Göydən üç alma düşdü...



Qubanın ağ alması. Amma yalnız ağ deyil, başqa almalar da var Qubada. Düzünü bilmək istəyirsizsə o ağ almanın məşhurluğu ancaq mahnılarda qalıb. Almanın çox növləri yetişir Qubada. Məsələn, qızıl Əhməd, sinab, ağ və qırmızı palmet, simirinka, bumajnıy və s.
Son zamanlar tələbat artan alma növü qızıl Əhməddir. Yetişdirilməsi və qulluq edilməsi zəhmətli olsa da, soyuğadavamlı və çox dadlı alma növüdür.
Sinab almasının iki növü var: qəndi sinab və cır sinab. Qəndi sinab bir üzü qırmızı, bir üzü yaşıl olan uzunsov və şirin almadır. Bu alma da diqqətin azlığı səbəbindən çox azalıb. Yeri gəlmişkən ən yaxşı cem də sinabdan olur( tapsaz təbii ki).
Palmet o biri alma növlərinə nisbətən soyuğa dözümsüzdür. Qışa qədər qalmır. Ona görə də bağbanlar çalışırlar ki tez “başlarından etsinlər” Palmet də daxil olmaqla Quba alması əsasən Rusiyaya ixrac olunur.
Simirinka çox adamın sevmədiyi alma növüdür. Çünki şirin deyil, çox turşdur. Yaşıl rəngdə olan bu alma həzm üçün çox xeyirlidir. Doğranmış simirinkanın üzərinə duz və nanə töküb yeməmisizsə “ölməzdən əvvəl edəcəklərim” listinizə daxil edin.
Bumajnıy-yəni ağ alma. Əsasən oktyabrın axırı yığıma başlanır. Bu alma nə az nə çox düz may ayına qədər heç nə olmadan qalır. Ən qeyrətli alma hesab edə bilərik.



The white apple of Guba. But the apple is not only white, other colors are available in Guba. If you want to know the truth, the fame of white apple is only in the songs. There are a lot of types of apple in Guba. For example, gold Ahmed, sinab, red and white palmet, simirinka, bumajniy and so on.
Type of apple which has increasing demand last times is gold Ahmed. Despite that growing and caring this apple is hard, it is cold resistant and tasty.
Sinab – has two types: cultivated and wild. Cultivated sinab is one side red, one side green apple which is longish and sweet. This apple is decreasing day by day because of shortage of attention. By the way the best jam is made of this apple. (Of course if you find)
Palmet is intolerant compared to other sorts of apple. This apple cant wait till winter. That’s why gardeners neglect this apple. By including palmet Guba apple is exported to Russia.
Simirinka is the type of apple which many people don’t like. Because it is sour, not sweet. This green apple is very useful for digestion. If you never ate chopped simirinka with salt and mint, you should include it to your list ” the things have to do before dying”.
Bumajniy-white apple. Picking this apple is start from the end of October. This apple stay fresh till the end of May. We can call it  the zealous apple of Guba.


 

Comments