https://www.youtube.com/watch?v=Pu7kwX5IP-I
Evlərinin önü
yonca,
Yonca qalxmış
dam boyunca, dam boyunca,
Boyu uzun, beli
incə, ninnə yarım, ninnə,
Əsmər yarım,
ninnə, ninnə, ninnə…
Evlərinin önü
lalə,
Saqi doldur ver
piyalə, ver piyalə,
Yoldaş olaq, düşək
yola, ninnə yarım, ninnə,
Əsmər yarım,
ninnə, ninnə, ninnə.
Evlərinin önü
darçın,
Fələk qoymur
gözüm açım, vallah açım,
Səni alım, hara
qaçım, ninnə yarim, ninnə,
Əsmər yarım,
ninnə, ninnə, ninnə…
Kərkük
bayatılarına bəstələnmiş bu mahnı əminəm ki, bir çox insanda xatirələr oyadır.
Xatirələr isə o qədər uzaqlara aparır ki…
Həyat gözlənilməzdir. Təsəvvür edə bilməyəcəyimiz
qədər gözlənilməz. Başımıza hər oyunu gətirir, bəzən ağladır, bəzən güldürür,
bəzən isə bizi özümüzdən nifrət edəcək qədər hər şeydən soyudur. Amma hər şeyə
rəğmən onu sevir, yaşamağa davam edirik.
Hər şeyin səbəbi var. Baş verən hər
şey nəyəsə əsaslanır. Kimi bunu səbəb, kimi təsadüf, kimi qismət adlandırır. Nə
adlandırılmasına baxmayaraq həqiqətdir. Yarpağın tərpənməsinin də, dünyanın
dağılmasının da səbəbi var. Elə həyatımızda baş verən hər şeyin də. Əvvəllər
bunu qəbul etmirdim. Bir az gileyli, bir az da üsyankar idim. Amma sonralar
başa düşdüm ki, heç nə və heç kəs həyatımıza boşuna girmir. Əgər kimləsə
yolumuz kəsişibsə mütləq ki səbəbi var. Həyatımıza girən adamlar bir neçə cür
olur. 1-cilər gəlir, öyrədir və gedir. 2-cilər gəlir, özlərindən sonra heç nə
qoymadan gedir. 3-cülər isə həmişəlik qalmaq üçün gəlir. Onları qorumaq
lazımdır...
Hamının çox istəyib qovuşmadığı sevgisi olur. Çox zaman bu ilk
sevgi olur. Bəzən onu ilahiləşdirir, bəzən nifrət edirsən, bəzən hamını, bəzən
isə yalnız özünü günahlandırırsan. Amma çox gec başa düşürsən ki, belə də
olmalı idi. Bəziləri getmək üçün gəlir. Sənə qalan nə olur? Xatirələr. Qəlbinin
ən məhrəm yerində gizlətsən də hər zaman sızıldayan yaralar. Bir də onun sənə
verdikləri. Əslində həmin insanların həyatımızda yeri çox böyükdür. Çünki bizə
həyatın dərsini verirlər. Hər şeyin ilkini, ölü ikən yaşamağı öyrədirlər. Nə
qədər heyfsilənsən də, anlayırsan ki, onu bu qədər müqəddəs edən heç də o özü
deyil, sənə yaşatdığı hisslər imiş. Və elə bir an gəlir ki getdikləri üçün
təşəkkür belə etmək istəyirsən.
Xatirələri ancaq gülüş olan insanlar da girir
həyatımıza. Onlar nə öyrətmək üçün gəlir, nə də qalmaq üçün. Sadəcə xoş vaxt
keçirib, xatirələrə çevrilmək üçün gəlirlər. Sanki itirdiyin xoşbəxtliyi
ovutmaq, təsəlli vermək üçün gəlirlər. Amma tez də gedirlər.
Hər şeydən əlini üzdüyün anda həyatında nəsə baş
verir. Daha doğrusu kimsə həyatına daxil olur. Xilaskar gözü ilə baxırıq həmin adamlara. Hiss edirsən ki artıq o dərindəki yaralar
qanamır. Yenidən gülməyə başlayırsan. Hər şeydən vaz keçdiyin üçün özünü
lənətləməyə başlayırsan. Həmin insanları doğma edən səbəblərdən biri çox zaman
eyni taleyi paylaşmaqdır. Axı 1-cilər hamının həyatında olur.
