Daha ay bizi qorumur...


Gecələr aya baxıb yar səni yad eyləmişəm... Yox bu deyildi. Aya baxanda xatırladığımız şeylər, keçirdiyimiz hisslər o qədər uzaqlara aparır ki bizi. Məsələn mən aya baxarkən babamı xatırlayıram. Bəlkə ay kimi çox uzaqdadı deyə, bəlkə də ay kimi müqəddəsdi deyə. Müqəddəs deyərkən təəccüblənməyin. Hamımızın həyatında elə adamlar var ki, müqəddəs sayır, az qala ilahiləşdiririk. Babam elə adamlardandır. Fikirləşirəm ki əgər həyatımda o olmasaydı indi başqa adam olardım.
Kənddə evimizin uzun eyvanı vardı.  Qardan, yağışdan məhəccərlərinin boyası getmiş, döşəməsinin taxtaları köhnəlmişdi. Yay axşamlarında babam eyvana palaz sərib otururdu, bəzən elə ordaca yatırdı. Babam eyvanda oturduğu müddətdə biz (qardaşım, bacım və mən) babamın yanında fırlanır, gah oturur, gah da eyvan boyu gəzirdik. Eyvanın yanları açıq olduğu üçün ayı, ulduzları da görürdük. Babam hər axşam ay-ulduzlarla bağlı nəsə danışardı. Biz aşağı-yuxarı gəzdikcə ay da bizimlə birgə gəzərdi. Biz qaçardıq ki, qoy arxada qalsın, bizə çatmasın. Amma həmişə bizdən əvvəl çatardı bu birisi başa. Əvvəl əyləncəli gəlirdi bizə, amma sonra qorxmağa başlardıq. Dayanıb gözləyərdik ki qoy ay yerinə getsin, sonra təzədən başlayaq. Amma ay bizdən əl çəkməzdi. Səbəbini babamdan soruşmuşduq. Deyirdi ki, siz uşaqsız, ay uşaqları qoruyur. Sizin arxanızca gəlir ki qorxmayasız. O qədər inanmışdıq ki buna qaranlıqda bayıra çıxmağa belə qorxmurduq. Axı ay bizi qoruyurdu. Amma sonralar başa düşdüm ki, bizi qoruyan nə ay, nə də ulduzlar deyil. Bizi qoruyan babamın bizə verdiyi inam idi. Babamı itirdikdən sonra da ayın məni qoruduğuna inanırdım. Amma artıq qorumur...
Çünki daha uşaq deyiləm, günahsız, saf deyiləm, nə qəlbim, nə də ağlım babamın yanında qaçan o kiçik qızın qəlbi və ağlı deyil. Ona görə ay əl çəkdi məni qorumaqdan. Artıq qaranlıqda çölə çıxmağa da, insanlara inanmağa da qorxuram. İndi bilirəm ki,  yaşadıqların, ağrıların heç kimin vecinə deyil. Dərd içində boğulsan, gühanlarının ağırlığı altında can versən, heç kim sənə əlini uzatmayacaq. Bəlkə ay da qaranlığın ortasından güləcək halına. Barmağına tikan batsa dünyanı dağıdaram deyənlər hanı?  Sümüklərinə qədər batan tikanları niyə görmürlər bəs indi?
Günah etməkdən daha pis şey varsa o da günaha öyrəşməkdir. Günahdı deyib qarışqanı tapdamağa qorxan biz indi o qədər haqları tapdayır, o qədər vicdanları susdurur, o qədər qəlb qırırıq ki. Çevrilib keçmişimizə, etdiklərimizə, bu günkü özümüzə baxanda hansımız iyrənmirik ki?!  Uşaq vaxtı dünyanın gözəl olduğuna, ədalətin həmişə qalib gəldiyinə, xeyirin əbədiliyinə o qədər inanmışıq ki, həyatı olduğu kimi qəbul edə bilmirik.  Hər nə olsa həyatın üstünə yıxır, “həyatdı da”  deyib keçirik. Elə Təhminənin dediyi kimi: “Həyatdı da...”
İ have remembered you by looking at the moon at nights... No, not this one.  The feelings we live, the memories we remember -takes us so away, when we look at the moon. For example, when I look at the moon I remember my grandfather. Maybe because he is far from now, maybe because he is saint like the moon. Don’t be surprised when I call him saint. There are some people in the life of us who are saint for us, almost we call them divine. My grandfather was this kind of people. I think that if he was’t be in my life I would be different person.
We had a long verandah of our house in village. The color of railings was faded because of rain and snow, the floor of verandah was old. Grandpa always sat down on carpet in summer nights. Sometimes he slept there. When he was in verandah we( me, sister and brother) were nearby of him,  sometimes we run, sometimes sit down. Grandpa told us a story about moon and stars in every night. As we walk down and up, the moon also walked with us. We run to leave him back. But he always reached the other side before us. First it was funny but later we started to be afraid. We stopped and waited for him to go his place, and after that we could start again. But he never stopped to follow us. We asked grandfather the reason. He said you are child, so the moon protects you. He follows you so that you would not be afraid. We have believed in this reason so that we already did not afraid of darkness. Because the moon protected us. But I understood later that neither moon nor stars protected us but trust of my grandfather. After I had lost my grandfather I still was believing that I had protection. But the moon does not protect me anymore…
Because I am not child anymore, I am not pure and innocent. My heart and brain is not same as they were when I was little girl who was running around grandfather. That’s why the moon stopped protect me. Now I know that no one doesn’t care what you had lived, why you had pain. Now I am afraid of darkness, I am afraid of believing people. If you stifle inside of your troubles, if you die under your sins nobody will give you hand. Maybe the moon also will laugh you from the dark sky.
There is worse thing more than making sin- this is to be addicted to sin. When we were child we were afraid to kill ants. But know we don’t afraid even breaking hearts. If we look at our past, our actions, ourselves we will disgust. We had believed that the world is beautiful, the justice is eternal and so on. That’s why we don’t be capable of accepting the life as it is. We just say: don’t care it is life…


Comments