Axırıncı dəfə
özünüzlə nə vaxt baş-başa qalmısız? Ya da sonuncu dəfə özünüzü nə vaxt dinləmisiz?
Cavabların əksəriyyəti eyni olacaq: “bu nə sualdı?” Amma unutduğumuz və ya nəzərə
almaq istəmədiyimiz bir şey var: özümüzü dinləməyənə qədər, biz biz deyilik.
Ola da bilmərik.
Yəqin
fikir vermisiz, içimizdə bir səs var,hansı ki həmişə danışır. Biz susanda belə
dayanmadan danışır. Bu səsin nə olduğunu dəqiq deyə, elmi cəhətdən izah edə
bilmərəm. Amma əminəm ki o səs bizim əsl səsimizdir. Demək istədiklərimizi,
susub içimizə atdıqlarımızı, “heeç” deyib keçdiklərimizi, köks ötürüb deyə bilmədiklərimizi
deyir. Amma ona danışmağa imkan vermir, fürsət düşən kimi başına qapaz vururuq
ki, “bəsdi də az danış”. Etməli olduğumuz isə heç olmasa bir dəfə onu dinləməkdir.
Niyə
özümüzü dinləmək bu qədər çətindir? Özümüzlə səmimi olmaqdan niyə qorxuruq?
Məncə nə
özümüzlə, nə da başqaları ilə tam səmimi olmaq mümkün deyil. Adətən insanlar
deyir: “tam səmimiyyətlə deyirəm”. Bu müəyyən mənada yalandır. Çünki elə şeylər
var ki, onları heç özümüzə etiraf edə bilmirik, qaldı ki başqalarına. Niyə edə
bilmirik? Etsək gözümüzdən düşəcəyik. Özümüzlə səmimi olmaqdan qorxuruq, qəlbimizdəki
qaranlıqları, pislikləri görməkdən çəkinirik. Belə çıxır ki, yaşadığımız həyat
saxtadır? Niyə təəccüblənirsiz? Bu ki
reallıqdır. Nəyin naminə yaşadığımızı bilmədən, hara getdiyimizi, nə istədiyimizi
bilmədən uzun bir yolçuluğa çıxmışıq.
Özümüzdən
o qədər bixəbərik ki, “ən böyük arzun nədir?” –deyə soruşsalar fikirləşməli
olacağıq. Axı niyə beləyik? Yaradılanların ən alisi, ən ucası olan insan özü ilə
üzləşməyə niyə qorxur? Çünki insan ən ali varlıq olmaqla yanaşı həm də ən rəzil,
ən murdar varlıqdır. Bəzən o qədər alçala bilirik ki...
Özümüzü
dinləmək. Nə çətin şey imiş. Amma ən çətini cəhd etməkdir. Cəhd etsək, bəlkə də
illərdir varlığından xəbərsiz olduğumuz biri ilə qarşılacağıq. Xəbərsizik ona
görə ki, həmişə öz həyatımızı başqalarının fikirlərinə görə qururuq. Həyatın
bizə bir dəfə verildiyini unudaraq, özümüzü mənasız qaydalara, tabuya çevrilmiş
“camaat nə deyər”ə həsr edirik. Bir də mentalitet var. Nə olduğunu bilmədiyimiz,
amma kor-koranə əməl etdiyimiz şey. Lap
balacalıqdan valideynlərimizin istəklərini yerinə yetirən bir robota dönmüşük.
Sevdiyimiz rəngdən tutmuş həyat yoldaşı seçiminə qədər onlara tabeyik. Çünki
mentalitet deyir ki, ən yaxşısını onlar bilir. Buna etirazım yoxdur. Bəlkə də həqiqətdir.
Amma böyütdüyün, tərbiyə etdiyin uşağın doğru qərar verəcəyinə, düz insanı seçəcəyinə
niyə inanmayasan axı? Biz həyata gəlməzdən əvvəl bizim üçün bir xəritə çəkilib.
Biz sadəcə onu izləyirik. Məhz buna görə özümüzdən xəbərsizik. Buna görə
arzularımızı dilə gətirməyə qorxuruq. Çünki mentalitet keşikçiləri hücuma hər
an hazırdır: camaat nə deyər, qız uşağı da heç belə şey edər? Və nəticədə qəlbimiz
qəbristana çevrilir, doğulmadan ölən arzular qəbristanına...
Buna görə
susmağa üstünlük verir,özümüzü dinləməkdən birdəfəlik əl çəkirik. Gecikmiş
arzular təzədən cücərməsin deyə...
********************************************************************************
When were you with yourself last time? Or when did you
listen to yourself last time? Most of the answers are same: what a question. Nevertheless,
there is one thing, which we forget, or we don’t want to consider: we are not
we until we do not listen to ourselves. We cannot be.
Probably you noticed, there is a voice inside of us, which
always speaks. Even when we keep silence, this voice still speaks. I cannot say
exactly what is it, but I am sure, this is our real voice. It tells the things,
which we want to say, the things, which we keep in our hearts, the things which
we say “nothing” when there are a lot to say, the things which we aren’t able
to say. However, we never give opportunity to this voice to speak. We always
try to shut up this voice. The thing we have to do is to listen this voice at
least once.
Why it is so hard to listen to ourselves? Why we are scared
to be sincere with ourselves?
I think it is impossible to be completely honest neither
with ourselves nor with the others. Usually people say: I am completely sincere
with you. This is not truth in some sense. Because there are some things, which
we cannot share even with ourselves, how can we share these with others? Why?
Because if we do that, we will be in disgrace with ourselves. We are afraid to
be frank, we are afraid of facing darkness and filth in our hearts. Then our
life is fake? Yes.
Why are you
surprised? This is reality.
We go on a long journey without knowing what we want,
without knowing what is our aim.
We are so unaware of ourselves that if someone ask:” what is
your best dream” we cannot answer immediately. We need to think. Why we are
like that? Why the highest creature of the world are scared to face with his
fears? Because human is also the worst creature in the world, immoral, wicked
and villain.
To listen to ourselves. How difficult it is. But the most
difficult one is to try. If we try, we will know the person whom we are unaware
of his existence. We are unaware because, we live our life according to wishes
of others. By forgetting that life is given to us only once, we live for absurd
rules, which is made by people. There is another issue: mentality. Which we
don’t know what is it, however we obey it. We are turned into a robot, which
fulfill the wishes of parents since childhood. We are under their pressure, they
choose everything instead of us, from favorite color to the spouse. Because
mentality says, they know what is best for us. I don’t mind it. Maybe this is
truth. But why they don’t believe in child whom they brought up. Why they don’t
believe that, we are able to make right decisions? Before we were born, they
made a map for us. We just follow this map. That’s why, we are unaware of our
hearts. That’s why we are scared to speak about our dreams. What is the result?
The result is, our hearts are the cemetery of dead dreams, which never were
born…
So true ... we are machines and our parents are engineers ... they can use us ... test us ... but what if machine fail ?
ReplyDelete