Ötüb keçən xatirələr sorağıyla...

Kəndi kənd edən, daha doğrusu “kənd”liyini qoruyub saxlayan bulaq suyu, dağ havası deyil- insanlardır. Xoşbəxtlikdən, bu insanların qəlbi hələ də təmiz, alınları açıqdır. Çünki əsrimizin bəlasına çevrilən internetdən, hiper inkişafdan uzaqdırlar. Aza qane olmağı, azla xoşbəxt olmağı və xoşbəxt etməyi bacarırlar.
Məsələn bu şəkildəki kimi. Dolanbac yolların çoxluğuna görə  “İçərişəhər” adı verilən məhəllənin sakinləri çay içir. 4 nəslin nümayəndəsi bir aradadır. Hərəsi bir dövrü təmsil etsə də, müxtəlif maraqlara sahib olsa da paylaşacaq çox şeyləri var. Çünki qəlblər bir, hisslər eynidir.
Eyni zamanda hərənin öz dərdi, acısı var. Bizi birləşdirən də elə dərd deyilmi? Əgər eyni acını paylaşırıqsa, başqasının halına yana bilirik. Amma bütün bunlara baxmayaraq xoşbəxt olmağa səbəb tapılır. Məsələn çay. Daha doğrusu qonşularla birgə içilən çay. Stəkandan tutmuş “stul”a qədər hər şey sadədir. Təmtəraqdan, saxtalıqdan uzaq. Məncə xoşbəxtliyin sirri də budur- sadəlik.  Sadə olan təkcə çay deyil. İnsanların söhbəti, geyimi, elə özləri də sadədir.


What keeps village as village is not spring water, mountain air- but its people. Fortunately, these people still have pure heart. Because they are far away from the development and internet which is tragedy of our century. They are able to be happy with what they have and they are able to make others happy.
For instance, this picture. They call this area “Icherisheher”because of its narrow roads. Inhabitants of Icherisheher is having tea. People of 4 generations are together. They  come from different generations, they have different point of view, but still they have something in common to share. Because their hearts are same, feelings are same.
At the same time, each of them has trouble, has pain. What makes us together is not pain? If we share the same pain, then we understand each other. But despite everything, we find a reason to be happy. Like tea. The tea we drink with neighbours. From glass to table is simple. Far away from luxury, far away from fake. For me, the secret of happiness is this- simplicity. Only tea is not simple. Their conversation, their dress and themselves all are simple. 

Comments