Ümid... şəklə baxarkən ağlıma gələn ilk söz budur. Hər şeyə rəğmən günəşə boylanan, yaşamağa çalışan gül. Ətrafına bir baxın: kiçik, dar, illərdir boyaya həsrət pəncərə, torpaq döşəmə, rütubət. Heç özünün saxsı qabı da yoxdur. Amma həyat eşqi var.
Biz də belə deyilikmi? Başımıza gələnlərə, yaşadığımız çətinliklərə rəğmən sabaha ümidlə baxırıq. Sağ çıxacağımıza heç kim zəmanət verməsə belə. Ətrafımızdakı vəziyyət, insanlar- heç nə ümidimizi kəsə bilmir. İkiəlli yapışmışıq o ümidin ətəyindən.
O gülü boylanmağa məcbur edən gün işığı olduğu kimi, bizi də yaşamağa vadar edən səbəblər var. Bir anadan soruşsan “Övladlarım üçün yaşayıram”, atadan soruşsan “Ailəm üçün”deyəcək. Hamı bir-biri üçün yaşayır.
Bəs arzular, xəyallar?.. Hər insanın gerçəkləşəcəyinə inanmadığı xəyalı var. Son nəfəsində belə o xəyaldan əl çəkmir. Çünki ümid ancaq öləndə bizi tərk edir.
Ümid çox təhlükəli sözdür. Asılılıq yaradan dərmana bənzəyir. Əlindən alsalar öləcəksən. Çünki ümiddən başqa heç nəyimiz yoxdur.
Pəncərədəki o gül yaşıllaşacaq, çiçəkləyəcək, yavaş-yavaş solacaq, bəlkə susuzluqdan, bəlkə rütubətdən. Və öləcək. Üstündə saralmış son yarpağı qalanda belə günəşdən ümidini kəsməyəcək. O da düşəcək. Yalnız ondan sonra ümid bitəcək.
Biz də beləyik: başımıza min oyun gətirən həyatdan əlimizi üzmürük, canımız boğazımızda olanda belə sağalmağa ümid edirik.
Bircə ümidimiz bol olsun...
Hope... The first thing i remember when i look at this picture. The flower which is moving to the sun in spite of everthing, eager to live. Look at its around: small, narrow, colourless window, wet floor. Even it doesnt have own pot. But it has life passion.
Arent we like that? However we had many troubles, problems, we still look for tomorrow with hope. Nobody guarantees that we will survive till tomorrow. Situation around us, people- nothing can make us to lose our hope. We hold that hope with both hands.
As sunlight makes the flower to live, we also have reasons to live. İf you ask from a mather, “ i live for my children.”, if you ask from a father “ i live for my family.” They will say. Everybody lives for each other.
And dreams, wishes? Every person has a dream which never will come true. Even in his last breath, he will not give up. Because hope leaves us only when we die.
Hope is dangerous word. İt is like drug which creates addiction. İf they grasp it, you will die. Because we dont have anything other than hope.
The flower in the window will grow, will blossom, then gradually will fade. Maybe because of thirsty, maybe because of wet. And will die. When it has only last yellow leaf, it will not give up its hope. Last leaf will fall. Only after that hope will fade away.
We are like that. We dont give up life which plays thousands game with us, when we are in death bed, we still hope to live.
We only want hope…

Comments
Post a Comment