Amma mən sənin
üçün hər şeydən çox darıxıram, əzizim, payız yarpaqları düşməyə başlayanda...
Erik Kleptonun
“Payız yarpaqları” mahnısını eşitmisiz yəqin ki. Bəs niyə payızda bu qədər
darıxırıq? Yaşadıqlarımız üçün, yaşamadıqlarımız üçün, yaşayıb peşman
olduqlarımız üçün. Sarı-qırmızı bir yarpaq ağacdan düşərkən nə hisslər
keçirirsiz? Boğazımızda düyünlənib qalan deyə bilmədiyimiz sözlərə bənzəyir
biraz. Biraz da vaxtında düşməyən göz yaşına. Amma səbəbi nə olursa olsun payız
kədərləndirir hamını. Bir yarpaq, bir damcı yağış, bir az da külək varsa
keçmişimizə hesab verməyə hazırıq deməli. əslində hesab yox dərdləşmək desək
daha doöru olar. Özünlə dərdləşmək. Özünü dinləmək və öz suallarına cavab vermək.
Düzdür, elə şeylər var ki özümüzə belə etiraf edə bilmirik. Amma səmimi olmaq
daha yaxşıdı.
Payız xatirələri
geri gətirir. Xatırlamaq istəyib istəmədiyimizi soruşmadan. Təkcə xatirələri
yox, elə hər şeyi. Həyata keçməyən arzuları, peşmanlıqları, itirdiklərimizi,
birdə xoşbəxt olduğumuz anları.
Ayağının altında
payız yarpaqları xışıltı ilə əziləndə nə düşünürsən?
Ya da iri
damcılarla yağan yağış üstünə töküləndə?
Bəs payız
küləyi üzünə vuranda?
Deyəcəksiz
ki nə mənasız suallardı. Bəlkə də elədir. Amma mən birinci halda çox istədiyim
amma həyata keçməyən şeylər yadıma düşür. İkincidə heç kimlə bölüşmədiyim, çox
dərində bir yerdə saxladığım sözləri xatırlayıram. Üçüncüdə isə etdiyim üçün və
ya etmədiyim üçün peşman olduğum şeyləri.
Bir də
payız qoxusu var. Yarpaqların, yağışın, küləyin və nəm torpağın qarışıq qoxusu.
Bəs o nə xatırladır sizə?
Mənə
darıxdığım adamların nəfəsini və qoxusunu xatırladır.
**************************************************************************
But i miss
you most of all, darling,when autumn leaves start to fall…
Maybe you have heard the song “Autumn leaves” by Eric
Clapton. And why we miss so much in autumn? The things we have lived, the
things we haven’t lived, and the things we have lived and regretted. What you
feel when red and gold autumn leave falls? It looks like the words which
knotted in our throat, which we couldn’t tell anybody. And it also looks like
tears which haven’t fallen in time. But whatever the reason is, autumn makes
everybody sad. If there are a leave, a drop of rain and a wind, you are ready to
confront with your past. In fact, not to confront, to deal with your past. Yes,
to deal with yourself. To listen to yourself and to answer your questions. This
is true that there are some things we cant confess to ourselves. But being
frank is better.
Autumn brings back the memories. Despite that we want
to remember or not. Not only memories, everything. It brings back unrealized dreams,
regrets, the things we have lost and the happy moments.
What do you feel when autumn leaves crush under your
feet and rustling?
And rain is pouring down with big drops?
Or when wind comes to your face?
You may say how foolish questions. Maybe you are
right. But in first case, I remember the things which I wanted too much, but
they didn’t come true. In second case I remember the words which I never shared
and save them in deeper part of my heart. In third case I remember regrets, for
the things I did and for the things I didn’t do.
I almost forgot autumn smell. The mix of leave, rain,
wind and damp soil. What reminds you this smell?
It reminds me breath and smell of people who I miss a
lot.
How cant you feel sad after remembering so many
things? And they say that autumn brings grief. What you expected?!
Comments
Post a Comment