Artıq sözlərin
heç bir gücü qalmır. Adını qoya bilmədiyin hisslər yaşayırsan. Nə sevgi, nə
heyranlıq, nə də bağlılıq deyil. Sanki illərdir itirdiyin doğmanı tapmısan. O gələndən
sonra bütün hissələr tamamlanır, hər şey yoluna düşür. Amma o yaralar köz
bağlayır, sağalmır. Bu isə artıq vecinə deyil. Çünki köhnə yaraların közü
qopsa, buna məlhəm edə biləcək biri var.
Deyirlər ki ən
qüvvətli, ən təsirli cümlə “səni sevirəm”dir. Amma elə hisslər var ki heç bir
cümlə ilə ifadə olunmaz, sözlərə sığmaz. Birinin gözlərinin içinə baxıb
səbəbsizcə ağlamamısızsa bunu anlaya bilməzsiz. Bəzən “mənə lazımsan” “səni sevirəm”-dən daha çox şey deyir. Bəzən
isə sözlər heç nəyə qadir olmur. Onda gözlər danışır. Demək istəmədiklərini,
etiraf etməyə qorxduqlarını da heç nəyə baxmadan deyir. Həqiqətən həyat çox
qəribə və gözlənilməzdir...
There is a clover in front of your house
Clover has grown throughout the roof
Her height is tall her waist is thin
Ninne my darling, ninne ninne
My dark-haired darling ninne ninne
There is a tulip in front of your house
Sommelier fill up my bowl and give me it ninne ninne
Lets be friend and leave
My dark-haired darling ninne ninne
There is cinnamon in front of your house
Fate doesn’t let me open my eyes
I want to take you and leave forever ninne ninne
My dark-haired darling ninne ninne
This song which composed based on Kirkuk poems, I am sure
reminds everyone memories. And memories can take us to so long…
Life is
unexpected. So unexpected that we can’t
imagine. It plays every game with us, sometimes makes us cry, sometimes makes us laugh,
sometimes it makes us so careless that we hate ourselves. But still in spite of
everything we carry on living.
Everything has
its reason. Whatever happens is based on
something. For someone it is reason, for others it is chance, for rest it is
fate. No matter what we call it, it is truth. Either moving of a leaf, or
destroying the world, both have reason. As well as everything which happens in
our life. Before I couldn’t accept that. I was a little displeased, a little
rebellious. But later I understood that, no one and nothing come to our life in
vain. If our ways crossed with someone it serves a purpose. People who come to
our life has several types. 1rds come, teach us and go. 2nds come, they don’t leave
anything behind themselves and go. 3rds come for ever. We need to keep and save
them.
Everybody has a love which wanted more but couldn’t catch.
In most cases it is first love, sometimes we make them saint, sometimes we hate
them, sometimes we blame others, sometimes we blame only ourselves. But very
late you understand that it must be like this. Some people come for going
back. What is left? Memories. The wounds
which you hide in the deepest part of your heart, but it still hurts. And the
things which he or she gave you. In fact their places in our life is important.
Because they give us life lesson. They teach us the first of everything, they
teach us how to live even when you are dying. You regret, but you understand
that it is not herself or himself which makes them saint, it is the feelings,
which we felt. And there is one moment, that you thank them for going.
Some people come
to our life, whose memories are only smile. They
come neither for teaching, nor to remain. They come only for good time and turn
into memories. As if they come for consolation as you lost your happiness. But
they go so early.
When you lose
your hope for everything, something happens. Actually someone comes to our life. We see them as our saviors. You feel
that, those wounds in deep don’t bleed. You start to laugh again. You curse yourself that why I gave up so easily.
One of the reasons makes them native for us is that mostly we share same stories. Because 1sts
happens in everybody’s life.
After that
words have no power. You have feelings which is difficult to call them. İt is
not love, it is not admiration, it is not closeness. As if you find someone
native for you whom you had lost many years ago. After his coming everything
goes right, puzzle is complete. But those wounds arent cured completely, still
you have pain. Difference is now you don’t care anything. Because you have
medicine now. You have someone who can cure your scars...
They say that the most effective sentence is “i love you”.
But there are some feelings that no sentence can explain, words are helpless. İf
you never cried by looking into someone’s eyes without reason you can’t
understand this. Sometimes “i need you” is much more important than “i love you” sometimes words aren’t able to do anything. At
that time eyes start speaking out. They say even the things, which you didn’t
want to tell, things which you were scared to confess.
Life is very strange and
unexpected...
Comments
Post a Comment