
winter is almost indoor.
Comments
Post a Comment