https://www.youtube.com/watch?v=8a9fChT20sw
“Təhminə və Zaur” -sonluğu hamıya yaxşı məlum olan
faciəli eşq hekayəsi. Bu əsəri çox sevməyimin
bir neçə səbəbi var. Mənə görə nəinki ölkəmizin, hətta bütün Şərq mentalitetini,
əxlaq normalarını xırdalayan və ədəbiyyatımızda tək-tük rast gəlinən əsərlərdən
biridir. Əsəri oxuyarkən o qədər qarışıq hisslər keçirmişdim ki. Qəzəb, kədər,
sevinc, təəssüf, nifrət...
Təhminə və Zaur bir-birini cəmiyyətin “mümkünsüz”
adlandırdığı məhəbətlə sevirdi. Elə həmin cəmiyyət də bu sevgini faciəyə
çevirdi. Şərqdə xoşbəxtlik meyarı çox sadədir. Qəribədir ki, bu meyarda sevgidən
söhbət belə getmir. Sevgisiz xoşbəxt olmaq olarmı? Ziyalı, tanınmış bir ailənin
övladı olaraq xoşbəxt olmaq üçün halal süd əmmiş bir qızla evlənməli və
uşaqlarını böyütməlisən. Sənin istəklərin, hisslərin, arzuların sadəcə bir
heçdir. Evin, maşının, maaşın, “gül kimi” arvadın var. Xoşbəxt olmaq üçün daha
nə lazımdır?
Keçən əsrdə yazılsa da, bu günkü cəmiyyətimiz o
dövrdən heç fərqlənmir. Yenə köhnəlmiş əxlaq qaydaları, saxta insanlıq, heç kimə
lazım olmayan mentalitet. Mentalitet
riyakarlıqdan başqa bir şey deyil. Cəmiyyət qabağında əxlaqdan, həyadan dəm
vuran “şərəfli ailə başçıları” öz aralarında
keçmiş Zolyaları haqda pıçıldaşırlar. “Kişi cavanlıq eləməlidir, amma
ailə başqa şeydir” məntiqi- əslində məntiqsizliyi çox Təhminələrin sonunu gətirib
və hələ də gətirir. Əsərdə çürük ənənələri, əxlaq normalarını pozan Təhminədir.
Amma əslində belədir mi? Yox. Professorundan tutmuş evdar qadınına qədər hamı
iyrənc dərəcədə riyakardır. Boynunun təri yediyi toyuğun yağına qarışan gödək
barmaqlı Dadaş, professor arvadı olaraq özünü kübarlıq təcəssümü hesab edən Zivər
xanım, ordenli ərini gözə soxan Alya, elçiləri qapını dağıldan Firəngiz və Zaur.
Onlar təsəvvür edə bilmədilər ki beşmərtəbəli evin
altıncı mərtəbəsi ola bilər. Onlar mentalitetin buxovundan azad ola bilmədilər.
Onlar öz əli ilə, bilərək, bu faciəni gətirdilər və adını da xoşbəxtlik
qoydular. Onlar kübar, ziyalı cəmiyyətin nümayəndəsi olaraq o professor
başlarına yeridə bilmədilər ki bir
“fahişə” həqiqətən sevə bilər. Və onlardan daha səmimi, dürüst ola bilər. Əgər
bunu anlasaydılar bəlkə hər şey başqa cür olardı.
Zaur. O heç
vaxt Təhminəni olduğu kimi qəbul edə bilmədi. Etmək istəmədi. Hər an onun
yalanını tutmağa, ifşa etməyə hazır vəziyyətdə şübhə ilə yaşayırdı. Və heç vaxt
öz hisslərinə tam azadlıq vermədi.
Təhminə ilk gündən bilirdi ki münasibətlərinin sonu
yoxdur. Zaur heç bir zaman onun olmayacaq. Amma Zaurdan fərqli olaraq anı
yaşamağa bacarırdı. Əsl həqiqət budur də budur- qəlbin xoşbəxtliyi. Amma Zaurun ruhu yox idi bunu anlamağa...
Bəs Təhminəni ölümə sürükləyən cəmiyyət Zauru niyə
xoşbəxt etmədi? Axı xoşbəxtlik formulunu, kimin üçün nəyin yaxşı olduğunu,
başqalarının yerinə qərar verməyi çox gözəl bilirdilər. Onlara görə missiya
tamamlanmışdı. Zaur xoşbəxtliyə çatmaq üçün bütün mərhələləri keçdi. Amma xoşbəxt
olmadı. çünki onun səadəti həmişəlik getmişdi. Qaraciyər serrozundan...
Hər zaman sevginin qalib gələcəyinə inansam da bu dəfə elə olmadı.
Onların sevgisi, xoşbəxtliyi öldü. Onu öldürdülər...
Love in the
East.
Tahmina and Zaur- tragic love story whic everybody
knows its end very well. There are many reasons why i love this novel. For me,
this novel exposes not only the flaws of my country, but also the flaws of all
East culture, mentality, morality. And this is rare novel which discusses all
of these problems in detail. İ had lived so many confused feeling when i read
this book: anger, grief, joy, regret, hatred...
Tahmina and
Zaur loved each other with the love which people called it “ impossible”. And
this people turned their love into tragedy. The criterion of happiness in the
East is very simple. İt is strange that, there is nothing related to love in
this criterion. İs it possible to be happy without love? As a son of intelligent and famous family,
you should marry to chaste,courteous and well-brought up girl to be happy and
you should bring up your kids. Your desires, your feelings, your dreams are
just nonsense. You have a house, a car, a wife. What else you need to be happy?
In spite of that, this book has written in last
century, but still our today`s society
is same. Again old morality rules, fake humanity, useless mentality. Mentality
is nothing else but hipocrisy.
People who talk about moral standards with full
passion in front of society, they whisper about their ex girls between each
other.
“A man should enjoy life:-women, sex, everything,
but family is other story” this logic
actually illogicality lead many Tahminas to the death and it will lead until
people are slave of ridicules rules.
İt is Tahmina who breaks putrid traditions and
moral standards. But is it really so? No. From professor to housekeeper
everybody is dissgustingly insincere and double-faced. Short-fingered Dadash
whose neck perspiration is mixed with the fat of food which he is eating, Ziver who consider herself the symbol of
nobility as a professor wife, Alya who is proud of her husband`s medals, Firengiz whose lovers wreck
their door.
They couldnt imagine that it is possible to have
sixth floor of five floored apartment. They couldnt become free from the chain
of mentality. They intentionally caused this tragedy and called it happiness.
They as a representative of majestic society couldnt put their professor brains
that, “a whore” is able to love. And she can be more sincere, more honest than
them. İf they could understand it, everything would be different.
Zaur. He never accepted Tahmine just the way she
is. He didnt want to accept. He was
ready to expose her every moment, he was living with doubt. And he never gave
freedom to his feelings.
Tahmine knew if from the first day that, their
relationship has no end. Zaur never can be hers. But unlike Zaur, she could
live the moment. Real truth is this:- the happiness of soul. But Zaur didnt
have the spirit to understand it...
And the
society who dragged Tahmina to death why
couldnt make Zaur happy? They knew the equation of happiness, they knew what is
better for others, they knew how to decide on other`s behalf. The mission is
completed for them. Zaur had passed all the stages to reach the happiness. But
he couldnt be happy. His happiness died. Because of liver cirrhosis...
İ always believed in the victory of true love. But
this time it wasnt like that. Their love and happiness died. They killed it...
Comments
Post a Comment